GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı...

Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı...

Tarix: 11-12-2012, 12:39 Bölmə :Ölkə Baxış: 1 337
Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı...

Tofiq Sadıqov ciddi yoxlamalara məruz qalacağını bildiyindən rayon təhsilində kosmetik dəyişikliklər etməyə çalışır

gundemxeber.az «Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov icra başçısı Vaqif Abdullayevin adından istifadə edərək, öz məqsədlərini reallaşdırmağa, daha çox gəlir əldə etməyə çalışır». Bu sözlər redaksiyamıza müraciət edən və Tofiq Sadıqovun yarıtmaz fəaliyyətindən şikayətlənən bir qrup Beyləqan sakini tərəfindən deyilib.
Şikayətçilərin bildirdiyinə görə, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri məclislərin birində açıq şəkildə rayona yeni təyin olunmuş icra başçısı Vaqif Abdullayevlə yaxın olduğunu və buna görə də ona heç kimin gücünün çatmadığını bəyan edib: «Görünür, Tofiq Sadıqov icra başçısına yaxın olmasına arxayınlaşaraq təhsil şöbəsində istədiyini eləyir və heç kimə hesabat vermir. Beyləqan təhsili uzun illərdir ki, heç bir ciddi uğurlara imza atmayıb. İnanmayan varsa, buyurub məsələ ilə bağlı müvafiq araşdırma apara bilərlər. Məsələn, hələ bir neçə il öncə təhsil sahəsində başlanılan islahatlar ölkənin əksər rayonlarında uğurla həyata keçirilsə də, Beyləqanda bu sahədə heç bir irəliləyiş əldə olunmayıb. İnandırım sizi, nə qədər ki, Tofiq Sadıqov Beyqəlanın təhsil sisteminə rəhbərlik edəcək, deməli bu vəziyyət olduğu kimi davam edəcək».
Ötən sayımızda sizləri Beyləqanda təhsilin vəziyyətilə bağlı apardığımız araşdırmanın nəticələrilə tanış edərkən qeyd etmişdik ki, 2011-2012-ci tədris ilində rayonda fəaliyyət göstərən orta məktəblərdən ümumilikdə 1000-1200 arası şagird məzun olub. Onların əksəriyyəti ali məktəblərə qəbul olmaq üçün sənəd versələr də, çox az bir hissəsi tələbə adını qazana bilib. Məhz bu faktın özü Beyləqanda təhsilin səviyyəsinin aşağı olmasından xəbər verir. Elə bu səbəbdən də rayon sakinləri Tofiq Sadıqovun yatırmaz fəaliyyətinə etiraz əlaməti olaraq redaksiyamızla yanaşı, aidiyyəti qurumlara da şikayətlər edirlər.
Eyni zamanda, o da bildirilir ki, Beyləqan rayon Təhsil Şöbəsində mövcud olan neqativ halların başında birbaşa Tofiq Sadıqov dayanır. Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, bu, hüquq-mühafizə orqanlarının da diqqətindən yayınmayıb. Yaxın vaxtlarda məsələ ilə bağlı konkret tədbirlərin görüləcəyini deyən mənbə iddia edir ki, ölkənin hüquq-mühafizə orqanları iyun ayının sonlarına yaxın Beyləqan rayon Təhsil Şöbəsində ciddi yoxlamalara başlayacaqlar: «Hələlik yoxlamaların nə ilə nəticələnəcəyini demək bir qədər çətindir. Lakin Beyləqan əhalisini yaxşı bəllidir ki, Tofiq Sadıqov fəaliyyəti dövründə bir sıra ciddi nöqsanlara yol verib və elə bu səbəbdən də indi həyəcan içindədirlər». Mənbənin sözlərinə görə, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri yaxın vaxtlarda ciddi yoxlamalara məruz qalacağını bildiyindən sakinlərin könlünü almağa, rayon təhsilində kosmetik dəyişikliklər etməyə çalışır: «Çünki Tofiq Sadıqov həm rayon camaatının, həm də müəllim heyətinin haqlı etirazına səbəb olan çoxsaylı addımlara imza atıb. Məsələn, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri bu ilin may ayında gül bayramı ilə əlaqədar olaraq hər məktəb direktorundan 500 manat pul yığdırıb. Həmin vaxt bu məsələ ilə bağlı mətbuatda da bəzi məlumatlar getmişdi. Düzdür, daha sonra Tofiq Sadıqov deyilənləri inkar etməyə çalışsa da, Beyləqan sakinlərinə məlumdur ki, şöbə müdiri bu yolla xeyli vəsaitin toplanmasına müvəffəq olmuşdu. Odur ki, bu və digər əməllərinin üstünün açılmasından, eyni zamanda hüquq-mühafizə orqanları tərəfindən aparılacaq yoxlamalardan ehtiyat edən Tofiq Sadıqov nə yolla olursa-olsun sakinlərin könlünü almağa, rayon təhsilində kosmetik dəyişikliklər etməyə çalışır».

Sərxan Mehdizadə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda ara qarışdı

    Beyləqanda ara qarışdı ...

    23-12-2012, 10:47

  • 
  • Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu İrşad Əliyevin kadrı əvəzləyəcək

    Beyləqanın təhsil şefi gedir: Tofiq Sadıqovu ...

    28-03-2016, 19:07

  • 
  • Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov yaxınlarına necə “gün ağlayır”?

    Beyləqan təhsilini “ağladan” Tofiq Sadıqov ...

    22-07-2014, 15:11

  • 
  • Beyləqanda skandal: Yeni şöbə müdiri direktorlardan pul tələb edir

    Beyləqanda skandal: Yeni şöbə müdiri ...

    9-06-2016, 17:07

  • 
  • Beyləqanın əsas bosları Vaqif Abdullayevə qarşı

    Beyləqanın əsas bosları Vaqif Abdullayevə qarşı ...

    27-12-2012, 08:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu