Erməni hərbi birləşmələri ötən gecə də təmas xətti boyu yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub. gundemxeber.az xəbər verir ki, mərmilər yaşayış evlərində yanğınlara səbəb olub. Kəndlərin qaz, işıq, su və rabitə xətləri sıradan çıxıb. Erməni hərbi birləşmələri cəbhə xətti istiqamətində daha da azqınlaşıb. Hazırda rayonun əfətli kəndindəyik. Ermənilər bütün yaşayış məntəqələrini ağır artileriyadan atəşə tutur.
Ermənilərin ağır artilleriyadan atdığı mərmilərin ən çoxu Ağdamın Çəmənli kəndinə düşüb. Ermənilərin topdan atdığı mərmilərdən biri yolun ortasına asfalta düşüb. Yeni düşüb və mərminin qəlpələri yaxınlıqdakı elektrik naqillərini qırıb yerə töküb. Hazırda ağdamın yaşayış məntəqələri sözün əsil mənasında güllə yağışı altındadı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?