"Ermənistan parlamentinin deputatından daha çox Rusiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarına inanır"
Siyasət Ermənistan parlamentinin spikeri Ovik Abramyan deputatlar qarşısında qalmaqallı bəyanatla çıxış edib.
İrəvan qəzeti “Aykakan Jamanak”ın yazdığına görə, o, bildirib ki, Ermənistan parlamentinin deputatına deyil, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına daha çox inanır. Söhbət Ermənistan-Türkiyə sərhəddi yaxınlığında Sünik vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “İRS” partiyasından olan deputat Zarui Postancyanın avtomobilini saxlanması zamanı baş verən hadisədən gedir.
Qəzetin yazdığına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları olan sərhəd keşikçilərini Ermənistan-Rusiya razılaşmasına uyğuna olaraq bu Zaqafqaziya ölkəsində fəaliyət göstərirlər.
Məlum olub ki, parlamentdə təmsil olunan müxalifət rəhbərlik öz ölkəsinin vətəndaşlarından çox Rusiya xüsusi xidmət idarəsinə daha çox inanması ilə bağlı demarş hazırlayır.
Ekspertlər hesab edirlər ki, bu hadisə Ermənistanda şimal qonşu tərəfindən qaz tariflərinin qaldırılmasından və Ermənistanın çoxlarının Rusiyanın təzyiqi ilə baş verdiyi ehtimal olunan Gömrük İttifaqına daxil olmasından sonra yaranan antirusiya əhval-ruhiyyəsini yüksəldə bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?