"Son günlər bəzi kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeçiliyində olan ayrı-ayrı müəssisələrdə, o cümlədən 13 və 6 saylı cəzaçəkmə müəssisələrində, Bakı İstintaq Təcridxanasında məhkumlara qarşı qanuna zidd hərəkətlərin törədilməsi, cəza çəkənlər arasında kütləvi iğtişaşların baş verməsi, müəssisələrə xüsusi təyinatlı dəstələrin yeridilməsi, məhkumlardan, eləcə də onlara baş çəkən qohumlarından pul tələb edilməsi kimi həqiqəti əks etdirməyən məlumatlar dərc edilir".
gundemxeber.az bildirir ki, bu barədə APA-ya Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən deyilib. Qeyd olunub ki, Penitensiar Xidmətin rəhbərliyi və kollektivi bu kimi böhtan xarakterli və qərəzli məlumatların son zamanlar xidmətdə aparılan müsbət işlərə kölgə salmaq, əhalidə çaşqınlıq, cəza çəkənlər və onların yaxın qohumları arasında əsassız narahatlıq yaratmaq məqsədi daşıyır: Penitensiar xidmət bir daha ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nəzərinə çatdırır ki, bu gün bəzi saytlarında "Bakı istintaq təcridxanasında qiyam: qoşun yeridildi" başlıqlı məlumatın heç bir əsası yoxdur və böhtan xarakterlidir, tabeçilikdə olan cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında əməliyyat şəraiti sabitdir, tam nəzarət altındadır, cəzaların icrası və çəkilməsi qaydalarına, mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə riayət olunur". Qeyd edək ki, bu gün bəzi saytlar Bakı İstintaq Təcridxanasında dustaqların qiyam etməsi barədə məlumat yayıb. Məlumatda dustaqların təcridxananın vəzifəli şəxslərinə hücum etdiyi, təcridxananın rəisi və rəis müavininə xəsarət yetirdiyi qeyd olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?