GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət tüğyan edir - ŞOK FAKTLAR

4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət tüğyan edir - ŞOK FAKTLAR

Tarix: 3-06-2016, 16:49 Bölmə :Ölkə Baxış: 0
4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət tüğyan edir - ŞOK FAKTLAR

Millət vəkili Sədaqət Vəliyeva baş həkimi olduğu tibb ocağında olub-bitənlərdən məlumatlıdırmı?

Ölkəmizdə bəzi şəxslərin eyni zamanda bir neçə vəzifə daşıması tez-tez tənqid edilir və bu barədə sərt təpkilər ortaya qoyulur. Xatırladaq ki, bir müddət əvvəl Milli Məclisin deputatı Zahid Oruc qeyd olunan məsələ haqda iradlarını dilə gətirmişdi: «Bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu millət vəkillərinə də aiddir. Qoy Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, bununla ən azı 1000 boş vəzifə yeri yaranmış olar». Deputatın qabartdığı bu məqam günümüzün ən aktual problemlərindən biri hesab edilir. Axı bir nəfərin eyni zamanda 3, hətta 4 vəzifəni tutması nə dərəcədə məntiqə uyğundur? Bu adam gərək 4 yerə parçalansın ki, bu da mümkün olan iş deyil.

Gundelik-baku.com-un araşdırmaları nəticəsində məlum olub ki, Milli Məclisin deputatı Sədaqət Vəliyeva da eyni anda 3 vəzifədə təmsil olunur. Belə ki, o həm deputatdır, həm YAP-ın Nizami rayon təşkilatının sədridir, həm də Sabunçuda yerləşən 4 saylı Vərəm Dispanserinin baş həkimidir. Məlumat üçün deyək ki, Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon səhiyyə şöbəsinə rəhbərlik edib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu ildə keçirilən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib.

Araşdırmalarımız göstərir ki, Sədaqət Vəliyeva tutduğu 3 vəzifənin heç birində özünü doğrulda bilmir. Məsələn, onun baş həkimi olduğu 4 saylı Vərəm Əleyhinə Dispanserdə rüşvət açıq şəkildə tüğyan etməkdədir. Etibarlı mənbənin sözlərinə görə, dispanserdə xəstələrdən hər addımbaşı pul tələb olunur: «Xəstələr buna etiraz etsələr də, tələblər dəyişmir. Üstəlik, onlardan başqa məqsədlər üçün də pul istənilir ki, bu da ciddi narazılığa səbəb olub. 4 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə alanlara ümumiyyətlə, yemək verilmir və onlara ərzaq evlərindən gətirilir. Halbuki dövlət hər il vərəm xəstəliyindən əziyyət çəkənlərin müalicəsi üçün milyonlarla manat vəsait ayırır. Həmin vəsaitin böyük bir qismi isə dərman preparatlarının və qida məhsullarının alınması üçün nəzərdə tutulub. Ağır xəstəlikdən əziyyət çəkmələrinə baxmayaraq, səhiyyə ocağında çalışan həkim və tibb bacıları demək olar ki, xəstələri nəzarətsiz qoyurlar, onlara vurulacaq iynə və dərmanları xəstə yaxınlarına aldırırlar. Əgər xəstə yaxınlarının həmin dərmanları almağa maddi imkanları çatmırsa, o zaman həmin xəstələrə iynələr vurulmur və qeyd edilir ki, dispanserdə hazırda dərman preparatları yoxdur. Sədaqət Vəliyeva işdə demək olar ki, tapılmır. O ya məzuniyyətdə olur, ya da başqa işlərini bəhanə gətirərək dispanserə gəlmir. Bütün işləri müavinlərinə və şöbə müdirlərinə tapşırıb. Müavinlər və şöbə müdirləri hər ay baş həkimin payını çatdırırlar. Artıq 10 ildir ki, dispanserə rəhbərlik edən Sədaqət xanımın dəyişdirilməsinin vaxtı çoxdan çatıb. Bu xanım baş həkim kimi ona tapşırılan işlərin öhdəsindən uğurla gələ bilmir. Xəstələrdən müxtəlif ad altında pul istənməsi səngimir».

Qeyd etdiyimiz kimi Azərbaycanda vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir. Dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və həmin sənəd müvəffəqiyyətlə reallaşdırılır. Dövlət hər bir vərəmli xəstənin müalicəsi məqsədilə ildə təxminən 50 min manat vəsait ayırır. Əfsuslar olsun ki, Sədaqət Vəliyevanın rəhbərlik etdiyi 4 saylı Vərəm Əleyhinə Dispanserdə xəstələr dövlət qayğısını hiss etmirlər. Rüşvətin tüğyan etdiyi dispanserin rəhbərliyi özünü Dövlət Neft Şirkətinin başında duran şəxslərdən birinin qohumu kimi təqdim edərək özbaşına əməllər törədir.

Biz isə hesab edirik ki, Sədaqət Vəliyeva Milli Məclisdə təmsil olunduğu üçün digər iki vəzifəsini- baş həkim və Nizami YAP-ın sədri postunu könüllü olaraq tərk etməlidir. Çünki bu vəzifələrə layiq olan yüzlərlə, minlərlə savadlı və gənc kadrlarımız var. Onlara yol açmaq lazımdır, Sədaqət xanım. 3 vəzifə tutursunuz, deyin görək bunların hansı birində uğur qazana bilmisiniz? Əlbəttə ki, heç birində. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Milli Məclisdən Zahid Orucun dediklərinə təkzib gəldi

    Milli Məclisdən Zahid Orucun dediklərinə təkzib ...

    16-01-2014, 14:02

  • 
  • 25-ci dairədə qırğın: Sədaqət Vəliyeva, yoxsa İradə Cavadova? –Foto

    25-ci dairədə qırğın: Sədaqət Vəliyeva, yoxsa ...

    4-02-2020, 15:08

  • 
  • Deputatın oğluna “Neftçi”də vəzifə verildi - (Foto)

    Deputatın oğluna “Neftçi”də vəzifə verildi - ...

    9-10-2014, 12:36

  • 
  • Milli Məclisin adının dəyişdirilməsi təklif olundu- Millət Məclisi

    Milli Məclisin adının dəyişdirilməsi təklif ...

    3-02-2014, 15:18

  • 
  • Milli Məclisin sonuncu iclasının vaxtı açıqlandı

    Milli Məclisin sonuncu iclasının vaxtı açıqlandı ...

    24-12-2012, 12:35


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (226)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu