GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nemət Pənahlı “öldü”: Başına “Elçibəyin daşı” düşdü

Nemət Pənahlı “öldü”: Başına “Elçibəyin daşı” düşdü

Tarix: 12-05-2016, 16:43 Bölmə :Ölkə Baxış: 0
Nemət Pənahlı “öldü”: Başına “Elçibəyin daşı” düşdü

Adam haqda yazmaq o qədər ağır, o qədər əzablıdı ki...

Təkcə ona görə yox ki, bəyənsək də, bəyənməsək də adı Milli Azadlıq Hərəkatının liderləri sırasında yer alır, xidmətləri də yox deyil. Həm də ona görə ki, bütün bunlara rəğmən o qədər kiçik, o qədər primitivdir ki, bu kiçikliyi, bu primitivliyi faş edib, özü cəhənnəmə, onun da xidmətləri olmuş Milli Azadlıq Hərəkatının gözdən düşməsindən əndişələnirsən...

Bəlkə də təqdimata ehtiyac qalmadı, bəli, söhbət Nemət Pənahlıdan gedir. O Nemətdən ki, primitiv ağlıyla “oturmayan ermənidi” deyib, çoxlarını yerinə otuzdurub. O Nemətdən ki, çox qısa zaman kəsiyində hər kəsə sübut etdi ki, ona baş qoşmağa dəyməz. O Nemətdən ki, mübarizə apardığı Sovet İmperiyasının süqutundan sonra hər şeyi unutdu. Unutdu ki, o bu mübarizəyə hansısa müşavirin müşavirinin müşaviri olmaq üçün qoşulmamışdı axı...

Əslində Nemət haqda yazmaqla yazmamaq arasında prinsipial fərq də yoxdu. Yenə təkcə ona görə yox ki, Nemətin yazı-pozuyla lap əvvəldən arası olmayıb, həm də ona görə ki, adamın sərf etdiyi enerjiyə, klaviaturaya toxundurduğu barmaqlarının zəhmətinə belə hayıfı gəlir. Amma olmur, adam özü “qaşınır”. Qaşınanı isə qaşımaq imandan olmasa da müstəhib əməllərdəndir.

Deməli, ötən əsrin sonlarında “əsrimizin Səyavuşu” olmaq istəyən, amma heç Səyavuş Novruzov qədərində də ola bilməyən Nemət Pənahlı saytların birinə açıqlamasında 1993-cü ildə Əbülfəz Elçibəyi təhqir etməsinə bəraət qazandırıb və bundan peşman olmadığını bildirib.

Adam qırmızı-qırmızı belə də deyib: "Elçibəyi mənim qədər tanıyan adam yoxdur. Mən tanımışam və o vaxt haqqında da sözümü demişəm. Dediyim heç bir sözdən də nə peşman deyiləm, nə də hesab eləmirəm ki, səhv demişəm. Səhv deməmişəm, az demişəm. Sadəcə olaraq müəyyən etik çərçivələrə görə, milli dəyərlərə görə hələ bir qədər güzəştə getmişəm. Mənim görüşümdə milli hərəkatın bu günə düşməyinin bir nömrəli günahkarı odur. Mən sovet imperiyası ilə, düşmənlə nə qədər mübarizə aparmışam, heç vaxt düşmənə uduzmamışam. Ancaq onun xəyanəti nəticəsində bu hərəkat indiki vəziyyətinə, millət bu günə düşüb".

Adam bu cümlələri unudulmaqda olduğunu fərq edərək yenidən xatırlanması üçün deyibsə, xoşum gəldi. Çoxları gözü olduğu, amma qalxa bilmədiyi zirvələri Elçibəyin qucağında görüb – bu, Nemətin də haqqı. Amma belə olduğuna inanmıram, NEMƏTİNİ PƏNAH apardığı heç bir hakimiyyətdə tapa bilməyən birinin bu strateji ağıla sahib olduğunu düşünəcək qədər xəyalpərəst deyilik.

İndi ahıl yaşlarında olan bu “qoca uşaq” quyuya bir daş atıb, nə etməli? Elçibəyin özü də həyatda olsaydı daşı quyudan çıxartmaz, sakitcə yoluna davam edərdi. Zatən, bu günə qədər Elçibəyin karvanı səmtə baxıb o qədər daş atan, əcaib səs çıxardanlar olub ki, Nemət Pənahlı da olsun onlardan biri...

Nemət Pənahlı isə unutmasın, Elçibəy elə bir peyğəmbəranə şəxsiyyətdir ki, kiçiklərin atdığı daşlar sonunda özlərinə başdaşı olub.
Qəzan mübarək! Ölümünə xoş gəldin!

Başdaşın isə Ramiz Rövşən demiş, göydən düşəcək və sən o daşı tanıyacaqsan. Özün atmışdım axı....

Zülfüqar SAVAŞ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nemət Pənahlı həbsdən buraxıldı

    Nemət Pənahlı həbsdən buraxıldı ...

    15-11-2018, 11:10

  • 
  • Nemət Pənahlı Qobustana köçürüləcək

    Nemət Pənahlı Qobustana köçürüləcək ...

    15-06-2013, 00:58

  • 
  • Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir

    Ailəsi Nemət Pənahlıdan xəbər tuta bilmir ...

    22-01-2013, 09:48

  • 
  • Nemət Pənahlı həbs olundu

    Nemət Pənahlı həbs olundu ...

    13-10-2018, 10:10

  • 
  • Nemət Pənahlının məhkəməsi təxirə salındı

    Nemət Pənahlının məhkəməsi təxirə salındı ...

    18-04-2013, 10:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu