GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bərdədə sanitar-gigiyena ixtisası olan şəxs baş həkimlik edir

Bərdədə sanitar-gigiyena ixtisası olan şəxs baş həkimlik edir

Tarix: 11-07-2017, 16:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 662
Bərdədə sanitar-gigiyena ixtisası olan şəxs baş həkimlik edir


Buna da səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən klinikanın qeyri-qanuni olaraq MRX-nın balansına aid olan ərazidə tikilməsi olur


Bu gün ölkəmizin səhiyyə sahəsində yaşanan durum, mövcud ab-havanın varlığı və bu sahədə çalışanların daha çox “Hoppokrat andı”na nə qədər sadiq olmaları və s. hər kəsi düşündürən məsələlərdir. KİV nümayəndələri olaraq Azərbaycan səhiyyəsində yaşanan durumla bağlı son vaxtlar apardığımız araşdırmalar, əldə etdiyimiz ümumi nəticələr və s. bizi belə bir qənaətə gəlməyə vadar edib ki, bugünkü gündə belə yeni islahat proqramlarının həyata keçirilməsınə olduqca ehtiyac var. Çünki, açıq şəkildə etiraf edə bilərik ki, bəzi səhiyyə ocaqlarında səriştəsiz, savadsız, bacarıqsız, xəstələrlə adicə mehriban danışmağı bacarmayan elə həkimlər çalışırlar ki, onların atdıqları addımları eşitdikcə, sanki dəhşətə gəlirik. Bundan əlavə, bəzi dövlət səhiyyə ocaqlarında rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin müalicə və müayinəsi zamanı onların başına minbir oyunlar açılır, getgələ salınırlar, hətta elə hallar da olur ki, xəstələrə qoyulan diaqnozlar belə düzgün qoyulmur. Bu da əksər hallarda acı sonluqla nəticələnir.
Düzdür, onu da vurğulamaq yerinə düşər ki, ötən illər ərzində hökümət səviyyəsində müəyyən addımlar atıldı, qəti qərarlar qəbul olundu, amma bugünkü gündə əksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, biabırçılıq, xəstələrə ögey yanaşma və s. tüğyan edir ki, bu da heç cür qəbuledilməzdir. Xoşagəlməz ab-havanın tüğyan etdiyi səhiyyə müəssisələrindən birinin də, Bərdə Mərkəzi rayon Xəstəxanasının olduğu bildirilir. Əslinə baxsan bu səhiyyə müəssisəsinə qarşı belə bir yanaşmamızın varlığını ona görə bu cür ifadə edirik ki, hələ bir neçə il bundan əvvəl İftixar həkim adı çəkilən səhiyyə müəssisəsinin baş həkimliyindən azad oludu və onun yerinə müalicə müəssisəsinə rəhbərlik etməsi səhiyyə haqqında qəbul edilmiş Qanunla qadağan olunan Rəna xanım təyin olunsa da, bu gün də adı çəkilən ünvanda baş alıb gedən anarxiyanın həddi-hüdudu bilinmir.
Rayondakı mənbəmiz “Gündəm Xəbər”ə bildirir ki, Bərdə MRX-a baş həkim təyin olunan Rəna xanım ixtisasca sanitar-gigiyena üzrə mütəxəssisdir və bu cür ixtisas sahibi olan bir kimsə də, heç bir halda baş həkim vəzifəsini daşıya bilməz. İndi isə olub-keçənlərə bir daha nəzər salaq. Hal-hazırda Bərdə səhiyyəsində yaşananların kökündə, vaxtilə adı çəkilən rayonun səhiyyəsinə rəhbərlik etmiş İftixar həkimin atdığı qanunsuz addımlar durur desək, yəqin ki, yanılmarıq. Çünki, sakinlərin iddialarına görə sabiq baş həkimin tətbiq etdiyi ab-havanı, bu gün yeni rəhbərlik ya bacarıqsızlıq səbəbindən, ya da ki, digər səbəblər üzündən heç cür qaydaya sala bilmir. Məsələn, Bərdə səhiyyəsində yaşananlar haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə onu da bildirir ki, “İftixar həkim baş həkim vəzifəsindən uzaqlaşdırılsa da, o, MRX-nın ərazisində “Ömürdən pay” klinika açdı ki, bu da qanunla qadağandır”. Onun açdığı klinika adına uyğun olaraq bu gün kimlərinsə ömrünə “pay vermir”, əslində kimlərinsə ömürünə “qənim kəsilir”. Ən dəhşətli hal da odur ki, İftixar həkim daşıdığı vəzifəsindən uzaqlaşdırılacağını öncədən bildiyindən, zamanında ölçüb-bildiyi addımlarını atır. Belə ki, o, mərkəzi xəstaxanaya aid bir çox lazımi avadanlıqları, ən əsası müəyyən gücə malik generatoru əvvəlcədən ələ keçirir və az sonra da özününküləşdirir. Bu da olduqca qanunsuzluq əməli hesab olunur. Onu da vurğulayaq ki, ələ keçirilmiş avadanlıqlardan və generatordan bu gün “ÖMÜRDƏN PAY” klinikasında istifadə olunur. Rəna xanım isə, hələ də olub-keçənləri seyr etməklə kifayətlənir və susur. Məlumatlı mənbə onu da bildirir ki, “baş həkimin bəzi məsələlərdə susmasına nələrsə də təsir edir. Məsələn, onun susmasına səbəb olanlardan biri də, Elnur həkimin həm MRX-da, həm də “Ömürdən pay” klinikasında çalışmasıdır”. “Gündəm Xəbər”ə verilən digər məlumatlara görə, Elnur həkim “ÖMÜRDƏN PAY” klinikasına rəhbərlik etməklə bərabər, həm də mərkəzi xəstəxanada həkim “işləyir”. Eyni zamanda o, hər iki iş yerindən aylıq maaş da alır. Xəstəxanada çalışan və hələlik adının çəkilməsini istəməyən şəxs isə bildirir ki, “o, heç bir halda MRX-da işə getmir”. Bu cür halların halların varlığı, ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri cənab İlham Əliyev Bərdə rayonuna səfər edərkən, “bəzi başbilənlər” “Ömürdən pay” klinikasının ətraf ərazisini müəyyən vasitələrlə örtürlər ki, klinika görünməz olsun. Buna da səbəb, yuxarıda qeyd etdiyimiz kimi adı çəkilən klinikanın qeyri-qanuni olaraq MRX-nın balansına aid olan ərazidə tikilməsi olur.

Bərdə rayon Mərkəzi Xəstəxanasına baş həkimlik etməsi qanunla qadağan olunan, amma müəyyən himayədarlarının dəstəyi səbəbindən baş həkim vəzifəsini daşıyan Rəna xanımın qol qoyduğu qanunsuzluqlardan biri də, onun özünə yaxınlığı ilə seçilən həkilmlərə yaratdığı qeyri-qanuni şəraitin varlığıdır. Çünki ixtisasca cərrah, rentgenoloq və uzi həkimi olan bir neçə həkim, bu gün Bərdə səhiyyəsində “kor atı minib köndələn çapırlar”.
Hələ bunlar harasıdır. “Gündəm Xəbər”in əldə etdiyi ilginc məlumatlara görə, Rəna xanımın rəhbərlik etdiyi Bərdə MRX-da çalışan həkimlərdən bir neçəsi, Ağdam MRX-da da çalışırlar və heç bir halda da onlar iş üzü tanımırlar. Baş həkimin həkimlərdən əmlaklarının və sağlamlıqlarının sığortası adı altında hər ay topladığı pullar da, bu gün onun imkanlı şəxs olmasına təsir edən əsas səbəblərdəndir.
Ümumi şəkildə götürdükdə onu da vurğulaya bilərik ki, bu gün Bərdənin səhiyyə müəssisələri haqda saatlarla yox, hətta günlərlə danışmaq da olar. Çünki, Rəna xanımın rəhbərlik etdiyi səhiyyə müəssisəsində bu gün elə hoqqalar baş verir ki, eşidib bilən hər kəs ya lal, ya da kor olur. Amma, onu da unutmaq olmaz ki, Rəna xanım bu cür addımlarını atmaqla heç də uzağa gedə bilməyəcək. Çünki, zamanı çatanda qanunlarımızın revanş verən təsiri, onu daşıdığı vəzifəsinə “əlvida” deməyə də məcbur edəcək. Odur ki, bir az gözləyək.
Mövzuya qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə “qənim kəsilib”

    Bərdədəki “Ömürdən pay” klinikası, ömrümüzə ...

    27-12-2016, 20:52

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    3-05-2016, 18:58

  • 
  • Bərdə səhiyyəsində “bataqlıq”

    Bərdə səhiyyəsində “bataqlıq” ...

    29-04-2016, 17:16

  • 
  • Kürdəmir səhiyyəsində həyacan təbili çalınır

    Kürdəmir səhiyyəsində həyacan təbili çalınır ...

    14-09-2016, 20:50

  • 
  • Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

    Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır ...

    9-12-2016, 13:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu