GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Marketlərin “bonus oyunu” - ARAŞDIRMA

Marketlərin “bonus oyunu” - ARAŞDIRMA

Tarix: 11-05-2016, 18:56 Bölmə :Ölkə Baxış: 0
Marketlərin “bonus oyunu” - ARAŞDIRMA

Super marketlərin əksəriyyəti bonus kartlarında toplanan balların müqabilində müştərilərə verəcəkləri hədiyyəni müxtəlif bəhanələrlə əsirgəyirlər. Şikayətçilər bildirir ki, bəzi marketlər bonus kartına yüklənən xalların sayını artırır, bəzi marketlər isə indiyə qədər kartlara toplanan balları silməklə hədiyyə verməkdən boyun qaçırır. Deyilənlərin doğruluğunu yoxlamaq üçün Teleqraf.com araşdırma aparıb. Başlayaq “Araz” supermarketlər şəbəkəsindən. Bu marketdən verilən bonus kartının şərtlərinə görə, marketdə hər 10 manatlıq alış-verişin nəticəsi olaraq karta 1 xal yüklənir. Toplanan xalların məbləğinə uyğun sonda müştəriyə hədiyyə verilir. Hədiyyə paketinə ütü, fen, telefon, blender, tava, mobil telefon kimi əşyalar daxildir. Hədiyyə qismində verilən bu məhsullar adi dükanlarda daha ucuzdur. Məsələn, maksimum 100 manat olan buxarlı ütünü hədiyyə kimi almağa 361 bal tələb edilir. Yəni vətəndaş nə az, nə çox 37 dəfə 10 manatlıq bazarlıq etməlidir ki, 361 bal toplasın. Şəbəkənin 8-ci mikrorayon ərazisindəki bölməsinə yaxınlaşıb, bonus kartını təqdim edib yığdığımız xalı hədiyyəyə dəyişmək istədiyimizi dedik. Kartı yoxlayan market nəzarətçisi bir aydan artıqdır sözügedən marketdən alış-veriş etmədiyimiz üçün xalların ləğv olunduğunu söylədi. Buradan əlimizi üzüb 8-ci mikrorayon ərazisindəki “Fərid” marketə üz tutduq. “Fərid” marketin bonus kartını nəzarətçi Xatirə xanıma təqdim etməli olduğmuzu bildirdilər. Nəzarətçi xanım heç karta baxmadan bonusluq hədiyyələrinin qalmadığını dedi. Mağazadakı daha bir müştəri də gileylənərərk bir aydan çoxdur hədiyyə olmadığından kartının geri qaytarıldığını bildirdi. Kassir bonus hədiyyələrin olub-olmayacağı barədə sualımıza susmaqla cavab verdi. “Qızılgül” marketin bonus kartından isə xallar nə silinib, nə də hədiyyə kasadlığı var. Bu marketin müştərilərinə “sürprizi” xalların sayına görə alış-veriş məbləğinin artırlmasıdır. Tutaq ki, əvvəl 10 manatlıq alış-veriş üçün karta 1 xal vurulurdusa, indi 20 manatlıq alış-veriş üçün bir xal vurulur. Ekspertlər belə davam edəcəyi təqdirdə ölkədə yenicə formalaşmağa başlayan super market mədəniyyətinin fiaskoya uğrayacağını gizlətmirlər. İnam azalacaq Marketoloq Vüsal Hacıyev bonus, endirim elektron kartlarının istehlakçı seçiminə təsir edən vasitə olduğunu deyir. Marketinq qaydalarının mövcud olduğu sahədə bonus kartlarının şərtlərinin maksimum sərfəliliyinə diqqət çəkən ekspert bizdə bunun əksinin baş verdiyini bildirir: “Əksər marketlərimizdə bonus kartlarının faiz şərtləri bankların taksit kartlarının şərtlərindən daha ağırdır. İlk baxışdan əlverişli görünsə də, hər alış-veriş məbləğinin cəmi 1 faizinin bonus kimi hesablanması aşağı rəqəmdir. Vətəndaş müştəri kimi adına rəsmiləşdirilən kartda 1 manat bonus yaranması üçün 100 manatlıq alış-veriş etməlidir. Şərt kimi qoyulan məbləğ qazancdan dəfələrlə artıqdır ki, bu da sahibkara daha çox qazandırır, nəinki alıcıya”. Müsahibimiz bu cür davam edərsə, istehlakçıların bonus kartlara inamının azalacağını və beləliklə maraqlı marketinq qaydasından məhrum ola biləcəyimizi deyir. “İstehlakçı şirnikləndirilir və ziyana düşür” Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov marketlərin ƏDV-dən azad olunmayacağı ilə bağlı vergilər nazirinin açıqlamasını doğru addım sayır və deyir ki, market sahibləri onsuz da qeyri-leqal yolla qazanc əldə edirlər: “Məsələn, super marketlərdəki çörək piştaxtası istehsalçı firmalara böyük məbləğdə vəsaitə satılır və həmin vəsaitlər vergidən yayındırılır. Məndə olan məlumata görə, market daxilində bir firmaya piştaxta vermək min manatdır. Onlar da məcbur olub piştaxtaya 100 əvəzinə 150 çörək qoymalı olur və satılmayan çörəklər tullantıya gedir. Bundan başqa, məhsul istehsalçılarından satış üçün nəzərdə tutulandan əlavə məhsul alır və onun pulunu vermirlər. Hər malı marketə buraxmırlar. Təzə məhsulların tanınması üçün şərtlər xüsusilə ağır olur”. Ekspert marketlərin ən böyük oyununun elə bonus kartları üzərindən aparıldığını deyir: “Dünya təcrübəsində bonus və endirim kartları müştəri cəlb etmək üçün reklam üsuludur. Bundan həm sahibkar faydalanır, həm də istehlakçı. Bizdə isə istehlakçı bundan nəinki faydalanır, əksinə şirnikləndirilir və ziyana düşür. Bu yaxınlarda “Makro Market”lə bağlı bizə şikayət daxil olmuşdu. O zaman araşdırma apardıq və məlum oldu ki, bonus üçün nəzərdə tutulan 10-15 manatlıq hədiyyəni əldə etmək üçün müştərinin marketdən ən azı 1500 manatlıq alış-veriş etməsi lazımdır. Bu isə faiz gəlir nisbətinə görə marketinq qaydalarına ziddir. Amma marketlər “bonus oyunu” ilə müştərilərdən əlavə gəlir əldə edirlər”. Eyyub Hüseynov marketlərin “bonus oyunu” ilə qarşılaşdığı təqdirdə istehlakçıların İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət ünvanlanmağı tövsiyə edir: “Xoşagəlməz hallarla bağlı istehlakçıların dövlət qurumuna müraciət etməsi vacibdir. Yəni idarəedici qurumlar da bilsinlər ki, əhalini aldadan hansı marketlərdir”. Naibə QURBANOVA

Marketlərin “bonus oyunu” - ARAŞDIRMA
Marketlərin “bonus oyunu” - ARAŞDIRMA
Marketlərin “bonus oyunu” - ARAŞDIRMA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Veysəloğlu” alıcılarını aldadır - İDDİA

    "Veysəloğlu” alıcılarını aldadır - İDDİA ...

    4-01-2020, 23:58

  • 
  • Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

    Azercell Müharibə Veteranları üçün kampaniyanın ...

    4-12-2015, 17:59

  • 
  • “Bakcell” məhkəməyə verilir

    “Bakcell” məhkəməyə verilir ...

    20-11-2014, 19:44

  • 
  • Azercell-lə sərfəli internet hər yerdə

    Azercell-lə sərfəli internet hər yerdə ...

    18-06-2015, 14:23

  • 
  • Hacı Madər Musayevin başı dərddə

    Hacı Madər Musayevin başı dərddə ...

    9-12-2013, 18:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu