GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəza törədən gənc hadisə yerindən qaçdı

Qəza törədən gənc hadisə yerindən qaçdı

Tarix: 11-05-2016, 00:18 Bölmə :Ölkə Baxış: 0
Qəza törədən gənc hadisə yerindən qaçdı

Məhkəmə ölümə səbəb olan qəzanın günahkarına 6 il 6 ay cəza kəsdi

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən İmişli rayon sakini, 1988-ci il təvəllüdlü Fərman Bünyətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, Fərman Bünyətov 11 iyul 2015-ci il tarixdə, saat 20.45 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz Vito 112” minik markalı avtomobili İmişli şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən sürət həddini aşıb.

Fərman Bünyətov yol hərəkəti qaydasını pozaraq H.Əliyev prospektində irəlidə-yolun sağ kənarında dayanmış Mübariz Şirinova “Qaz-31105 120” minik markalı avtomobili vurub. O, hadisə zamanı yaralanan Mübariz Şirinova ilkin yardım göstərməyib və idarə etdiyi avtomobillə hadisə yerini tərk edib.

Nəticədə aldığı xəsarətdən xəstəxanaya çatdırılan Mübariz Şirinova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Mübariz Şirinov iyulun 13-də xəstəxanada vəfat edib.

Fərman Bünyətovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərman Bünyətov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fərman Bünyətov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini istəyib.

Fərman Bünyətovun apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Fərman Bünyətovun vəkili Vəliəhəd Həbibov bildirib ki, məhkəmə Fərman Bünyatovun ehtiyyatsızlıqdan cinayət əməlini törətməsi baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edib: “Məhkəmə Fərman Bünyətovun barəsində azadlıqdan məhrum etmə cəzasını tətbiq etməklə ümumi rejmili cəzaçəkmə müəssisəsində çəkiləcək bu cəzanın maksikmum dərəcədə onun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyini əsas götürüb. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsi, törətdiyi əmələ görə Fərman Büyatov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməsi, ona elan olunan Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzalar qismən toplamaqla müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunması məqsədə müvafiqdir”.

Məhkəmədə təqsirləndirilən şəxs qisimində dindirilən Fərman Bünyatov Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki,

baş vermiş hadisəyə görə həyacanlanıb: “Bu səbəbdən də toqquşduğum avtomobilin sürücüsü ilə maraqlanmamışam və hadisə yerindən getmişəm. Törətmiş olduğum cinayət əməlindən peşimaçılıq hissi keçirirəm, hadisə nəticəsində dünyasını dəyişmiş mərhum Mübariz Şirinovun dəfn xərclərinin ödənilməsində iştirak etmişəm, zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmişəm”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Rəmzi Şirinov bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası Mübariz xəsarət alıb və İmişli Mərkəzi rayon Xəstəxanasına daxil olub. Xəstəxanada iyulun 13-də atasını ölməsini təsdiq edən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, atasının dəfni ilə əlaqədar Fərman Bünyatov tərəfindən ziyanın tam ödənilib. O, Fərmana qarşı şikayətinin olmadığını bildirib.

Həmçinin Rəmzi Şirinov məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın tam ödənilməsini, Fərman Bünyatova qarşı heç bir şikayət və tələbinin olmadığını bir daha göstərib.

Dövlət ittihamçısı Elnar Hüseynov Fərman Bünyətovun müdafiəçisinin verdiyi apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Fərman Bünyətovun əməlinin Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alındığını bildirib.

Elnar Hüseynov qeyd edib ki, Fərman Bünyətovun şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ədalətli cəza təyin olunub. Onun sözlərinə görə, məhkəmənin hökmünün apelyasiya şikayətinə əsasən dəyişdirilməsi üçün əsasların yoxdur. Elnar Hüseynov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş edib.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Fərman Bünyətovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəkidə avtomobil hasara çırpıldı

    Şəkidə avtomobil hasara çırpıldı ...

    3-09-2015, 21:55

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    18-01-2016, 12:14

  • 
  • Bakıda 23 yaşlı qızı vurub öldürdülər

    Bakıda 23 yaşlı qızı vurub öldürdülər ...

    3-10-2014, 12:26

  • 
  • İmişlidə avtomobil aşıb, ölən və yaralanan var

    İmişlidə avtomobil aşıb, ölən və yaralanan var ...

    11-12-2013, 12:47

  • 
  • Polisin ölümünə səbəb olan sürücüyə dövlət ittihamçısı cəza istəyib

    Polisin ölümünə səbəb olan sürücüyə dövlət ...

    9-06-2016, 00:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu