GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Generalın villasında baş verən cinayətlə bağlı məhkəmə başladı

Generalın villasında baş verən cinayətlə bağlı məhkəmə başladı

Tarix: 3-05-2016, 18:31 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 0
Generalın villasında baş verən cinayətlə bağlı məhkəmə başladı

Teymur Quliyevin villasında ustanı girov saxlayan qardaşlar ittihamları qəbul etmirlər

Nərimanov rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq) maddələri ilə təqsirli biliniblər.

İstintaq müəyyən edib ki, Ramil Aslanov iş icraçısı kimi Nərimanov rayonu, E.Qocayev küçəsi 34 ünvanında Teymur Quliyevə məxsus, amma onun anası Güllü Quliyevanın adına rəsmiləşdirilimiş evin əsaslı təmir-bərpa işlərinin aparılmasına və tikintiyə rəhbərliyi həyata keçirib.

Usta Elmir Həsənov apardığı təmir-tikinti işlərinə görə ona ödənilməli olan 28000 manatı almaq istəyib, 7 oktyabr 2015-ci il tarixdə, saat 15 radələrində həmin ünvana gəlib. Orada Ramil Aslanovun qardaşı Vasif Aslanovla mübahisə edib. Mübahisə zamanı Ramil və Vasif Aslanov qardaşları Elmir Həsənovu döyüblər. Sonra Aslanov qardaşları generala məxsus villanın həyətindəki işçiləri qovublar, sonra Elmir Həsənovu evin həyətində olan dama salıblar. 30 dəqiqə Elmir Həsənovu bağlı qapı arxasında qalıb.

Cinayət işi hakim Samir Məmmədovun icraatında araşdırılır. Aprelin 28-də cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Prosesdə prokuror ittiham aktını elan edib və daha sonra təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Ramil Aslanov bildirib ki, təxminən 20 ildir inşaat sahəsində çalışır: “1995-ci ildə Azərbaycan Sənaye İnstitutunun İqtisadiyyat fakultəsinə daxil olmuşam, 1999-cu ildə həmin fakultəni bitirmişəm. 1999-2000-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşam. Ali təhsilli olmağıma baxmayaraq ixtisasım üzrə yox, inşaat sahəsində fərdi əməklə məşğul olmuşam”.

Ramil Aslanovun sözlərinə görə, qeyd olunan ünvandakı həyət evində ilk dəfə təxminən 12-15 il bundan əvvəl asma tavan ustası kimi işləyib: “Həmin vaxt ora mənimlə eyni rayondan olan MTN-nin sabiq generalı Teymur Quliyevin qayınatası Asif müəllimin vasitəsi ilə getmişəm. Teymur müəllim özü də arabir gələrək işlərə baxıb, işin gedişi ilə maraqlanıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2014-cü ilin sentyabr ayında Asif müəllim yenidən onu çağıraraq həmin evin təmir işlərinə nəzarət etməyi tapşırıb: “Özümlə usta işləyən, hamının uşaqlıqdan “Rövşən” kimi çağırdığı qardaşım Vasifi də ora apardım. Sonra həmin evin çöl fasadının daşla üzlənməsi üçün Elmir və Yaşar adlı şəxslərə danışdım. Materialları özümüz alacağımızı, bütün usta xərcləri ilə birlikdə 32 min manat məbləğində pul hesabına işi 45 günü təhvil vercəyimizə boyun oldum. Aramızda razılaşma əldə etdikdən sonra Elmir və Yaşar danışdıqları işi 2015-ci ilin mayında başlayıb, danışığa görə bütün daş üzləmə işi iyunun ortalarında təhvil verilməli idilər.

Taleh və Saleh adlı qardaşlar da işə başlayanda ilkin ödəniş olaraq Elmirlə Yaşara 10 min manat verdim. 15-20 gün sonra Elmirlə Yaşar ustalara vermək adı ilə yenidən məndən 10 min manat tələb etdilər. Mən də bu pulu Yaşara verdim. Bir müddət keçəndən sonra, təxminən 2015-ci ilin iyun-iyul aylarında Elmirlə Yaşar qaçaraq Türkiyəyə getdilər. İşin yarımçıq qalmaması üçün başqa yerdən briqada gətirdim. Gələn briqada yarımçıq qalan işi görmək istəmədi. İşin davamını yenidən Valeh və Saleh adlı ustalarla razılaşdım”.

Ramil Aslanovun ifadəsinə görə, danışdıqları 32 min manat məbləğində pulun hissə-hissə olaraq 25 min manatını Elmirlə Yaşara verdiyi üçün, qalan 7 min manat pulu usta işləyən Salehə verib: “Elmir və Yaşarla aramızda olan danışığa əsasən, fasadın üzlədilməsi üçün materiallar sonuncular tərəfindən alınmasına razılaşdığımıza baxmayaraq həmin şəxslər işi yarımçıq qoydu”.

