GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məni öldürməklə hədələdi”

“Məni öldürməklə hədələdi”

Tarix: 1-06-2016, 21:18 Bölmə :Ölkə Baxış: 0
“Məni öldürməklə hədələdi”

Oğuzda həmkəndillərin pul davası cinayətlə nəticələndi

Xuliqanlıqda təqsirli bilinən Oğuz rayon sakini, 1971-ci il təvəllüdlü Bahar Soltanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Bahar Soltanov 14 aprel 2015-ci il tarixdə, saat 14 radələrində Oğuz rayonu Padar kəndi ərazisində heç bir əsaslı səbəb olmadan həmkəndlisi Vüqar Abdullayevin sifətinə yumruqla və bədəninin müxtəlif nahiyələrinə təpiklə vurub. Bahar Soltanov eyni zamanda üzərində olan baltanın sapı ilə Vüqar Abdullayevin qol nahiyəsinə vuraraq ona xəsarət yetirib.

Həmçinin, Bahar Soltanov əlindəki balta ilə Vüqar Abdullayevin idarə etdiyi “Mersedes Benz-2080” markalı mikroavtobusun qabaq alın, arxa və bütün yan şüşələrini sındırıb, üzərində olan bıçaqla həmin avtomobilin 4 ədəd təkərini və arxa hissəsində olan 1 ədəd ehtiyat təkərini deşərək yararsız vəziyyətə salıb. Bununla da Bahar Soltanov Vüqar Abdullayevə ümumilikdə 710 manat məbləğində maddi ziyan vurub.

İstintaq orqanı Bahar Soltanovu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edib və barəsində olan cinayət işini baxılması üçün Oğuz rayon Məhkəməsinə göndərib.

“Faizə pul vermişəm”

Cinayət işi hakim Rəfayel Şirinovun icraatında araşdırıb. Hakim Bahar Soltnaovun ittihamında dəyişiklik edib və onu Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa az ağır zərər yetirmə) maddəsi ilə ittiham edib.

Məhkəmənin hökmü ilə Bahar Soltanov 300 manat miqdarında cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Bahar Soltanovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cəzalandırılmasını istəyib.

Prokurorluğun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Məhkəmdə ifadə verən Bahar Soltanov bildirib ki, Oğuz rayonu Padar kəndində anası Kifayət Soltanova ilə birlikdə yaşayır: “Səhhətim ilə bağlı işləyə bilmədiyi üçün aldığım təqaüdlə dolanıram, eyni zamanda maddi ehtiyacı olan tanıdığım şəxslərə faizə pul verərək həmin şəxslərdən aldığı faizlərlə özümün maddi ehtiyaclarımı ödəyirəm. Vüqar Abdullayevi Padar kəndinin sakini kimi tanıyıram, aramızda hər hansı narazılıq və ya ədavət olmayıb”.

“Baltanı avtobusun içinə atdım”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüqar Abdullayev 2013-cü ildə ondan faizlə borc pul istəyib: “Vüqara etibar edərək 2013-cü ilin sonlarına qədər ona hissə-hissə cəmi 530 manat vermişım. Ancaq Vüqar sonradan pullarımı qaytarmayıb. Dəfələrlə Vüqardan pulu istəsəm də, ala bilməmişəm. Bu barədə Vüqarın atası Fərrux Abdullayevə də demişəm. Lakin heç bir nəticəsi olmayıb”.

Bahar Soltanov qeyd edib ki, 17 mart 2015-ci il tarixdə Padar kəndinin “bazar yeri” adlanan ərazisinə gəlib: “Vüqar və atası Fərrux Abdullayevin növbə ilə idarə etdikləri, Padar kəndindən Oğuz şəhərinə sərnişin daşıyan “Mersedes Benz-2080” markalı mikroavtobusun qabaq alın şüşəsinə özüm ilə gətirdiyim balta ilə 5-6 dəfə vuraraq şüşəni sındırmışam. Fərrux Abdullayev yanıma gələrək nə üçün belə hərəkət etdiyimi soruşdu. Oğlu Vüqarın mənə borclu olduğu pulu qaytarmadığına görə belə etdiyimi dedim və əlimdə olan baltanı mikroavtobusun içərisinə atdım”.

