İrandan narkotik gətirən şəxs müstəntiqləri və işinə baxan hakimləri ittiham etdi
İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran şəhər sakinləri – 1867-ci il təvəllüdlü Zeynal Zeynalov və 1971-ci il təvəllüdlü İlqar Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Zeynal Zeynalov satış məqsədi ilə qanunsuz olaraq narkotikvasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasınıngömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə2015-ci ilin martında İlqar Piriyev və şəxsiyyətləri istintaqaməlum olmayan digər şəxslərlə cinayət əlaqəsinə girib.
Zeynal Zeynalov İlqarPiriyevə İran İslam Respublikasına gedərək cinayətkar qrupun istintaqla müəyyənedilməmiş üzvündən külli miqdarda narkotik vasitə əldə etmək və AzərbaycanRespublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu iləkeçirərək Lənkəran şəhərində ona təhvil vermək barədə göstəriş verib.
İlqar Piriyev Zeynalıb göstərişinə əsasən 14 mart 2015-ci ildə Astara Gömrük İdarəsindən sərhədikeçərək İran İslam Respublikasına gedib. O, həmin tarixdə Astara şəhərində “Oghab Halva” sözləri yazılmış iki ədəd plastik qabda yerləşdirilmiş 950 qram heroinnarkotik vasitəsini cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvündən satışməqsədilə qanunsuz olaraq əldə edib.
İlqar Piriyev əldə etdiyi narkotik vasitələri həmin gün saat 19 radələrində AstaraGömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikası gömrük sərhədindəngömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
İlqar Piriyev еlаn оlunmuş ittihаm üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Daryuşun onaverdiyi qablarda narkotik vasitə olduğunu bilməyib. O, Zeynal Zeynalоvun ona narkotik vasitəgətirmək üçün İrana göndərmədiyini, 14 mart 2015-ci il tarixdə İrana gedərkən Zeynalınonu Astаrа Gömrük İdarəsinə apardığını, orada ona balıq almaq üçün 5 manat pulverdiyini deyib.
Lakin İlqar Piriyev ifadəsində daha sonradan elan olunmuş ittiham üzrə özünü tamtəqsirli bilərək göstərib ki, tutulmamışdan təxminən 1 ay qabaq İrantərəfdə olan alverçilərin yüklərini Azərbaycan tərəfə keçirərək, geri qayıdarkən Lənkəranrayonundan olan Zeynal Zeynalovla tanış olub: “Söhbət zamanı Zeynala narkotikvasitələrdən istifadə etdiyini və narkotik vasitə satan tanışı varsa almaq istədiyinidedi. 13 mart 2015-ci il tarixdə Zeynal mənə zəng edərək İrana gedib və orada tanışıDaryuş adlı şəxsdən narkotik vasitə heroin götürüb onun üçün gətirərsəm, bununmüqabilində ona 400 manat pul, istifadə etmək üçün narkotik vasitə heroin verəcəyinibildirdi. Mən də Zeynalla razılaşdım”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, martın 14-də, gündüz Zeynal taksi iləgələrək onu Lənkəran rayonundan götürüb və Astara Gömrük İdarəsinin qarşısındadüşürüb: “Orada mənə Daryuş adlı İranlının mobil telefon nömrəsini verdi. İranın Astaraşəhərində ona zəng vurub, onunla görüşməyimi tapşırdı. Həmin gün İranın Astaraşəhərinə gedərək Daryuşa zəng vurdum və Zeynalın tanışı olduğumu, ona çatacaq narkotikvasitələri götürmək üçün gəldiyimi bildirdim. Bir qədər sonra Daryuş taksi ilədayandığım yerə gəldim, taksidə oturduqdan sonra Daryuş iki ədəd plastik halvaqablarını verərək, Zeynala çatacaq narkotik vasitə heroinin qabların içərisində halvaformasında olduğunu bildirdi. İçərisində narkotik vasitə heroin olan iki ədədhalva qabını ondan götürərək Azərbaycana çatdırmaq istədim”.
İlqar Piriyev apelyasiya şikayətində göstərib ki, ibtidai istintaq dövründə istintaqın gedişi barədə ona məlumat verilmədən, ona bildiriş göndərmədən heç bir sənədə qol çəkdirmədən iş Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib. O, qaeyd edib ki, ailə vəziyyəti yüngülləşdirici hal olaraq nəzərə alınmayıb: “Məhkəmə müstəntiqin yazdıqlarını əsas götürərək məni məhkum edib”.
Məhkəmədə şahid qismində ifadə verən Araz Kərimov bildirib ki, martın 14-də işlədiyi Astara Gömrük İdarəsindəpiyada xəttində İran İslam Respublikasından Azərbaycana gələn sərnişinlərə gömrüknəzarətini həyata keçiririb: “Həmin gün saat təxminən 19 radələrində AzərbaycanRespublikası vətəndaşı İlqar Pirivev yoxlama xəttinə daxil olub vəbəyannamə doldurub gömrük nəzarətinə təqdim etdi. Bu zaman inspektor Ələddin İbayev İlqardan üzərində və əl yüklərində qanunla dövriyyəsi qadağan olunmuş və yadövriyyəsinə məhdudiyyət qoyulmuş predmetlər olub-olmadıgını soruşdu. Oüzərində və əl yükündə qadağan olunmuş heç bir əşya olmadığını dedi, sonraskanlaşdırma şöbəsində Ələddin İbayevlə birlikdə onun əl yüklərinə rentgen aparatındabaxış keçirdik. Yüklərdə şübhəli cizgilər müşahidə edildiyindən iki nəfər hal
şahidi çağırdıq. Halşahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra İlqar Piriyevin əl yüklərinə baxışkeçirdik”.
Şahidin sözlərinə görə, baxış zamanı İlqar Piriyevə məxsus bir ədəd sellofan torbanın içərisindəolan iki ədəd üzərində “Oghab Halva” yazısı olan plastik qabın içərisində narkotikvasitə heroinə oxşar maddə aşkar ediblər: “Sonra İlqar Piriyevin üzərində şəxsi yoxlamaaparıldı. Lakin ondan qadağan olunmuş heç bir şey aşkar edilmədi. Sonra da ondangötürülmüş narkotik vasitə Astara Gömrük İdarəsinə məxsus elektron tərəzidə çəkildi,iki ədəd içərisində narkotik vasitə heroinə oxşar maddənin qablaşdırılması ilə birlikdəçəkisi təqribən 1044 qram oldu. Sorğu-sual zamanı İlqar Pirivev həmin narkotik vasitəni İran İslam Respublikasının Astara şəhərində Daryuş adlı bir iranlının verdiyini və Azərbaycana gəldikdən sonra onu tanıdığı Zeynal Zeynalova verəcəyini və bunun müqabilində 400 manat pul alacağını bildirdi. Sonra da həminnarkotik vasitələr olan plastik qablar qablaşdırılaraq möhürlənmiş və protokol tərtibedildi”.
Zeynal Zeynalovun müdafiəçisi Zakir Zeynalov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2015-ci il tarixlihökmünün ləğv edilməklə iş üzrə ədalətli hökm çıxarılmalı olduğunuhesab edib. O, apelyasiya şikayətində qeyd edib ki, ibtidai istintaq zamanı Zeynal Zeynalovun hüquqları kobud şəkildə pozulub: “Order təqdim etdiyim halda30 aprel 2015-ci il tarixdən 5 may 2015-ci il tarixədək müddətdə mənə maneələryaradılıb, müdafiə etməli olduğum şəxslə görüşə bilməmişəm”.
Vəkil qeyd edib ki, Zeynal Zeynalovun cinayətdə iştirakını təstiq edən heç bir mötəbər sübut yoxdur: “Zeynal Zeynalov uzun müddət Piriyev İlqar ilə üzləşdirilməyib. İlqar Piriyev ziddiyyətli ifadələr verib. Zeynal Zeynalov barəsində ədalətli hökm çıxarılmasını xahiş edirəm”.
Məhkəmə iclasında dövlət ittihamçısı çıxışında istintaq orqanı və birinci instаnsiyа məhkəməsi tərəfindən Zeynal Zeynalovun və İlqar Piriyevin əməlinin düzgün tövsif edildiyini, onlara təyin еdilmiş cəzаnın ədаlətli,
törədilmiş cinаyətin хаrаktеrinə və оnların şəхsiyyətinə uyğun оlduğunu göstərib. O, аpеlyаsiyа şikаyətlərinin təmin еdilməməsini хаhiş еdib.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin ediliməyib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?