Vaqif Abdullayevin içki məclisində daim iştirak edən xanım məktəb direktoru və digərləri haqqında şok məlumatlar
Rayon icra başçılarının özlərinə şəxsi katibə saxlamaları artıq ölkə məmurları arasında bir dəbdir. Rubrika.az saytına daxil olan məlumata görə, Beyləqan rayon icra başçısı Vaqif Abdullayev 15 gün öncə özünün katibəsi olan Səcidə Sadıqovanı döyüb. Bildirək ki, Səcidə Alışan qızı Sadıqova Beyləqan rayon icra hakimiyyətinin rəsmi saytında Aparıcı məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi - psixoloq kimi göstərilib. Amma icra hakimiyyətində hər kəs bilir ki, Səcidə Sadıqovanın bu işi formal xarakter daşıyır və onun əsas işi Vaqif Abdullayevin qapısının ağzında dayanıb icra başçısına qullue tməkdən ibartədir. İcra hakimiyyətindəki mənbəmizin saytımıza göndəridiyi məlumatda vurğulanır ki, Vaqif Abdullayevin bir çox idarə və müəssisə rəhbərlərinə sözünü məhz Səcidə xanım çatdırır. Rayon icra hakimiyyətinin qonaq evində qalan və hər axsam içki məclisi quran Vaqif Abdullayevin yemək içməyinidə məhz Səcidə xanımla şəhər məktəbinə rəhbərlik edən bir direktor xanımın təşkil etdiyi deyilir. İcradakı mənbəmiz iddia edir ki, 15 gün öncə Vaqif Abdullayev katibəsi Səcidə xanımı ağır şəkildə təhqir edərək döyüb. Mənbəmiz hadisənin axşam saatlarında olduğunu və həmin vaxt icra hakimiyyətinin binasında bir neçə nəfərin olduğunu qeyd edir. Hadisənin isə xanım katibənin icra başçısının sözünü yerinə yetirməməsi yaxud onu aldatması ilə əlaqəli olduğu bildirilir. Qeyd edək ki, bir müddət əvvəl Vaqif Abdullayevin rayon icra hakimiyyətində işçi ştataı açaraq bir xanımı katibə gətirməsi və ona 5 min manatlıq şuba alması ilə bağlı mediada məlumatlar yayılmışdı. Həmin məlumatlarda qeyd olunurdu ki, Vaqif Abdullayev rayon Mədəniyyət və Turizm şöbəsinin işçisi olan xanımı icra hakimiyyətində yüksək vəzifəyə gətirtmək istəyir. Ancaq icra başçısının bu istəyi və 5 manatlıq şuba alması məlumatının mediada yayıldıqdan sonra Vaqif Abdullayev planından əl çəkməli olub. Amma icra hakimiyyətindəki mənbəmiz bildirir ki, hazırda icra başçısı həmin xanımı Mədəniyyət və Turizm şöbəsində yüksək vəzifəyə qoymaq istəyir və bunun üçün artıq bir neçə lazımı addımlar atılıb. Bildirək ki, saytımıza həmin xanımın kimliyi məlumdur və yaxın günlərdə Vaqif Abdullayevin yeyib-içmək məclisində daimi iştirakçı olan xanım direktorun və Səcidə xanımın vasitəçiliyi ilə təşrif buyuran digər qonaqlarla bağlı oxucularımıza ətraflı məlumat verəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?