Qardabanidə yaşayan azərbaycanlıların 1000 hektar torpaq sahəsi xarici investorlar və yerli məmurlara satılıb
Gürcüstanın Qardabani rayonunda azərbaycanlılar icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. APA-nın məlumatına görə, Nəzərli və Kosalı kənd sakinləri iki il əvvəl əllərindən alınan torpaq sahələrinin geri qaytarılmasını tələb ediblər. Aksiya iştirakçıları bu barədə rayon rəhbərinə rəsmi məktub təqdim ediblər. Məlumata görə, son 2 il ərzində Qardabanidə yaşayan azərbaycanlıların 1000 hektar torpaq sahəsi xarici investorlar və yerli məmurlara satılıb. Aksiyaçıların nümayəndələrini qəbul edən yeni icra başçısı Gela Khutsishvili vəziyyətlə tanış olduğunu bildirib və bu torpaq sahələrinin qeyri-qanuni alınması barədə Baş Prokurorluğa məktub göndərdiyini deyib. O, torpaqların geri qaytarılacağına vəd verib. Nəzərli və Kosalı kəndlərində 13 minədək r azərbaycanlı yaşayır.
Sorğu
Yeni dizaynımız necədir?