Iqtisadi inkişafı hər an gözümzə dürtülən Rusiya son illər ən ağır siyasi və iqtisadi çətinliyini yaşayır. Ümüdlərimizi puça çıxaran Rusiya bazarları, bu gəlirlərdən asılı vəziyyətə salınan bazar iqtisadiyyatı yaxın gələcəkdə bizə nəsə yaxşı şeylər vəd etmir. Digər tərəfdən bütün uğursuzluğumuzun səbəbkarı olan uğursuz Rusiyaya güvən, bəlkədə uğursuzluğumuzun əsas “dayaq nöqtəsidir”. Hər il insanların qazanc yeri kimi baxdığı Rusiya özünü itqisadi dalana sürükləməklə, ona üz tutan sadə azərbaycanlılarıda ümüdsüz qoydu. Artıq bir neçə aydır ki, Rusiaya bazarlarında çalışan və min bir əziyyətlə pul qazanan insanlar öz ailə üzvlərinə pul göndərə bilmirlər. Bu uğursuzluq maddi çətinliklərlə yanaşı ailələrdə ciddi narazılıqlar və gərginliklər yaradıb. İndiki dövrdə Rusiya və ona ümid bağlayanların uğursuzluqları gözləniləndir. Postsovet məkanında maraqlarını münaqişə ocaqları yatırmaqla qoruyan bir ölkənin və bundan imdad gözələynlərin yaxşı gələcəyinin olması mənəvi və siyasi reallıqlar baxımından mümkünsüzdür. Dövlət qüdrətini təbii sərvətlərdən istifadə etməklə gücləndirmək və qüdrətləndirmək əvəzinə, təsirlərini münaqişə yaratmaq, insan ölümlərinə imkan açmaq və silah satmaqla saxlmaq niyyətindər. Yaxın tarixi nəzərdən keçirsək görərik ki, Rusiyanın yaxın 50-ildə qazancları olmayıb. Əvvəl Avorpadakı mövqeylərini, sonra Pribaltika ölklərini, sonra isə sovet məkanındakı təsirlərini itirdi. Moldova, Gürcüstan, Ukrayna və heç kimə sirr deyil ki, zaman-zaman yalnış siyasətin nəticəsi olaraq rusiyanın daxilinə sürüklənəcək. Globallaşan dünyada uğursuz müttəfiqin yanında durmaq və sona qədər ondan yaxşı nəticə gözələmək sadəlövlükdür. Bəzən zorla hər şeyin sona qədər mümkün olduğunu zənn edənlər, yaxın şərqdə baş verənləri düzgün qiymətlədirməli və zamanında faydalanmaldır. Avorapaya inteqrasiya yeni imkanlara və sürətli iqtisadi inkişafa zəmin yaradır. Rüşvətsiz təhsil azad və sərbəst bazar iqtisadiyyatı, fikir və plüralizm azadılığı indiki dövrdə sabitliyin və inkişafın əsas qarantdır. Artıq günün reallığı budur ki, insanlar Avropa dəyərlərini qiymətləndirir və bu gün Rusiyaya deyil Avropaya üz tutur. Çünki illərin təcrübəsi sadə vətəndaşlara belə imkan verir ki, onlar prosesləri düzgün qiymətləndirsin. Bu o deməkdir ki, rusiya artıq ümüdsüzlər məkanına çevrilib. Yəqin ki, Azərbaycan hakimiyyəti ən azından sadə vətəndaşlar qədər rusiyanın uğursuzluğunu zaman baxımından dəyərləndirəcəkdir.
Sorğu
Yeni dizaynımız necədir?