Bu gün Azərbaycanın Kiyevdəki səfirliyinin qarşısında diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı planlı taktiki və xüsusi təlimlər keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir səfirlik, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, nümayəndəliklər və konsulluqlar üzrə Ukrayna Milli Qvardiyasının 22-ci briqadası ilə birgə təşkil edilib. Təlimləri Ukraynada müvəqqəti işlər vəkil Nazim Əliyev, XDMX-nın nümayəndələri və Ukrayna güc strukturlarının rəsmiləri izləyiblər.
Təlimlərin keçirilməsində məqsəd güc strukturlarının kütləvi narahatlıq, diplomatik nümayəndəliklər və ya konsulluqlara hücum zamanı hazırlıq fəaliyyətinin yoxlanılması olub. Tədbir peşəkar və yüksək səviyyədə başa çatıb.
Sorğu
Yeni dizaynımız necədir?