GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Beyləqan təhsilində kreslo davası: Tofiq Sadıqov və Tahir Həsənov bir-biri haqda yazdırır

Beyləqan təhsilində kreslo davası: Tofiq Sadıqov və Tahir Həsənov bir-biri haqda yazdırır

Tarix: 12-05-2016, 15:51 Bölmə :Ölkə Baxış: 0
Beyləqan təhsilində kreslo davası: Tofiq Sadıqov və Tahir Həsənov bir-biri haqda yazdırır

Beyləqan rayon təhsil sistemi ilə bağlı yeni məlumatlar yayılıb. Həmin məlumatlara görə, hazırda Maliyyə Nazirlinin Ağcabədi Regional İdarəsi tərəfindən Beyləqan rayon təhsil şöbəsində yoxlamalar aparılır. Mənbənin iddiasına görə aprel ayının sonlarında yekunlaşacaq yoxlama Beyləqan rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun vəzifədən alınması ilə yekunlaşacaq. Mediada hər zaman adı qalmaqallarda hallanan T.Sadıqovun yerinə gətiriləcək kadr haqqında da iddialar var. Bu şəxs Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar Təşkilatının müdiri Tahir Həsənovdur. Maraqlıdır ki, artıq proses başlamamış tərəflər bir-birinə qarşı kompramat savaşına başlayıblar.
Oxucularımız üçün tam aydınlıq yaransın deyə bildirək ki, bu vaxta qədər T.Sadıqov özü haqqında mediada yayılan məlumatların bir çoxununun mənbəyi kimi T.Həsənovdan şübhələnib. İndi isə həmin şəxsin vəzifəyə gətiriləcəyi ehtimalı yarandıqda təhsil şöbəsinin müdiri də analoji üsuldan istifadə etmək qərarına gəlib. Belə ki, Tahir Həsənovla bağlı mediaya məlumatlar ötürülməyə başlayıb. Bu məlumatların T.Sadıqova nə dərəcədə aidiyyatı olub olmadığını, onun maraqlarına nə qədər xidmət etdiyini deyə bilmərik, qarşı tərəfin də öz mövqeyini ifadə etmək hüququnu tanıyaraq redaksiyamıza ötürülən həmin məlumatları diqqətinizə çatdırırıq.
Beyləqan təhsil işçiləri haqlı olaraq bildirirlər ki, Azərbaycan bəlkə də tək-tək ölkələrdəndir ki, burada həmkarlar təşkilatları işçi hüquqlarını deyil, işəgötürənlərin mənafeyini qoruyur. Üstəlik yardıma, sosial müdafiəyə ehtiyacı olanlara kömək göstərməli olan bu təşkilat , faktiki olaraq üzvlərinin yardımı ilə yaşayır. Burada “təşkilat” dedikdə onun rəhbəri nəzərdə tutulur. Həmin şəxs bu yardımdan hətta “yuxarı”lara da “yardım” etdiyini deyir. Müraciət müəllifləri ortaya konkret faktlar qoyublar. Onların deməsinə görə, Beyləqanda təhsil işçiləri üçün əmək haqqı olaraq ayda milyon manatdan artıq pul ödənilir. Bu məbləğin 2 faizi, yəni təxminən 20 min manatdan artıq pul “duru yerdən” həmkarlar təşkilatının hesabına köçür: “Üzvlük haqları hesabına yığılan həmin vəsaitin 51 faizi baş idarəyə gedir, 49 faizi isə yerli təşkilatın ixtiyarında qalır.
Hesablama ilə yerli təşkilat ayda ən azə 10 min manat gəlir əldə edir ki, bu da ildə 120 min manat təşkil edir. Nizamnaməyə görə bu vəsain təqribən 35-40 faizi ehtiyacı olan təhsil işçilərinə yardım formasında verilməlidir. Qalan vəsait təddbirlərin, bayramların təşklinə və inzibati xərclərə sərf olunur”. Beyləqanlı təhsil işiləri hələ bir kasıb, xəstə müəllimə yardım edildiyini, müalicəyə göndərildiyini eşitmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilat rəhbəri Tahir Həsənovun işi bu vəsaiti silmək üçün saxta sənədlər tərtib etməkdən ibarətdir. 3 ilə yaxındır ki, o, təşkilatı bu qaydada idarə edir. Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri Tahir Həsənov haqda ən maraqlı fakt isə onu sədr vəzifəsinə təşkilatın üzvlərinin seçməməsidir. Bununla bağlı apardığımız araşdırma zamanı məlum olub ki, T.Həsənovun ümumiyyətlə Beyləqan təhsilinə aidiyyatı olmayıb. O uzun müddət Füzuli rayon təhsil sistemində çalışıb. Füzuli rayonunun 55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin Həmkarlar İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.
Beyləqandakı mənbə bu proses haqda da maraqlı faktlar söylədi: “T.Həsənovun Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına sədr gətirilməsi birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub. O bu prosesin sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”.
Mənbənin bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən birbaşa Azərbaycan
Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir. Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik. Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi prosesi çox müəmmalar yaradır…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu İrşad Əliyevin kadrı əvəzləyəcək

    Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu ...

    28-03-2016, 19:07

  • 
  • Beyləqanda başçını da idarə edən var imiş... - İDDİA

    Beyləqanda başçını da idarə edən var imiş... - ...

    9-05-2019, 18:16

  • 
  • Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı...

    Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı... ...

    11-12-2012, 12:39

  • 
  • Hikmət Osmanovla Vaqif Abdullayevin sövdələşməsi Beyləqanda aranı qatdı

    Hikmət Osmanovla Vaqif Abdullayevin sövdələşməsi ...

    8-06-2017, 15:00

  • 
  • Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov yaxınlarına necə “gün ağlayır”?

    Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov ...

    22-07-2014, 15:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu