Bakı Apellyasiya Məhkəməsində Nemət Pənahlının şikayətinə baxılıb
İyunun 14-də Bakı Apellyasiya Məhkəməsində məhbus siyasətçi Nemət Pənahlının şikayətinə baxılıb. Məhkəmə Nemət Pənahlının Qobustan həbsxanasına köçürülməsi haqda qərarı qüvvədə saxlayıb.
Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nemət Pənahlının həbsxana rejiminə, yəni Qobustandakı həbsxanaya köçürülməsi haqda qərarı fevralın 25-də Xəzər Rayon Məhkəməsi çıxarıb. Bu qərar 17 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Nemət Pənahlı barədə təqdimatı əsasında qəbul edilib. Təqdimatda Nemət Pənahlının daxili nizam-intizamı dəfələrlə pozduğu iddia olunub.
Milli azadlıq hərəkatının öncül simalarından olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?