Təqsirləndirilən şəxs bildirib ki, 2015-ci ilin oktyabrın 7-də Yaşar Türkiyədə olduğu üçün Elmir, Saleh və Valeh adlı ustaları götürərək tikinti aparılan evə gətirib: “Elmirdən danışdığımız məbləğdən əlavə olaraq 7 min manat artıq xərcimin çıxdığı üçün həmin pulu istədim. Elmir mənimlə mübahisə etməyə başladığı üçün əsəbiləşdim, onu təhqir etdim. Bu zaman nə özüm, nə də qardaşım Vasif Elmiri vurmamışıq. Sadəcə mübahisə zamanı əsəbləşərək Elmirin əlini divara vurmuşam, onu evin həyətindən qovmuşam”.

Digər təqsirləndirilən Vasif Aslanov da istintaq zamanı hadisəni qardaşının ifadəsinə uyğun danışıb. O, əlavə edib ki, mübahisə zamanı Elmir onu və qardaşı Ramili hədələməyə başlayıb: “Elmiri ora Salehgil gətirib. Həmin vaxt Elmir pul istəyib. Ramil isə hirsli olduğu üçün Elmirin qolundan tutaraq darvazadan çıxarıb. Elmir bundan sonra məni və qardaşımı hədələməyə başlayıb. Sonra Ramil Elmirin ustaları olan Salehgili də evdən qovdu. Elmirgil oradan çıxaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə şikayət etməyə getdilər. Səhəri gün Ramilə 16-cı polis bölməsindən zəng vuruldu. Bizi izahat vermək üçün bölməyə çağırdılar”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Elmir Həsənov bildirib ki, 2015-ci ildə Nərimanov rayonunda villada iş görmək barədə razılaşıb və sonradan pul məsələsi ilə bağlı Ramil Aslanovla mübahisə ediblər. Onun ifadəsinə görə, mübahisə zamanı Ramil və onun qardaşı Vasif onu döyüblər: “Ramil mənim köynəyimin yaxasını cırdı, lüt vəziyyətdə villanın zirzəmisinə salacaqları ilə hədələdi, sonra da məni təhqir etdi. Ramil dedi ki, bilmirsən biz kimik? Bilmirsən ki, bura

kimin evidi? Həmin hadisə Valeh və Saleh adlı ustaların yanında baş verib. Bu zaman Ramil ilə Vasif Salehlə Valehi evin həyətində qovdular. Bundan sonra həyətdə olan jalüzi və dəmir qapını içəridən açarla bağladılar.

Ramil dedi ki, burada qalacaqsan, şərikinlə sən pul yemisən, şərikin Yaşar Türkiyədən 10-15 günə gəlir, onda burada çıxarsan, istəyirsən onu bu dəqiqə bura gətizdirim. Ramil hədələdi ki, istəyirsən hər ikinizi içəriyə basdırım. Həyət qapıları bağlı, divar hündür olduğu üçün bayıra çıxa bilmədim. Təxminən 30 dəqiqə orada saxlanılmışam. Sonra Ramil və Vasifin başı qarışdığı zaman başqa adam qapını açdığı üçün bayıra qaçdım. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim”.

Elmir Həsənov bildirib ki, 7 oktyabr 2015-ci il tarixdə Ramil və qardaşı Vasifin onu döydükləri zaman padvala salmaları ilə hədəni telefon vasitəsi ilə qeyd edib. O, həmin səs yazısını istintaqa təqdim edib.

Qeyd edək ki, Teymur Quliyev ötən il həbs edilib. O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinir. Teymur Quliyevin barəsində olan cinayət işi üzrə istintaq hərəkətləri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq idarəsində aparılır.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Dedi, səni lüt edib...” - MTN generalının villasında dəhşətli cinayət

    “Dedi, səni lüt edib...” - MTN generalının ...

    13-04-2016, 22:42

  • 
  • “Dedi, səni lüt edib...” - MTN generalının villasında dəhşətli cinayət

    “Dedi, səni lüt edib...” - MTN generalının ...

    13-04-2016, 22:39

  • 
  • Ağır cinayət törədənlər bəraət istəyir

    Ağır cinayət törədənlər bəraət istəyir ...

    12-03-2015, 10:05

  • 
  • ELDAR MAHMUDOV GENERALLARINI XILAS EDƏ BILMƏDI - 4 AYLIQ MƏHKƏMƏNIN SONU

    ELDAR MAHMUDOV GENERALLARINI XILAS EDƏ BILMƏDI - ...

    12-02-2019, 14:15

  • 
  • Bəraət və cəza

    Bəraət və cəza ...

    13-04-2016, 01:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu