“Mafiya ölümsüzdür” deyənlər yanılırlar. Bəzən ən dəhşətli və səs-küylü ölümlər elə məhz mafiya başçılarının qismətinə düşür. AzNews.az 10 rusiyalı “qanuni oğru”nun ölüm siyahısını tərtib edib. Bunlar son 10 ildə ölümlərinin böyük hay-küy yaratdığı “qanuni oğru”lardır. 2013-cü il yanvarın 16-da Moskvada kriminal aləmin “xaç atası” Aslan Usoyan, başqa adı ilə Ded Xasan öldürülüb. Buna qədər isə onu 2 dəfə güllələyiblər, ancaq heç birində öldürmək nəsib olmayıb. İlk dəfə 1998 və ikinci dəfə 2010-cu ildə Ded Xasana tuşlanan güllələr ondan yan keçib. “Yaponçik” ləqəbli Vyaçeslav İvankov 2009-cu il 9 oktyabrında güllələnib. Snayper hədəfi düz vurub və “qanuni oğru” əvvəlcə klinik ölümə təslim olub. Həkimlər onun sağalacağı ilə bağlı kiçik bir ümid versələr də, 2 ay davam edən müalicə nəticəsiz qalıb. 2001-ci ilin iyununda killerlər 36 yaşlı Mais Karapetyanı güllələyib. Karapetyan oğru dünyasını qanunlarına ciddi riayət etmək tərəfdarı olması ilə tanınırdı. Özü ilə heç vaxt silah gəzdirməzdi. 2010-cu ilin 26 oktyabrında soçili avtoritet Eduard Kokosyana atəş açılıb. “Karas” kimi tanınan “qanuni oğru” Ded Xasanın tərəfdarı kimi tanınırdı. Onun tapşırıqlarını yerinə yetirir, biznes məsələlərini həll edirdi. Xüsusilə Soçidə Usoyana məxsus restoranlar onun nəzarətində idi. Ded Xasanın adı başqa bir avtoritetin - Aleksandr Xabarovun ölümü də bağlıdır. 2005-ci ildə Xabarov naməlum şəraitdə vəfat edib. Vitya Murmanski kimi tanınan başqa bir “qanuni oğru” Viktor Sloka 2000-ci ilin oktyabrında həyatla vidalaşıb. Ona Sankt-Peterburqda öz evinin qarşısında tapançadan atəş açıblar. Bir sıra şirkətlərin, o cümlədən “Şimal-Qərb ticarət şirkəti”, “Avroteks”, “Avromarket” kimi şirkətlərin sahibi olub. 2011-ci ildə Rostovda Edik Mirzəxanyan öldürülüb. O, Krosnodarda fəaliyyət göstərən kriminal qruplaşmanın üzvü olub. Onu alış-veriş edərək öz maşınına yaxınlaşdığı zaman güllələyiblər. 2003-cü ilin avqustunda Andrey Pavlovski adlı “qanuni oğru”ya avtomatdan atəş açılıb. Naməlum killer ona başından “yoxlama” atəşi aşmağı da unutmayıb. 2006-cı ildə 15 iyununda İqor İlçenko öldürülüb. O, Tolyattidə avtomobil şirkətinin sahibi olub. Killer onu öz yaxtasında güllələyib. 2007-ci ilin 21 martında Nikolayevda yerli “qanuni oğru”, 63 yaşlı Anatoli Parpur öldürülüb. Ölümünəqədərki bir neçə ildə o, öz rəqibinin ölümündə şübhəli bilinirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?