GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Savab işin günahkarları

Savab işin günahkarları

Tarix: 17-04-2013, 10:39 Bölmə :Ölkə Baxış: 2 440
Savab işin günahkarları

Göyçay rayon Ləkçıplaq kəndində məscid
tikilməsinə mane olan qara qüvvələr


Atalar yaxşı deyib ki, böyüksüz olan yerdə otur, Allahsız olan yerdə oturma. Ürəyində Allah xofu, Tanrı eşqiolmayan insan hər nə desən etməyə qadirdir. Gözünü vəzifə ehtirası, var dövlət hərisliyi tutanlar üçün bu dünyada haqq, ədalət, insanlıq anlayışları arxa plana keçir. Belələri vəzifə sahibi olanda isə vay o məmləkətin halına. Orada dindən, imandan nə əsər qalar, nə də əlamət.
Bu yaxınlarda Göyçay rayonunun Ləkçıplaq kəndinin sakinləri məscid tikdirmək üçün rayonun və respublikanın əlaqədar təşkilatlarına müraciət ediblər. Və bu məscidi onlar öz hesablarına tikmək istəyirlər. Sadəcə bu tikinti üçün rəsmi icazə verilməlidir. Indi görün, bu Allah evinin tikintisi üçün nə həngamələr başlayıb. Sanki məscid tikdirmək hansısa bir terror əməli və ya dövləti cinayətdir. Belə olmasaydı bu müqəddəs savab əməlin önünə sədd çəkilməz, ötur-ötür oyununa çevrilməzdi.
Məscid tikintisi ilə əlaqədar Göyçaydan millət vəkili seçilmiş Şəmsəddin Hacıyev kənd sakinləri ilə görüşəndə bu işə yardım edəcəyinə söz vermişdi. Lakin törədilən bürokratik amillər o qədər güclü olub ki, millət vəkili belə bu savab əmələ kömək edə bilmir. Biz Şəmsəddin Haciyevə müraciət edərkən o bu məsələnin həlli bağlı İqtisad Universitetinin prorektoru Şahin müəllimə həvalə etdiyini bildirdi. Şahin müəllimin qəbulunda olarkən o bizə Göyçay rayon İH başçısının birinci müavini Ramiz müəllimlə görüşməyi məsləhət gördü. Lakin Ramiz müəllim səhhəti ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicədə olduğu üçün biz İcra Hakimiyyəti başçısının hümanitar məsələlər üzrə şöbə müdiri Rəxşəndə Rəcəbova ilə görüşməli olduq. Kaş ki görüşməsəydik...
Doğrusu, çoxları bizim bu xanımla görüşəcəyimizi eşidəndə təəssüflənib, köks ötürəndə işin məğzini anlamışdıq. Amma, humanitar şöbənin rəhbəri olsa da humanizmdən xəbəri olmayan Rəxşəndə xanım bizə bir üz göstərdi ki, əlimiz üzümüzdə qaldı. Ömrünün ixtiyar çağlarını yaşasa da, yaşı 65-i keçsə də təqaüdə çıxmağı ağlına belə gətirməyən, oturduğu kreslodan bərk-bərk yapışan R.Rəcəbova məscid adını eşidəndə haldan-hala düşdü, qəzəbləndi. “məscid kimə kazımdır”, “neyniyirsiz məscidi?” və s. kimi elə sözlər dedi ki, elə bildik ki, yoldaş Brejnevin hakimiyyəti vaxtıdı. R.Rəcəbova da kommunist partiyasının novator ateistlərindəndir... Fikirləşdik ki, bəlkə bu xanım yaşlandığı üçün artıq vəzifəsinin öhdəsindən gələ bilmir, ona görə bizi başdan edir. Amma məlum oldu ki, icra başçısı Mansur müəllimin “əvəzedilməz” kadrı olan bu xanımı belə arxayınlaşdıran səbəblər vardır. Mansur