GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türmə rəislərinin vəzifələrindən qovulmalarının sirri açılır

Türmə rəislərinin vəzifələrindən qovulmalarının sirri açılır

Tarix: 23-05-2016, 17:13 Bölmə :Ölkə Baxış: 0
Türmə rəislərinin vəzifələrindən qovulmalarının sirri açılır

Beynəlxalq təşkilatların nümayəndəsinin aldadan təcridxana rəisinə töhmətdə verilib

Qadın məhkumlar arasında ciddi xəstəliklər yaranıb, Qobustan həbsxanasında işgəncələr davam edir

Ötən həftə Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyinin baş verməsi ilə bağlı məlumat yayılıb. Həmin məlumatda qeyd olunub ki, Gəncə istintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.

Şakir Bayramovun və bir neçə işçisinin vəzifəsində azad edilməsinin bəzi səbəbləri üzə çıxıb. Bir ay əvvəl istintaq təcridxanasına beynəlxlaq təşkilatların nümayəndəsi gəlib. Şakir Bayramov bərbad vəziyyətdə olan təcridxananın bir korpusunu üzdən təmir edib və həmin təmir olunmuş korpusu beynəlxalq təşkilatlara bir neçə korpus kimi təqdim etməyə çalışıb.

Belə ki, beynəlxalq təşkilatların nümayəndələri gəlməmişdən əvvəl Şakir Bayramovun göstərişi ilə təcridxananın təmin olunan korpusuna reklam lövhələri asıb və təşkilat nümayəndələrini həmin korpusla tanış edib. Bundan sonra nümayəndələr başqa korpusa keçmək istəyən zaman reklam lövhələri götürülüb və təcridxana rəhbəri əcnəbiləri yenə də həmin korpusa gətirib.

Həbsxanalarda nə baş verir?

Amma təcridxana rəhbərliyi əcnəbiləri aldada bilməyib. Onlar bildiriblər ki, bayaq olduqları yerdir, məhkumlarda həmin şəxslərdir. Beynəlxalq təşkilatların nümayəndələri baş verən bibarıçı hadisə ilə bağlı müvafiq qurumlara məlumat veriblər və öz hesabatlarında baş verənləri kəskin tənqid ediblər.

Bundan sonra Penitensiar Xidmətin rəhbərliyi səviyyəsində Gəncə istintaq təcridxanasında ciddi yoxlamalar aparılıb. Aşkar olunan nöqsanların nəticəsi olaraq təcridxananın rəisi və bir neçə məsul şəxsi töhmət alaraq vəzifələrindən qovulublar.

Daha sonra Penitensiar Xidmətin nəzdində olan bir neçə cəza çəkmə müəssisəsində də yoxlamalar başlayıb. Yoxlamaların nəticəsi olaraq 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Emin İslamov tutduqları vəzifələrdən kənarlaşdırılıb. Buna səbəb həbsxanada məhkumlar arasında ciddi xəstəliklərin baş verməsi ilə bağlı olub.

Bildirilir ki, 2005-ci ilə kimi müddətdə həbsxanalarda saxlanma şəraiti normal olub. Aydın Qasımov Pentensiar Xidmətdə rəhbəlikdən kənarlaşdırıldıqdan sonra vəziyyət daha acınacaqlı duruma səbəb olub.

Nazim Ələkbərov Pentensiar Xidmətə rəhbər gətiriləndən sonra və onun rəhbərliyi olduğu 5 il müddətində türmələrdə özbaşınalıq ən pis həddə çatmışdı.

Amma Mədət Quliyev bu quruma rəhbər gətiriləndən sonra problemələr həll olunmağa başladı. Hətta məhkumların saxlanma şəraiti yaxşılaşdırıldı. Amma Mədət Quliyev bu qurumdan gedəndən sonra acı günlər yenə də başladı.

Bu gün ən acınacaqlı vəziyyət isə Qobustan Həbsxanasında baş verir. Həbsxanada məhkumların saxlanma şəraiti dözülməz həddə çatıb. Həbsxana rəisi Fikrət Qafarovun məhkumlara işgəncə verməsi barədə hər gün məlumatlar yayılır.

Ömürlük məhkumların müdafiə komitəsinin sədri, Qobustan Həbsxanasında cəza çəkən Şakir Rzaxanovun anası Müslümat Rzaxanovanın sözlərinə görə, Qobustan həbsxanasında məhbusların saxlanma şəraitinin dözülməzdir: “Həbsxana rəis Fikrət Qafarov gələndənqapalı həbsxanada səbəbi bildirilmədən hər zaman təhqiramiz surətdə əl qandalı tətbiq etməsi, məhbuslara şəxsən əvvəl özü işgəncələr

verərək, əlavə olaraq digərləri tərəfindən döyülüb karsa salınır. Məhkumlara mənəvi, fiziki işgəncələr tətbiq etdiyi barədə müraciət etdiyimiz əlaqədar rəhbərlik tərəfindən qarşısı alınmır.Rüşvətxorluq və digər cinayət xarakterli hərəkətlərə son qoyulmasına kömək etmək, həyatlarına rəis tərəfindən yaradılmış təhlükənin qarşısının alınması üçün məhbuslar müraciət edir”.

Komitə sədri bildirib ki, Fikrət Qafarovun ilk gündən məhbuslara işgəncələr verməklə səlahiyyətlərinin icrasına başlayıb: “İşgəncələrə dözməyərək özlərinə qəsd etmək məcburiyyətinə gətirilmiş məhbuslar barədə mətbuatda kifayət qədər məlumatlar yayılıb. Fikrət Qafarovun qəddarlıqlardan biri də heç bir səbəb olmadan qapalı həbsxanada saxlananməhbuslarahər zaman qolları ağrılı vəziyyətdə arxadan qandallanaraq 2-3, bəzən 5 saat kabinetinin qarşısında saxlamaqla, bəzən də cərimə təçridxanasında qolları arxadan çarpayıya qandallanaraq istirab verməklə, şəxsi metodu ilə “məhbusu islah” etməsinin nəticəsində məhbusa özünəqəsddən başqa seçim qoymur. Fikrət Qafarovun ilk iş günü, özünü təqdim etmədən məhbusla “tanışlığı” barədə məhbusun məktubunu olduğu kimi nəzərinizə çatdırmaq istəyirəm.

“Məni karsa saldılar”

“2014-cü ilin dekabr ayında bu barədə yazıb, sizə göndərməyə nə qədər cəhd eləsəm də mümkün olmadı. Məktublarımızı həbsxana rəisi zərfi ancaq açıq qəbul edir. Şikayət olan məktubu oxuduqdan sonra ünvanına göndərmir və həmin məhbus artıq Fikrət Qafarovun qara siyahısına düşür. Dekabırın 20-də, gündüz, təxminən 12.00-da qəflətənsaxlandığım kameranın qapısı açıldı. Əvvəllər heç vaxt görmədiyim, polkovnik, arxası ilə də içəri korpusun starşinası Asif və bir də həbsxananın psixoloqu kapitan Ədalət kameraya girən kimi, var gücü ilə üzümə möhkəm yumuruq vuraraq üstümə qışqırıb təhqir etdilər. Güclə, birtəhər özümə gələrək Asifdən soruşdum ki, mən nə eləmişəm, bu kimdir? Asif dedi ki, bu həbsxanaya təzə təyin olunmuş rəis Fikrət Qafarovdur. Mən birtəhər özümə

gələrək soruşdum ki, rəis mənim günahım nədir? Rəis mənim sualımı eşidən kimi nəzarətçilərə göstəriş verdi ki, əllərini qandallayın,aparın bunu salın karsa. Məni dərhal qollarımı arxadan, dözülməz ağrılı vəziyyətdə qandallayıb, karsa saldılar. Mən həbsxana rəisi ilə belə tanış oldum. Həbsxana rəisi bununla kifayətlənmədi, dəfələrlə məni zorakılıqla tam xasiyyətimizin tutmadığı, mənə təzyiq göstərmək üçün öyrədilmiş məhbuslarla bir kameraya köçürülürdüm.

Sonra isəheç bir səbəb olmadan, korpusda işləyən Emin Cəfərov adlı zabit rəisin göstərişi ilə mənə əl qandalı tətbiq etdi. Kapitan Emin Cəfərov mənə təzyiq etmək üçün təhqiramiz surətdə gah arxadan ağrılı vəziyyətdə, gah da qabaqdan hər addım başı qandal tətbiq etməyə başladı, mənə təsir etmək üçün kefi istəyən hərəkətlərə yol verirdi. Bir gün ona dedim ki, Emin müəllim, mən heç bir qanunsuzluğa və ya hər hansı hərəkətə yol vermədiyim halda, niyə mənə beləqandal tətbiq edirsiniz? Mənə cavabı bu oldu ki, dustağa qandal vurarlar da!”.

“Məni küçə söyüşləri ilə təhqir etdi”

Mən digər həbsxana personalından soruşdum ki, mən nə eləmişəm bu əziyyəti mənə verib, daim qollarımı arxadan qandallayırsız. Cavabını bilirdim deyəcəklər rəisin göstərişidir. Bu barədə Ombudsman Elmira xanıma 2 dəfə 7 mart və 18 aprel tarixlərdə müraciət etdim. 18 aprel 2016-cı il tarixdə, təxminən saat 17.30-da məni gözlənilmədən 4-cü korpusun inzibati otağına apardılar Orada məni 4-cü korpusun Rural adlı zabit və əməliyyat şöbəsinin işçisi Emin Cəfərov gözləyirdilər. Mən içəri gələn kimi onlar məni təhqir edib, hədələməyə başladılar ki, mən izahat yazım və həmin izahatda həbsxana rəisi Fikrət Qafarovun tərəfindən mənə qarşı heç bit kobudluq və qanunsuz əməl olmayıb. Mən onlara heç vaxt belə bir izahat yazmayacağımı bildirdim. Emin Cəfərov məni küçə söyüşləri ilə təhqir edib və sonra bildirdi ki, əgər dediyi izahatı yazmasam, onun başıma gətirəcəklərindən sonra peşman olacam.

Bildirdim ki, 4-cü korpusun daxilində 3 kamera quraşdırılın, dediklərimin hamısı oraya yazılır. Həyatıma onlar tərəfdən yaranmış təhlükənin qarşısını alınması üçün mən 18 aprel 2016-cı il tarixdə səlahiyyətli nümayəndəmə və Milli Məclisin İnsan Haqları şöbəsinin rəisinə müraciət etmişəm. Lakin bu günə kimi müraciətlərimin heç birinə cavab almamışam.

İzahat yazmağa etiraz etdiyim üçün Emin Cəfərov məni küçə söyüşləri ilə təhqir edərək hədələyib, nəzarətçi Rüfəti çağıraraq qollarımı qandallayıb və saxlandığım kameraya aparmağı əmr etdi.Mən Dövlət Başçısına, bütün əlaqədar rəhbərliklərə müraciət edirəm. Bu haqsızlıqlar təkcə mənə qarşı tətbiq edilmir. Bütün imkansız məhbuslar mənim günümdədir. Həbsxana rəisinin qəddarlıqları son həddə çatıb, həyatımıza qəsdən yaradılmış təhlükənin qarşısını alıb, cəzamızı dinc şəraitdə, qanunsuz, heç bir səbəb olmadan qandal tətbiq etməklə mənəvi işgəncələrin nəticəsidir.

“Rəhbərliyinin sərəncamını icra etdiyini” bildirən Fikrət Qafarovun rəis olduğu qısa zamanda ardıcıl məhbus ölümü baş verir. Məhbus yaxınları Dövlət Başçısından kömək istəyir.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kürdəxanı Təcridxanasının rəisi işdən çıxarıldı

    Kürdəxanı Təcridxanasının rəisi işdən çıxarıldı ...

    2-08-2016, 16:42

  • 
  • Nazir kadr dəyişikliyi etdi - GƏNCƏNIN POLIS RƏISI VƏZIFƏSINDƏN AZAD EDILDI

    Nazir kadr dəyişikliyi etdi - GƏNCƏNIN POLIS ...

    17-01-2019, 00:48

  • 
  • Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə...

    Penitensiar Xidmətin nüfuzuna sarsıdıcı zərbə... ...

    6-06-2016, 17:45

  • 
  • Türkiyədə daha 543 hakim və prokuror vəzifələrindən azad edilib

    Türkiyədə daha 543 hakim və prokuror ...

    2-09-2016, 12:07

  • 
  • Bakı İstintaq Təcridxanasında iğtişaş baş verib?

    Bakı İstintaq Təcridxanasında iğtişaş baş verib? ...

    22-10-2016, 01:10


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu