“Lalə Şövkətin Milli Şuranın vahid namizədlə bağlı müzakirələrdə iştirak etməkdə məntiqi bir dəlil və ehtiyac yoxdur. Çünki Lalə Şövkət və Azərbaycan Liberal Partiyası birinci olaraq Rüstəm İbrahimbəyovun nəinki vahid namizəd, öz partiyamızın da namizədi kimi dəstəklənməsi haqqında qərar verib”.
Bunu açıqlamasında ALP sədri Əvəz Temirxan Lalə Şövkətin Milli Şuranın vahid namizədlə bağlı sessiyasına qatılmaması ilə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə görə ALP-nin Milli Şuradakı nümayəndələri sessiyada Lalə Şövkətin mövqeyini ifadə edirdilər.
Partiya sədri Lalə Şövkətin hazırda Azərbaycanda olduğunu və Bakı kəndlərinin birində dincəldiyini bildirib. “Biz onunla əlaqə saxlayırıq. İnternet, radio və mətbuatla prosesləri izləyir. ALP-nin atdığı bütün addımlar Lalə xanımla razılaşdırılır. ALP-nin verdiyi qərarları, həyata keçirdiyi strategiyanı Lalə Şövkət müəyyənləşdirir. Ona görə də heç kim narahat olmasın ki, Lalə Şövkət siyasətdən gedib. Xeyr getməyib”. Daha sonra partiya sədri əlavə edib: “Lalə xanım kölgədə oturub, mətbuata çıxmadan hər şeyi edir. Ara-sıra lazım olanda mətbuata da açıqlama verir. Yeri gəlmişkən Lalə Şövkət gələcək prezident seçkilərində Rüstəm İbrahimbəyova uğurlar arzulayır və əmindir ki, o qalib gələcək”-deyə Ə.Temirxan vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?