GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Tarix: 10-06-2016, 00:23 Bölmə :Ölkə Baxış: 0
Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Xəbər verdiyimiz kimi, bu gün Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan “Xalıq Faiqoğlu” şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, qərarda göstərilir ki, buna səbəb sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətləri olması ilə bağlıdır.

Qərardan narazı qalan “Xalıq Faiqoğlu” şirkəti isə “Qafqazinfo” ya müraciət edərək Bakı Nəqliyyat Agentliyinin və “Baku Bus”un ünvanına bir sıra ciddi ittihamlarla çıxış edib. Şirkətin media üzrə əlaqələndiricisi Füzuli Sadıqov ittihamları göndərdiyi sənədlərlə də əsaslandırıb.

F. Sadıqov iddia edir ki, Bakı Nəqliyyat Agentliyi şirkətə qarşı xüsusi qərəz nümayiş etdirir, onlara heç bir xəbərdarlıq etmədən xətlərini sıradan çıxarır, yüzlərlə işçini işsiz qoyur, bilərəkdən “BakuBus” MMC-nin xətlərini “Xalıq Faiqoğlu” şirkətinin xətləri ilə üst-üstə salır: ““Xalıq Faiqoğlu” şirkəti 2001- ci ildən etibarən paytaxtda sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. İstər xətt, istərsə də avtobusların sayına görə hazırda “Baku Bus”la paralel ən böyük şirkətlərdən biriyik. Marşrutlar əsasən 2012, 2013- cü il istehsalı olan “Daewoo” markalı avtobuslardır. Dövlətin sifarişi ilə ölkəyə gətirilib.

Bundan əlavə, şirkət özü bankdan cəlb etdiyi kredit vəsaiti hesabına Türkiyənin “İsuzu” şirkətindən 200 avtobus alınması üçün müqavilə imzalayıb. Avtobusların bir hissəsi Bakı şəhərinə gətirilib. Şirkətdə 1000- nəfərə yaxın işçi çalışır. Şirkətin avtobus parkı var. Həmin parkı standartlara cavab verən formada təmir edilib.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

İndi yenicə yaradılan “Baku Bus” və Bakı Nəqliyyat Agentliyi fəaliyyətimizə ciddi maneə yaradır. Bizim üçün də maraqlı idi ki, bu şirkət yaradılsın və sağlam rəqabət olsun. Bakı Nəqliyyat Agentliyin fəaliyyəti Bakı şəhərində sərnişindaşıma və taksi fəaliyyətinin tənzimlənməsi ilə əlaqədardır. Ancaq agentlik bu gün faktiki olaraq “BakuBus”un işini görməklə məşğuldur.

Fransanın “Sistra” şirkətinə dövlət tərəfindən böyük həcmdə vəsait ayrılıb ki, “BakuBus” üçün xətlər çəksinlər. Ancaq “BakuBus”ın direktoru Nəcəf Məlikov bizim şirkətin xətlərinə göz dikib. Onun yaşadığı evin yanında bizim şirkətin 18 nömrəli xətti fəaliyyət göstərir. Gördü ki, bu xətt yaxşı işləyir, buna görə də “BakuBus”ın 7 nömrəli xəttini bizim xəttin üstünə saldı. Halbuki, bu, heç bir məntiqə sığmır, hüquqi dövlətlərdə belə hadisələr olmur.

Son vaxtlar ölkə başçısı sahibkarlığın inkişafına ciddi dəstək göstərir. Onların xeyrinə bir sıra müsbət qərarlar verir. Cənab prezident Vüsal Kərimlini Bakı Nəqliyyat Agentliyinə ona görə təyin etməyib ki, o sahibkarların işinə mane olsun, ona görə təyin edib ki, paytaxtda sərnişindaşıma fəaliyyətinə yaxşı şəkildə təmin etsin.

Biz də şirkət olaraq vergi ödəyicisiyik. Hər zaman vaxtından əvvəl vergimizi ödəmişik. Düzdür, “Baku Bus” ın avtobusları qəşəngdir, dövlətin çoxlu sayda vəsaiti hesabına alıblar, amma nəqliyyat işini bilmirlər. Ona görə də məcbur olub ki, şirkətimizə heç bir hüquqi sənəd göndərilmədən gecəylə 16, 18, 96 saylı xətlərimizin bağlanması ilə bağlı sərəncam veriblər. Dövlət Yol Polis İdarəsinə məktub göndəriblər ki, bu xətlər sıradan çıxarılsın.

“BakuBus” və Bakı Nəqliyyat Agentliyinin rəhbərlikləri öz aralarında danışırlar və oyun oynayırlar. Halbuki bu gün şəhərdə diqqət etsəniz görərsiniz ki, vaxtı keçmiş, sınıq sönük nə qədər “Daewoo” markalı avtobuslar, təhlükəli sürən sürücülər var. Onların heç birinə qarşı tədbir görülmür. Durub ən yaxşı şirkətlə mübarizə aparırlar”.

Şirkət nümayəndəsi ötən ilin dekabrında “Bakı Kart” sisteminə keçməklə bağlı şirkətə müraciət etdiklərini də xatırladıb: ““Bakı Kart” bizə mart ayında cavab verdi və şirkətlə müqavilə imzaladıq. 400 avtobusa ödəniş terminallarını qurmaq üçün 1 milyon 297 min dollarlıq vəsait ödədik. İlkin mərhələdə 130 avtobusa kart quraşdırılması üçün danışıqlar aparıldı. 18, 79, 85, 61, 65, 96 saylı avtobuslara kart quraşdırılması üçün 421 min dollar bank vasitəsilə ödəniş etmişik. Bənövşəyi avtobusların qapılarına artıq işarələr vurmuşuq. Bir neçə şirkətlə danışmışıq ki, “Baku Bus” kimi sərnişinlərə standart xidmət göstərək”.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

F. Sadıqov Bakı Nəqliyyat Agentliyinin fəaliyyətlərinə yaratdığı maneəyə görə banklarla problemlərinin yaşandığını qeyd edib: “Şirkətin 20 milyondan artıq krediti var. Kreditlərimizi vaxtlı-vaxtında ödəyirdik. Amma Bakı Nəqliyyat Agentliyinin bizi iflic vəziyyətinə salması şirkəti banklarla üz-üzə qoyub. Ortada isə əziyyət çəkən sərnişinlər və sürücülərdir. 200-ə yaxın sürücü bu gün işsiz qaldı. Onların da ailə üzvləri var. Dünənə kimi nəqliyyatda olmayan şəxslər indi gəlib bu sahəyə əl qoyublar. Agentlik normal, qaydalarla işləsəydi, qərar verməzdən əvvəl bizimlə danışardı.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Başqa xətlər təklif etməli, yaxud da zaman tanımalı idi. Bu cür hallar inkişaf edən bir dövlətə yaraşmır. Təklif edirlər ki, 18 nömrəli xəttin yerinə 67 saylı xətti bizə versinlər. 67 saylı xəttin rəhbərliyi isə deyir ki, əgər bu olarsa, özünü yandıracaq. Çünki ödəməli olduğu kreditləri var. Onların qorxusundan gecəylə sərəncamı ləğv edib bizim xətləri bağlayırlar. Biz onlarla mədəni danışdıq deyə, üzüyola olduğumuzu fikirləşirlər və bu cür qərar verirlər .

F. Sadıqov “BakuBus”ın 7 və 14 saylı xətti ilə şirkətin 18, 96 saylı marşrut xətlərinin üst-üstə düşməsi ilə bağlı deyilənləri də təkzib edib. O Fransanın “Sistra” şirkəti tərəfindən 7 və 14 saylı marşrutlar üçün hazırlanmış sxemi də redaksiyaya göndərib.

Sxemlərdən görünür ki, “BakuBus” üçün verilmiş 7 saylı xətt Azadlıq prospektindən başlamaqla 20-ci sahəyə kimi hərəkət etməlidir. Digər sənəddə isə 2005-ci ildən Xaliq Faiqoğlu MMC-nin istismarında olan 18 saylı xəttin marşrut sxemi əks olunub. “Hal-hazırda 7 saylı “BakuBus” xətti bizim 18 saylı sxem üzrə hərəkət edir. Hətta qeyri-qanuni olduğu üçün bu günədək “BakuBus” və agentlik mətbuata bildirməyib ki, BakuBus MMC-nin yeni xətti açılıb. 18 saylı xəttin son duracağında, yəni Həmzə Babaşov küçəsində “BakuBus” MMC-nin rəhbəri Nəcəf Məlikov yaşayır və öz şəxsi istəyi ilə “BakuBus” avtobuslarını ora salıb. Necə xətlər üst-üstə düşə bilər ki, 18 saylı marşrut 2005- ci ildən fəaliyyət göstərir, amma 7 saylı marşrut xətti isə bir aydır işləyir.

Eləcə də 96 saylı marşrutla 14 saylı marşrut ayrı-ayı istiqamətlər üzrə hərəkət edir”.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Sayt yazıda yer alan ittihamlarla bağlı “Baku Bus”la əlaqə saxlasa da, şirkətin mətbuat xidmətinin rəhbəri suallara cavab verə bilməyəcəyini deyib və məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etməyi məsləhət bilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova saytla əlaqə saxlayaraq yazıda qeyd olunan ittihamlara cavab verib. O bildirib ki, agentik tərəfindən sözügedən daşıyıcı şirkətə əvvəlcədən məlumat verilib:

“Agentlik yaranandan bu günə kimi Bakı Nəqliyyat Agentliyində daşıyıcılarla dəfələrlə görüş keçirilib. Sonuncu görüş də dünən olub. Görüşlərdə onlar vaxt verdiyimizi xatırlatmışıq. Təbii ki, o sahibkardır, bu günə kimi müəyyən avtobuslar əldə edib.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Bakının sərnişindaşıma sahəsindəki bərbad durum hamımızın gözü qarşısında baş verib. Bundan nə siz, nə mən, nə də Nəqliyyat Nazirliyi razı ola bilər.

Xətdən çıxarılan marşrut xətləri təkrarlanırdı. Bu cür xətləri təkrarlanan daşıyıcıların qarşısında şərtlər qoyulub. Şərtlərə əməl edilmədiyi təqdirdə sərnişinlər ən razı qaldığı xətti seçirlər. Belə olan halda da biz həmin xətləri sıradan çıxarmağa məcburuq.

Bizim də müraciət etdiyimiz yer “BakuBus” dur. “BakuBus” heç kimin şəxsi mülkiyyəti deyil. Sözsüz ki, onun Bakı Şəhər İcra Hakimiyyətinə xüsusi tabeçiliyi də var. Həmin şirkətin avtobusları da şəhərdə sərnişindaşımaya ən yüksək xidmət göstərir. Biz də şərtə cavab verməyəni xətdən çıxarmağa məcbur oluruq. Amma bu o demək deyil ki, Bakının bütün ərazisində “BakuBus” olacaq, bu yolverilməzdir. Şirkətə də bildirilib ki, əgər yeni avtobuslar cəlb edəcəksə, alternativ digər xətlər təklif oluna bilər. Nə üçün o xidmət göstərmək istəyirsə, qəsəbələrdə olan marşrut xətlərində xidmət göstərmək istəmir? Bütün qəsəbələrdə bərbad vəziyyətdir. Həmin qəsəbələrin sərnişinlərinin də haqqıdır ki, normal avtobusda gəzsinlər.

“BakuBus” marşrut xəttini müəyyən etmir. O da digər daşıyıcılar kimi sıradan bir daşıyıcıdır. Bakı Nəqliyyat Agentliyinin təklif etdiyi marşrut xətti üzrə “BakuBus” avtobus müəyyən edir.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı

Bənövşəyi xətdə olan 18 saylı marşrutun təzə olmasına gəlincə isə N. Allahyarova bildirib ki, həmin marşrutlar təzə deyil: “O marşrutlar əvvəllər 61 saylı marşrut xətti ilə hərəkət edən avtobuslar idi. 18 saylı marşrut xəttinin əvvəlki avtobusları yəqin yadınızdadır. Həmin şərtlər şirkət qarşısında qoyulandan sonra nədənsə 61 saylı marşrutdakı avtobuslar 18 saylı marşrut xəttinə keçirildi. Şərt təkcə avtobusun rənginin qırmızı və ya bənövşəyi olması ilə ölçülmür. Şərt avtobusun içində kondisionerin olması, təmizliyə əməl edilib-edilməməsi, sürücünün dayanacaqdan kənar saxlayıb-saxlamaması, avtobusu necə sürmələri ilə ölçülür. Bu şərtlərə cavab vermədiyindən həmin avtobuslar xəttdən çıxarılıb”.

Onun sözlərinə görə, müəyyən marşrut xətti üzrə sxem çəkilir: “Həmin sxemlər Bakı Nəqliyyat Agentliyi və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra sxemlərə dəyişiklik olunmasından təbii heç nə ola bilməz. Çünki hər hansı marşrut xətti şərtlərə cavab vermədiyindən xəttdən çıxarılırsa, təxmini o istiqamətdə hərəkət edən marşrutun xətti qismən dəyişdirilə bilər və bunlar da sərnişinlər üçündür. Təsdiq olunmayan xətdən kənar heç bir marşrut xətti hərəkət edə bilməz. Şirkət deyir ki, 200-ə yaxın sürücü işsiz qalıb. Biz konsepsiyada da göstərmişik ki, həmin sürücülər agentliyin təlim mərkəzində yoxlamadan keçə bilərlər. Elə xətlər var ki, orada vəziyyət daha gərgindir. Bu o demək deyil ki həmin xətlərı sıradan çıxaracağıq və ora yeni alternativ xətt olmayacaq. Yeni xətlər açılacaq, sürücülər də müraciət edib işlə təmin olunacaqlar. Normal, keyfiyyətli sürücü işsiz qalmayacaq”.

Bakıda avtobus xətlərinin ləğvi qarşıdurma yaratdı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "200 sürücünün işsiz qalmasında günahkar sahibkardır"

    "200 sürücünün işsiz qalmasında günahkar ...

    11-06-2016, 20:01

  • 
  • Bakıda 3 marşrut xətti ləğv edildi

    Bakıda 3 marşrut xətti ləğv edildi ...

    9-06-2016, 11:27

  • 
  • "Formula 1" yarışı ilə əlaqədar 3 marşrut xətti üzrə avtobuslar 20 saatlıq iş rejimində çalışacaq

    "Formula 1" yarışı ilə əlaqədar 3 ...

    19-06-2017, 13:52

  • 
  • “Xaliq Faiqoğlu” tənqidə reaksiya verdi - MÖVQE

    “Xaliq Faiqoğlu” tənqidə reaksiya verdi - MÖVQE ...

    21-04-2021, 18:40

  • 
  • “BakuBus” sərnişinlərdən 20 qəpik əvəzinə 25 qəpik alır? – Açıqlama

    “BakuBus” sərnişinlərdən 20 qəpik əvəzinə 25 ...

    26-07-2018, 14:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (378)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu