Məşhur akademik Məmmədağa Şirəliyevin nəvəsi Bakıdakı qadın sığınacaqlarından birinə yerləşdirilib.
Akademik Məmmədağa Şirəliyevin nəvəsi Lalə Ağayeva yaxınları tərəfindən qarşılaşdığı çətinliklərdən sonra öz istəyi ilə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına aparılıb. Bir həftəyə yaxındır ki, sığınacaqda yaşayan Lalə Ağayevanın qəribə taleyi olub.
Lalə Şamil qızı Ağayeva Şamil qızı 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Anası Şirəliyeva Tamilla Məmmədağa qızı, atası Kərimov Şamil Həmid oğludur. Lalə anadan olandan sonra Tamilla uşağı baxmaq üçün anası Ludmilaya verib. Lalə Akademik Məmmədağa Şirəliyevin evində böyüyüb.1968-ci ildə Lalə BülBül adına Orta İxtisas Musiqi məktəbinə gedib. 5-ci sinifə qədər orada əla qiymətlərlə oxuyub. Sonradan nənəsi xəstə olduğuna görə Lalə dərsləri buraxır və məktəbə gedə bilmir. Ailə uşağı heç kimə etibar etmədiyindən Lalə dərslərini evdə müəllimlə davam etdirir. Beləliklə, Dzerjinski adına musiqi məktəbini bitirir.
Lalənin 13 yaşı olanda qardaşı ilə eyvanda oturaraq ev telefon nömrələrini eyvandan atırlar. Yoldandan keçən oğlanlardan biri nömrəni götürür və zəng edir. Yeniyetmə qız beləliklə Fəxrəddin Ağayev adlı oğlanla tanış olur. Onların münasibəti davam edir. Amma həmin vaxt Fəxrəddin Ağayev təhsil aldığı institutda imtahandan kəsilir və bundan sonra əsgərliyə gedir. Buna baxmayaraq onun Lalə ilə münasibətləri daha da dərinləşir. Laləyə mütəmadi olaraq hərbi xidmətdən məktub yazır. Lalə də məktubları cavablandırır və gəncə qarşı isti münasibəti yaranır. 1976-ci ilin noyabrında Fəxrəddin əsgərlikdən qayıdır və Lalə ilə görüşərək onu ailəsi ilə tanış etməyə razı salır. Pulları olmadığına görə Lalə özünün bahalı şalını 50 manata satır və yol pulu düzəldir. Cütlük Xaçmaz rayonuna gedir. Beş gün orada qalırlar . Ailə qız və Fəxrədinllə birgə Bakıya gəlir. Lalənin babası akademik Məmmədağa Şirəliyev bu məsələdən xəbərdar olandan sonra söz-söhbətdən yaxa qurtarmaq üçün onları nişanlayır. Nişan mərasimindən sonra Fəxrəddin Laləgildə qalır və və bir müddət sonra yeniyetmə qız hamilə qalır. 1977-ci ilin mart ayında akademik nəvəsinə toy edir və onu həyat yoldaşı Fəxrəddini də evinə qeydiyyata salır. Hətta instituta daxil olmağına kömək edir. Bir sözlə, yeni ailənin dolanmasına lazım olan bütün yardımlarını əsirgəmir.
Həmin ilin avqustunda Lalənin Fərəc adlı oğlu dünyaya gəlir. Onun hazırda paytaxtın Polis Bölmələrindən birində müstəntiq kimi çalışdığı bildirilir. 1983-cü il yanvarın 31-də oğlu Fərhad Ağayev doğulur. Fərhad isə hazırda cərrahdır. 1984-cü il aprel ayının 30 da isə üçüncü oğlu Fərid dünyaya gəlir.Fərid isə Neft Şirkətində məsul vəzifələrdən birində işləyir. Fəxrəddin Lalənin babası tərəfindən institutu bitirir və yaxşı işlə təmin olunur. Lakin bundan sonra özünə kənarda sevgili tapır. Elə bu səbəbdən də onların ailəsi dağılır və 1989-cu ildə Fəxrəddin və Lalə boşanırlar. Lalənin Dənizkənarı Milli Parka yaxın olan 5 otaqlı mənzili satılaraq 3 yerə bölünür.1 otaqlı mənzil Ludmila və nəvəsinə, 2 otaqlı ev Lalə və oğluna, 3 otaqlı mənzil isə Fəxrəddin və 1 oğluna verilir. Lalə oğlanları ilə tez-tez görüşür və onlar onun yanına qalmağa gəlirlər. Laləni böyüdən nənəsi xəstə olduğuna görə Lalə evini kirayə verərək ora köçmək istəyir. Kirayələmək üçün evə baxmağa gələn polis mayoru Firdovsi Xansuvar oğlu Həsənov evi kirayələyir. Firdovsi qızın imkanlarından istifadə edərək ona bir müddət sonra evlilik təklif edir. Evlənəndən sonra onu məcbur edir ki, evi satıb yerinə 3 otaqlı ev alsın. Lalə ondan hamilə qalır və hamiləliyin qorunması ilə bağlı xəstəxanada müalicə olur. Bu zaman Firdovsi Lalənin yanına xəstəxanaya gələrək onu evi satmaqda razı salır və təsdiqləmək üçün notariusa aparır. Amma evi bacısının adına qeydiyyata salır. Laləyə isə evi satdığını deyir. Lalə oğlu Emin dünyaya gələnə qədər xəstəxanada qalır.
1994-cü il uşaq doğulandan sonra Firdovsi Laləni xəstəxanadan çıxararaq Maşdağada yerləşən 1 saylı ruhi xəstəxanaya saldırır. Lalə orada 9 il yaşamalı olur. Ruhi xəstə olmadığından yemək xatirinə orada təmizlik işlərinə baxır. Həmin xəstəxanada həkim işləyən Həsən Lalənin təmizkar olduğunu görərək onu öz evinə aparır və beləliklə Lalə ona qulluq edir. Mayın 3-də Lalə təsadüfən televiziya kanallarından birində "Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyi haqda məlumat eşidir. O, evində qaldığı sahibi Həsənə daha belə həyata dözə bilmədiyini deyir və getmək istədiyini bildirir. Həsən onun bu istəyini hörmətlə qarşılayır, hətta sığınacağın koordinatlarını tapıb Laləyə verir. Qadın sığınacağın psixoloqu vasitəsilə sığınacağa yerləşdirilir. Məşhur akademik Məmmədağa Şirəliyevin nəvəsi 52 yaşlı Lalə Ağayeva hazırda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyində yaşayır.
Keşməkeşli həyat yaşamış qadın yenidən ruhi xəstəxanaya salınmaqdan qorxur. Hazırda Firdovsinin ondan gizlətdiyi oğlu Eminin axtarışındadır. Firdovsi ona Eminin öldüyünü deyib.
Həmçinin digər üç oğlunun Həsənlə əlaqədə olduğunu iddia edir. Görünür, illərini tənhalıqla keçirən ana 4 oğulun heç yadına da düşməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?