İyunun 3-də Muğan kanalının Saatlı rayonunun Qaralar kəndi ərazisindən keçən hissəsində 10 yaşlı uşaq batıb.
“Gündəm Xəbər” bildirir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. 04 iyun 2017-ci il tarixində Fərəcov Etibar Ramin oğlunun cəsədi, "Salyan” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən batdığı yerdən 3 kilometr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?