Ötən gün ABŞ Federal Mülki Aviasiya İdarəsi dünyanın ən böyük təyyarəsi olan "Boeing 787 Dreamliner"in mühərrikinin təcili dəyişdirilməsi barədə göstəriş vermişdi.
Xəbərdə "problemin böyük yüksəklikdə buzlanma səbəbindən ventilyatorun pərləri rezin örtüyə sürtünməyə başlaması, mühərrikin əsməsi və tez-tez dayanmasına gətirib çıxara bilər. Nöqsan aradan qaldırılmazsa, hər iki mühərrikdən imtina etmək ehtimalı var", - deyə qeyd olunmuşdu.
Məsələ ilə bağlı "Azərbaycan Hava Yolları"-nın (AZAL) mətbuat xidməti ilə əlaqə saxladıq.
Qurumdan Admiral.az-a bildirildi ki, "Boeing 787 Dreamliner" təyyarələrinin mühərriklərində aşkarlanan problem GEnx-1B PIP2 model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.
AZAL təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil.
Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti "General Electric" və "Boeing" şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gəlsə, hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək:
"Bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır.
"Boeing 787 Dreamliner" ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur".
Sorğu
Yeni dizaynımız necədir?