Bahar Soltanov bildirib ki, bir neçə gün sonra Fərrux Abdullayev 400 manat pul gətirib və ona verib: “Həmin vaxt anam xəstə olduğundan məcburiyyət qarşısında qalaraq pulu götürmüşəm. Lakin bir neçə gün sonra Fərrux Abdullayevin yanına gedərək 400 manat pulu ona qaytarmışam və Vüqarın faizlə birlikdə 1500 manat verməli olduğunu

demişəm. Bu barədə Vüqarın özünə də demişəm. Lakin Vüqar həmin məbləğdə pul verə bilməyəcəyini söyləyib”.

“Nə üçün pulumu vermədiyini soruşdum”

Bahar Soltanov əlavə edib ki, aprelin 14-də Padar kəndinə sərnişinləri mikroavtobusla Vüqarın gətirdiyini bilib: “Həyətdə istifadə etdiyim başqa bir baltanı və açılıb-qatlanan cib bıçağını özüm ilə götürərək gödəkcəmin altında gizlətdim. Sonra Padar kəndinin “bazar yeri” adlanan ərazisinə gəldim. Bir qədər sonra Vüqar mikroavtobusla həmin yerə gəldi, sərnişinlər düşdükdən sonra mikroavtobusa minərək Vüqara avtomobili bir qədər kənara sürməsini dedim. Vüqar mikroavtobusu təxminən 400-500 metr kənara sürərək heç kim olmayan yerdə saxladı. Vüqardan nə üçün pulumu vermədiyini soruşdum. O heç nə demədiyi üçün əsəbiləşərək sillə və yumruqla Vüqarın sifətinə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vurdum. Özüm ilə gətirdiyim balta ilə mikroavtobusun şüşələrini sındırdım, bıçaqla isə təkərlərini deşdim. Bundan sonra həmkəndlisi Sadiq İsgəndərov yanımıza gəldi və nə baş verdiyini soruşdu. Vüqar mənə olan borcunu qaytara bilmədiyi üçün aramızda mübahisə yarandığını Sadiqə dedim. Daha sonra Vüqar və Sadiq oradan getdilər. Bundan sonra həmin yerdən uzaqlaşdım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 14-də baş vermiş hadisə zamanı Vüqar Abdullayevi baltanın tiyəsinin arxası ilə və ya sapı ilə vurmayıb: “Onu vuracağım və xəsarət yetirəcəyim ilə hədələməmişəm, balta ilə onun üzərinə getməmişəm. Hadisə baş verən vaxt həmin yerdə heç kim olmayıb. Heç kimin ünvanına söyüş söyməmişəm, Sadiq İsgəndərov da bizim yanımıza sonradan gəlib”.

“Zərərçəkmiş məni bağışlayıb”

Bahar Soltanov bildirib ki, xuliqanlıq etməyib, ictimai qaydanı pozan hər hansı hərəkətə yol verməyib: “Yalnız Vüqar Abdullayev mənim pulunu qaytarmadığı üçün onu vuraraq xəsarət yetirmişəm. Vüqar

Abdullayevə vuraraq xəsarət yetirdiyimə və idarə etdiyi mikroavtobusa maddi zərər vurduğuma görə əməlimdən səmimi peşman olmuşam. Vüqardan üzr istəmişəm və ona vurduğum maddi ziyan məbləğini könüllü olaraq tam şəkildə ödəmişəm. Zərərçəkmiş şəxslə barışıb razılıq əldə etmişəm. Zərərçəkmiş şəxs də məni bağışlayıb. Onun mənə qarşı şikayəti yoxdur. Səhhətimin və ailə vəziyyətimin nəzərə alınmasını, protestin təmin olunmamasını xahiş edirəm”.

“Faizi ilə birlikdə 1500 manat tələb etdi”

Zərərçəkmiş Vüqar Abdullayevin sözlərinə görə, Oğuz rayonu Padar kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır: “Padar kəndindən Oğuz şəhərinə sərnişin daşıyan “Mersedes Benz-2080” markalı mikroavtobusu atam Fərruxla birlikdə növbə ilə idarə edirik. 2013-cü ildə maddi ehtiyacım olduğu üçün Bahar Soltanovdan faizlə borc pul istəmişəm. Bahar Soltanov da mənə borc pul verib. Bir müddət sonra Bahar Soltanovun pulunu qaytarmışam. Bundan sonra Bahar Soltanovdan bir neçə dəfə də borc pul almışam. Ancaq sonradan onun pullarını qaytara bilməmişəm. Bahar Soltanov sonradan məndən faizi ilə birlikdə 1500 manat tələb etdi, həmin məbləği verə bilmədiyimə görə aramızda narazılıq yarandı”.

Zərərçəkmiş qeyd edib ki, Bahar Soltanov 17 mart 2015-ci il tarixdə Padar kəndinin “bazar yeri” adlanan ərazisində onlara məxsus mikroavtobusun qabaq alın şüşəsini balta ilə sındırıb: “Lakin həmkəndli olduğumuz üçün atam Bahar Soltanovun barəsində şikayət etməyib. Bundan sonra da Bahar Soltanov pulun qaytarılmasını məndən mütəmadi olaraq tələb edib. Lakin pulu qaytara bilməmişəm”.

“Tələb etdiyi pulu verə bilməyəcəyimi dedim”

Vüqar Abdullayev bildirib ki, aprelin 14-də Padar kəndinə gətirdiyi sərnişinlər düşdükdən sonra Bahar Soltanov mikroavtobusa minib və

ona avtomobili bir qədər kənara sürməsini deyib: “Mikroavtobusu təxminən 400-500 metr kənara sürərək heç kim olmayan yerdə saxladım. Həmin vaxt küçədə bizdən başqa heç kim olmayıb. Bahar Soltanov məndən nə üçün pulu qaytarmadığımı soruşdu. Ona tələb etdiyi miqdarda pul verə bilməyəcəyimi dedim. Bundan sonra Bahar sillə və yumruqla sifətimə, təpiklə isə bədəninin müxtəlif nahiyələrinə vurdu. Bahar Soltanov gödəkcəsinin altından çıxardığı balta ilə mikroavtobusun bütün şüşələrini sındırdı, bıçaqla isə mikroavtobusun bütün təkərlərini deşdi”.

Zərərçəkmişin sözlərinə görə, hadisə yerinə gələn Sadiq İsgəndərovla birlikdə onun yaşadığı evə gedib: “Sadin evindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişəm”.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorluğun protesti təmin edilib və Oğuz rayon Məhkəməsinin hökmü ləğv edilib.

Apelyasiya instansiyasında Bahar Soltanovun barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Bahar Soltanov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cəzalandırılıb və barəsində 3 il müddətinə şərti cəza təyin edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • 18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu

    18 yaşlı oğlanı öldürən sürücüyə hökm oxundu ...

    18-11-2015, 01:03

  • 
  • Bakıda qardaş ata payı üstündə qardaşını güllələdi

    Bakıda qardaş ata payı üstündə qardaşını güllələdi ...

    26-05-2015, 14:06

  • 
  • Bahar Muradova: “...bir daha belə hadisə baş verməyəcək”

    Bahar Muradova: “...bir daha belə hadisə baş ...

    29-12-2013, 15:31

  • 
  • Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ÖZBAŞINALIQ - İşçilər ETİRAZ EDİR...

    Bahar Enerji Əməliyyat Şirkəti rəhbərliyindən ...

    14-04-2021, 12:46

  • 
  • DİN Oğuzda baş verən qətllə bağlı məlumat yayıb

    DİN Oğuzda baş verən qətllə bağlı məlumat yayıb ...

    29-02-2020, 16:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu