Qarşıdan gələn prezident seçkisi ilə bağlı ətraflı müzakirə aparılıb
Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavini Tomas Melia və onunla birgə olan nümayəndə heyəti müxalifət partiyalarının rəhbərləri ilə görüşüb. Görüşdə AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, VİP sədri Əli Əliyev, “El” hərəkatının sədri Eldar Namazov və “REAL” hərəkatının təmsilçisi Erkin Qədirli iştirak ediblər.Tərəflər Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkisi ilə bağlı ətraflı müzakirə aparıblar. Görüş barədə məlumat verən AXCP sədri Əli Kərimli bildirib ki, onlar ölkədə demokratiya sahəsində yaranan böhranlı vəziyyət barədə ətraflı məlumat veriblər. T.Melianın fikirlərinə gəlincə, AXCP sədri qeyd edib ki, bu barədə dövlət katibi müavininin özü açıqlama versə, daha düzgün olar. Qarşı tərəfin fikirlərini onun ictimailəşdirməsi doğru çıxmaz.
Sorğu
Yeni dizaynımız necədir?