müəllimin hamının qarşısında dəfələrlə “nə qədər mən bu rayonun başçısıyam sənə heç kim toxuna bilməz” deməsi Rəxşəndə xanımı Göyçayın yenilməz əvəzedilməz humanitar əməlləri isə bütün rayonda dillər əzbəridir. Qaçqınlara, imkansızlara göstərdiyi “humanitar” köməkləri sadalasaq, gərək dastan danışaq. Qeyri-qanuni kommersiya fəaliyyəti ilə məşğul olan bu xanımın rayonda “Rəxşəndənin obyektləri” kimi məşhur olan ticarət müəssisələri də xeyli saydadır. Düzdü,bu müəssisələr R.Rəcəbovanın adına olmasa da, onların əsl sahibinin kim olduğunu hamı bilir.
Nə isə mətləbdən uzaqlaşmayaq. Rəxşəndə xanım bu məscid tikintisinə görə bizə çox soyuq, başdansovdu münasibət göstərdi. Səbəbi də bu oldu ki, guya bu məscidi kimlərin tikdirdiyi kimlərin nəzarətində olacağı məlum deyil. Izah edirik ki, məscid camaatın vəsaiti köməkliyi ilə tikilir və bu məscidə dövlət orqanları kimi axund, imam təyin etsə, camaatın etirazı yoxdur. Sadəcə bu insanlar normal ibadət etmək üçün bir məscid, Allah evi tikmək istəyirlər. Amma R.Rəcəbovanın imanının heç tükləri də tərpənmədi.
Məscidin tikintisinə xeyir dua verənlərdən biri də yuxarıda qeyd etdiyimiz kimi millət vəkili Şəmsəddin Hacıyev olmuşdur. Əslində Şəmsəddin müəllim heç bu bölgənin deputatı olmasa da, ictimaiyyət qarşısında dəfələrlə bu işə kömək edəcəyinə söz vermişdi. Bu barədə 302 nəfər kənd sakininin imzası ilə yazılan müraciət də Şəmsəddin müəllimə təqdim olunmuşdur. Kim istəməz savab qazanmağı, el gözündə ucalmağı? Bu bəlkə də vəzifəli şəxslərə Allah qatında savab qazanmaq üçün Tanrının yaratdığı bir şans idi. Lap rəhmətlik Nəsibə xanım demişkən “xoşbəxtlik quşu özü gəlib onların çiyninə qonmuşdu” onlarsa bunu dəyərləndirmək istəmirlər. Göyçayın ən böyük kəndlərindən biri olan Ləkçıplaq kənd sakinləri isə hələ də intizarla gözləyir ki, görəsən Şəmsəddin müəllim, Mansur müəllim, Dini İşlər üzrə Dövlət Komitəsinin əməkdaşları nə vaxt bu ötür-ötür oyununa son qoyub məscidin tikintisinə xeyir-dua verəcəklər. Biz bunları yazdıq, Allahın əməl yazan mələkləri bu işə cavabdehlərin əməl dəftərinə nə yazır onu bilmirik.
Mövzu diqqətimizdədir.

Nicat Mahmudov,
Elman Əhmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsmi fətva ilə məscid bağlandı

    Rəsmi fətva ilə məscid bağlandı ...

    9-07-2013, 12:04

  • 
  • Lerikdə icra başçısı məscidi sökür

    Lerikdə icra başçısı məscidi sökür ...

    6-12-2013, 15:15

  • 
  • Azərbaycanda məscidi yandırdılar

    Azərbaycanda məscidi yandırdılar ...

    15-07-2016, 13:28

  • 
  • Beyləqanda Allah evinin yağmalanması

    Beyləqanda Allah evinin yağmalanması ...

    30-11-2012, 22:48

  • 
  • Bakıda daha bir məscid sökülə bilər

    Bakıda daha bir məscid sökülə bilər ...

    17-02-2013, 12:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu