GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Füzuli Ələkbərovun kitabça bazarlığı

Füzuli Ələkbərovun kitabça bazarlığı

Tarix: 17-04-2013, 10:47 Bölmə :Ölkə Baxış: 734
Füzuli Ələkbərovun kitabça bazarlığı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
qara bazarda satılan əmək kitabçalarını tanımır


Son vaxtlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesabatların elektron formada qəbuluna başlanılıb. Bu zaman isə həm işəgötürənlər, həm də işçilər üçün əlavə problem yaranıb. Belə ki, vətəndaşların müstəqillik illərindən sonra aldıqları əmək kitabçalarında seriya nömrəsi olmadığı üçün sistem daxil edilən məlumatları qəbul etmir.
Hazırda əksər vətəndaşların adına açılan əmək kitabçaları məhz bu şəkildədir. Halbuki müəssisələr tərəfindən uzun müddət vətəndaşalra əmək kitabçası açılmayıb. Bu isə dövlətin həmin sənədi vermədiyi ilə əsaslandırılaraq vətəndaşlardan həmin sənədi özlərinin alması tövsiyyə edilib. Onlar isə hazırda da satışda olan, Türkiyədə çap edilmiş və üzərində Azərbaycan Respublikasının dövlət gerbi olan əmək kitabçasını alıblar. Bu gün isə həmin kitabçaların rəsmi sənəd kimi qəbul olunmaması haqlı narazılıq yaradıb. Maraqlıdır, belə halda vətəndaşlar nə etməlidir?
Məsələyə aydınlıq gətirmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun ictimayyətlə əlaqələr şöbəsindən əmək kitabçalarında olan problemlə bağlı məsələnin onlara aidiyyəti olmadığını bildirdilər. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxladıq. Nazirlik yanında Dövlət Əmək Müfəttişliyindən bildirdilər ki, məsələni araşdırıb müvafiq cavab veriləcək. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə də müraciət etdik. Xidmətin rəis müavini Şahbaz Xələfovun sözlərinə görə, əmək kitabçası işçinin əmək fəaliyyəti haqqında məlumatları özündə əks etdirən əsas sənəddir: «Odur ki, bu sənədin düzgün tərtib olunması olduqca vacib hüquqi əhəmiyyətə malikdir. Əmək kitabçalarının vahid formada olması və onun tərtibinin eyni qaydada aparılması üçün Nazirlər Kabineti 1996-cı il tarixli 186 saylı Qərarı ilə "İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları"nı təsdiq edib. Qaydalara görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanuni şəkildə əmək kitabçaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanır və Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən müəssisələrə ödənişlə verilir».
Satışda olan əmək kitabçalarına gəldikdə isə Ş.Xələfov deyir ki, müxtəlif ticarət obyektlərində satılan əmək kitabçaları qanunsuz istehsal məhsuludur: «Qara bazar»da satılanlarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan əmək kitabçalarının keyfiyyətində, kağızında müəyyən qədər fərqlər olur. Bazara daxil olan əmək kitabçaları birinci dəfə Türkiyədə istehsal olunub. Onlar ilk dəfə bizə təklif olunanda müəyyən qusurlar olduğu üçün qəbul etmədik. Amma sonradan həmin kitabçalar bazara yol tapdı. Əslində həmin kitabçalar ölkəyə buraxılmamalı idi. Dövlət Məşğulluq Xidməti bu cür halların qarşısının alınması üçün tədbirlər görür. Amma həmişə, hər yerdə mübarizə aparmaq mümkün olmur. Müəssisələrdə bu cür saxta sənədlərə rast gəldikdə onu ləğv edirik».
Bu halda vətəndaşların nə edəcəyinə gəldikdə isə Ş.Xələfov deyir ki, vətəndaşın bu məsələdə hər hansı günahı yoxdur: «Əgər vətəndaşdan əmək kitabçasını özü almağı tələb olunursa və o, həmin kitabçanı alırsa, burada vətəndaşın günahı yoxdur. Hər bir halda vətəndaşın adına onun işlədiyi dövrdən başlayaraq Dövlət Sosial Müdafiə Fonduna pul ödənilib. Digər tərəfdən vətəndaşın işlədiyi onu işə götürən müəssisə tərəfindən əmək kitabçasına yazılaraq təsdiqlənib. Belə halda müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə rəsmi məktubla müraciət etməlidir. Həmin müraciətdə işçilərin sayı və tələb olunan əmək kitabçalarının sayı göstərilməlidir. Bundan sonra həmin kitabçalar müəssisələrə veriləcək. Daha sonra isə əvvəlki əmək kitabçası da şəxsi işdə saxlanılmaqla yeni əmək kitabçası açıla bilər. Hazırda müəssisələrə əmək kitabçasının çatdırılması sahəsində heç bir problem yoxdur. İstənilən işəgötürən müraciət etdikdə həmin kitabçaları ala bilər».
Məsələyə münasibət bildirən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov da bu məsələdə vətəndaşların məsuliyyat dışımadığını bildirdi: «Əmək kitabçaları hazırda vətəndaşların iş təcrübəsinin göstərildiyi dövlət sənədidir. Buna görə də həmin sənəddə hər hansı nöqsan olmamalıdır. Amma əmək kitabçaları artıq yavaş-yavaş öz funksiyasını itirməkdədir. Çünki hər bir işləyənin Dövlət Sosial Müdafiə Fondunda fərdi hesabı var. Həmin hesabın vəziyyəti vətəndaşın nə zaman işləməsi və hansı ödənişləri etməsi barədə məlumat verir. O ki, qaldı əmək kitabçasında seriya nömrəsinin olmamasına, mən Dövlət Məşğulluq Xidmətindən aldığım əmək kitabçasında da seriya nömrəsi yoxdur. Seriya nömrəsinin olmaması isə ciddi nöqsan kimi qəbul edilməməlidir. Bu problem müvafiq dövlət qurumları tərəfindən tənzimlənməli və lazım olduqda proqram təminatına düzəlişlər edilməməlidir. Bu məsələdə vətəndaşların hər hansı günahı yoxdur və onlar zərər çəkməməlidir».

Xalid
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda əmək kitabçaları ləğv olunacaq

    Azərbaycanda əmək kitabçaları ləğv olunacaq ...

    27-02-2014, 14:15

  • 
  • Səlim Müslümovun müavininin  “huşsuzluğu”

    Səlim Müslümovun müavininin “huşsuzluğu” ...

    25-11-2013, 14:29

  • 
  • “İşəgötürənlər məsuliyyət daşıyır”

    “İşəgötürənlər məsuliyyət daşıyır” ...

    4-02-2014, 17:15

  • 
  • Səlim Müslümov yeni rəis təyin etdi

    Səlim Müslümov yeni rəis təyin etdi ...

    18-11-2013, 14:47

  • 
  • Qəzet redaktoru Bakı sakininə saxta əmək kitabçası satarkən tutuldu

    Qəzet redaktoru Bakı sakininə saxta əmək ...

    21-01-2014, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu