GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gədəbəyli sahibkarın açıqlamaları

Gədəbəyli sahibkarın açıqlamaları

Tarix: 23-05-2016, 17:36 Bölmə :Ölkə Baxış: 0
Gədəbəyli sahibkarın açıqlamaları

Bu da onu söyləməyə əsas verir ki, Ramiz Yediyarovun icra başçısı olduğu rayonda qanunçuluq deyil, birbaşa qanunsuzluq mühiti hələ də hökm sürməkdədir
Uzun illərdir ki, Gədəbəydə sahibkarlarla bağlı problemlər həllini tapmır. Belə olan halda hər kəsdə müəyyən fikir də formalaşır ki, Ramiz Yediyarovun həyata keçirdiyi idarəçilik yalnız zoraklığa və qanunsuzluğa söykənən idarəçilikdir. Artıq bir neçə ildir ki, təqribən 34 nəfər sahibkarın üz-üzə qaldıqları problemlər, hal-hazırda daha geniş ictimaiyyətin müzakirə etdiyi mövzulardan birinə də çevrilib. Düzdür, ötən illər ərzində onlar problemlərinin ədalətli həllinə nail olmaq istəsələr də, hələ ki, heç bir ümidverici ab-hava hiss olunmur. Bunun da başlıca səbəbi, rayon rəhbərliyi başda olmaqla, digər vəzifə sahiblərinin gədəbəyli sahibkarların müraciətlərini saya salmamalarıdır. Məsələn, əslən Gədəbəydən olan sahibkar Əliyev Oqtay Qara oğlu “Gündəm Xəbər”in əməkdaşına bildirir ki, “mən düz 15 aydan çoxdur ki, heç bir məhkəmə qərarı, hər hansı əsaslandırıcı sənəd olmadan, yalnız Gədəbəy rayon İcra Hakimiyyəti başçısının vermiş olduğu şifahi tapşırıq əsasında darmadağın edilən 38,5 kvm sahəsi olan obyektimlə bağlı problemin, bu gün də həllinə nail ola bilməmişəm. Maraq kəsb edən hal odur ki, obyektimlə bağlı qanuni sənədlərim olsa da, icra hakimiyyəti başçısının tapşırığı ilə altüst edilən və qısa vaxt ərzində də izi-tozu belə qalmayan obyektimin əvəzinə, bu gün nə yeni obyekt verirlər, nə də ki, qarşı tərəf ödəməli olduqları kompensasiyanı ödəyirlər.
Diqqəti bir məqama da yönəldim ki, ötən 15 ay ərzində aidiyyəti qurumlara, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına ünvanladığım müraciətlərin heç birinə rəsmi cavab da verilməyib. Düzdür, PA-na və digər dövlət qurumlarına ünvanladığım ərizələrimə, müraciətlərimə və.s “ünvanladığınız müraciətiniz tədbir görülməsi üçün, Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına göndərilmişdir” cavabı verilsə də, ötən illər ərzində daşdan səs çıxdı, amma icra hakimiyyəti aparatından bir səs çıxmadı. Bu da onu söyləməyə əsas verir ki, Ramiz Yediyarovun icra başçısı olduğu rayonda qanunçuluq deyil, birbaşa qanunsuzluq mühiti hökm sürməkdədir”.
Oqtay Əliyev onu da vurğulayır ki, “üzləşdiyim problemlərin həll olunmaması qalsın bir yana, rayonda vəzifə sahibi olanlardan bəzilərinin məni ittiham etmələri də nə yerə, nə də ki, göyə sığası məsələdir. Çünki, bir neçə gün bundan əvvəl DİN-nə ünvanladığım müraciətimlə bağlı araşdırmalar aparılarkən, Gədəbəy rayon Polis Şöbəsi rəisinin müavini Bəhmən müəllimin iş otağında, rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərov və şəhər icra nümayəndəsi Şahbaz Bayramov bildirdilər ki, “Əliyev Oqtay Qara oğluna məxsus obyektin qanuni sənədləri olmayıb və obyektin söküntüsü həyata keçirilərkən, onun içərisində nə ərzaq məhsulları, nə də ki, hər hansı avadanlıqlar olub” dedikdə, mən onların danışdıqlarına qəti etirazımı bildirdim. Çünki, hər iki vəzifə sahibinin danışdıqları şifahi sözə, mənim söylədiklərim isə rəsmi sənədlərə əsaslanırdı.
Ümumiyyətlə, adı çəkilən vəzifə sahibləri hər zaman yalan, şər-böhtan danışmağa aludə olduqlarından, mən onların danışdıqlarını növbəti fırıldaq əməli kimi də qiymətləndirdim. Çünki, Zülfüqar İsgəndərov vaxtilə ANS televiziya şirkətini də aldatmağa çalışmışdı. Yəni, üzləşdiyimiz problemlərlə bağlı vaxtilə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirdikdən sonra, konfransın mahiyyəti ilə bağlı xəbərlər yayan ANS televiziya şirkətinə Zülfüqar İsgəndərov zəng edib bildirmişdi ki, “həmin sahibkarların səsləndirdikləri iddialar heç də həqiqəti ifadə etmir. Yəni, onların sənədləri qaydasında deyil” dedikdə, dərhal televiziya əməkdaşları bir neçə sahibkarı ləngimədən şirkətə dəvət etdi və bir daha onlara məxsus sənədlərlə yaxından tanış oldular. Elə ki, gədəbəyli sahibkarlara məxsus sənədlərin tam qaydasında olduğu aşkara çıxdı, o halda Zülfüqar İsgəndərovun niyyəti də hər kəsə bəlli oldu.
Gədəbəydə vəzifə sahibi olanların məni müxalifətçilikdə ittiham etmələrini də, bu gün heç cür başa düşə bilmirəm. Çünki, onlar ən yuxarı səviyyədə mənimlə bağlı belə bir təbliğat aparırlar ki, guya mən müxalifəti təmsil edirəm. Çox maraqlı və gülünc doğuran təbliğatdır ki, həmin təbliğatın da başında, əldə etdiyim məlumatlara görə daha çox Zülfüqar İsgəndərov durur. O halda meydana belə bir sual çıxır. Bir kimsə müxalifəti təmsil edirsə, deməli həmin şəxs hansısa müxalif siyasi partiyanın üzvü olmalıdır və onun da biletini daşımalıdır. Əgər mən müxalif siyasi partiyalardan heç birinin ünvanını belə tanımıramsa, müxalif siyasi partiya nə olan şeydir, fəaliyyəti nələrdən ibarətdir, o haqda da heç bir təsəvvürüm yoxdursa, bəs Zülfüqar İsgəndərovu vadar edən səbəb nədir ki, o, bu gün də bu yöndə təbliğatını davam etdirməkdədir.
Əgər mənimlə bağlı bu cür ucuz, əsası olmayan bir təbliğat aparılırsa, o halda Zülfüqar İsgəndərova demək istəyirəm ki, müxalifəti mən yox, məhz vaxtilə sənin özün təmsil etmisən. Çünki, AXCP-Müsavat cütlüyü hakimiyyətdə olduğu 1992-1993-cü illər ərzində müxalifətə xidmət edən, yəni Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında vəzifə sahibi olan, məhz sənin özün deyildinmi?. Baxmayaraq ki, illər ötdü, zaman dəyişdi və zamanın dəyişdiyi kimi, sən də siyasi mənsubiyyətini dəyişərək, böyük bir YAP-çı oldun.
Mən 15 aydan çox müddət ərzində üz-üzə qaldığım problemimi həll edə bilmədiyim bir vaxtda, 14 saylı Ərazi Vergilər İdarəsi bu gün də məni unutmur. Yəni, qeyd olunan qurum tərəfindən yaşadığım ünvana adı çəkilən qurumun rəisinin imzası ilə, 04 aprel 2016-cı il tarixdə xəbərdarlıq məktubu göndərilir və 96.06 manat borclu olmağım da bildirilir. Maraqlı hal odur ki, vaxtilə “Rabitə Bank”ın 50 min manat dəyərində qiymətləndirdiyi obyektimin kompensasiyasını ala bilmədiyim halda, vergilər idarəsi 96.06 manat borclu olduğumu mənə xəbərdarlıq məktubunda bir daha bildirir.”
Bütün bunlar 15 aydan bir qədər çox müddət ərzində PA-na, digər dövlət qurumlarına, daha çox isə Gədəbəy rayon İcra Hakimiyyəti Aparatına üz-üzə qaldığı problemlərlə bağlı müraciətlət, şikayət ərizələri, sayı-hesabı bilinməyən teleqrammalar vuran Əliyev Oqtay Qara oğlunun danışdıqlarıdır. O, nədənsə rayon icra hakimiyyəti aparatında vəzifə sahibi olan Zülfüqar İsgəndərovu, daha çox ittiham etməkdən də çəkinmir. Məsələn, Oqtay Qaraoğlu “Gündəm Xəbər”in əməkdaşına vurğulayır ki, “Zülfüqar İsgəndərov mənim qohumlarıma zəng edərək bildirir ki, “siz heç də narahat olmayın, onun problemini yaxın vaxtlarda həll edəcəyik” desə də, verdiyi vədlə atdığı addımlar heç də üstüstə düşmür.
Ümumiyyətlə, Zülfüqar İsgəndərovla bağlı redaksiyamıza diqqəti cəlb edən məlumatlar da çatdırılıb. Yəni, çatdırılan məlumatlarda bildirilir ki, “o, bu gün Gədəbəy rayon İcra Hakimiyyəti Aparatında hüquq şöbəsinin müdiri vəzifəsini daşısa da, daşıdığı vəzifəsinə uyğun ixtisasın sahibi deyil. Zülfüqar İsgəndərov tarix təhsili almış kadr olmaqla bərabər, həm də sahib olduğu təhsilini qiyabi başa vurub. Digər tərəfdən onun iki oğul övladı olsa da, heç biri həqiqi hərbi xidmət keçməyiblər. Ona görə də, icra aparatında mühüm bir vəzifəyə sahib olan bu şəxsin övladlarının həm həqiqi hərbi xidmət məsələsi, həm də onların sahib olduqları diplomlarla bağlı problemlər, bu gün də müzakirə olunan mövzulardandır. Baxmayaraq ki, həqiqi hərbi xidmət keçməyən övladlarından biri, hal-hazırda SHXÇDX Gədəbəy rayon idarəsində hansısa vəzifəni də daşımaqdadır. Çatdırılan məlumatlarda o da bildirilir ki, onun oğlanlarından biri, bir müddət bundan əvvəl babasına məxsus veteran maşını ilə rayonun Qumlu kənd sakinini vurur. Həmin şəxs aldığı zərbədən şikəst olsa da, baş verən hadisə ilə bağlı onun oğlu heç bir məsuliyyətə cəlb olunmur. Çünki, atasının daşıdığı vəzifə törədilmiş yol-nəqliyyat hadisəsini ört-basdır etməyə imkan verir.
Növbəti sayımızda daha ətraflı məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.

Akif Quliyev

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2016, 23:19

  • 
  • Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin xəbəri olmadı

    Gədəbəydə “zəlzələ oldu”, amma bir kimsənin ...

    31-05-2015, 23:15

  • 
  • Gədəbəydə məmurlar “silkələndi”

    Gədəbəydə məmurlar “silkələndi” ...

    16-05-2016, 13:07

  • 
  • Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib

    Gədəbəydə İH-i fəaliyyətsiz bir quruma çevrilib ...

    1-08-2016, 22:45

  • 
  • Gədəbəyli sahibkarların problemləri PA-da yenidən dinlənildi

    Gədəbəyli sahibkarların problemləri PA-da yenidən ...

    26-10-2015, 21:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu