Nazirin bir gün öncə Xəzər TV-də səsləndirdiyi “Siyasi şəxsiyyətlərin məktəb dərsliklərinə salınmasını düzgün hesab etmirəm” fikrinə görə işdən alınıb
Xəbər verildiyi kimi, təhsil naziri Misir Mərdanov işdən azad edilib. Eyni zamanda Misir Mərdanovun Milli Elmlər Akademiyasında Riyaziyyat İnstitununun direktoru vəzifəsinə təyin edildiyinə dair xəbərlər yayılıb. Hələlik bu məlumat rəsmi şəkildə təsdiqlənməyib. Bu arada Misir Mərdanovun ölkədən çıxmasına qadağa qoyuldiğu xəbəri də yayılıb. Mənbə bunu Mərdanovun ölkədə müyyən söz sahibi olan nazir və olıqarx kimi tanınması ilə bağlayıb. Əslində Misir Mərdanovun vəzifədən uzaqlaşdırılması gözlənilən idi və onun vəzifədən azad edilməsində təəccüblü heç nə yoxdu. Amma mənbəmiz iddia edir ki, Mərdanovun işdən çıxarılması avqust ayınn əvvəllərinə planlaşdırılıbmış. Planın dəyişdirilməsinə və istefaya göndərilmənin tezləşdirilməsinə isə Misir Mərdanovun aprelin 18-də Xəzər televiziyasına verdiyi bir açıqlama səbəb olub. Belə ki, Xəzər TV-dəki verilişlər dərsliklərdəki problemlərdən danışan Mərdanov hakimiyyəti qəzəbləndirəcək şok açıqlama ilə çıxış edib. “Siyasi şəxsiyyətlərin məktəb dərsliklərinə salınmasını düzgün hesab etmirəm” fikrini səsləndirməklə Misir Mərdanov nazirlik karyerasının sonunu bir qədər də yaxınlaşdırıb. Mənbəmiz iddia edir ki, Xəzər TV-dəki həmin çıxışın səhərisi günü, yəni aprelin 19-da, səhər saatlarında Mərdanov təcili olaraq, Prezident Administrasiyasına çağrılıb və ciddi şəkildə danlanıb. Bunun ardınca isə ona artıq vəzifədən azad olunduğu élan olunub. PA-dan birbaşa Təhsil Nazirliyinə gələn Misir Mərdanov təcili iclas çağırıb və həmin toplantıda vəzifədən azad olunduğunu hamıya élan edib. İclasdan dərhal sonra isə nazir kabinetindəki bütün şəxsi əşyalarının toplanmasını göstəriş verib və birbaşa evinə yollanıb. Axşam saatlarında isə artıq onun vəzifədən azad olunması prezident sərəncamı ilə rəsmən elan olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?