Azərbaycanın «SilkWay» aviaşirkətinə məxsus «AN-12» yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölənlərdən daha 3 nəfərin cəsədi tanınıb.
APA bu xəbəri hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Cəsədlər mayın 20-də Azərbaycana gətirilmişdi. Budan əvvəl cəsədlərdən 4-ü tanınmışdı.
Beləliklə, qəzada ölən 7 heyət üzvünün hamısının cəsədi tanınıb.
Hazırda Özbəkistan vətəndaşı Rashid Shaydanov, Azərbaycan vətəndaşları Altay Abdullayev və Nazim Əsədullayevin cəsədlərinin ailələrinə təhvil verilməsinə hazırlıq görülür.
Mayın 18-də «SilkWay» şirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb. 9-nəfərlik heyətdən yalnız Ukrayna vətəndaşları Ganzha Andrei və Rəmzi Əliyev sağ qalıb.
Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaqdan ötrü komissiya yaradıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?