GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İvanaşvili hakimiyyəti soydaşlarımıza qarşı

İvanaşvili hakimiyyəti soydaşlarımıza qarşı

Tarix: 5-05-2013, 11:25 Bölmə :Ölkə Baxış: 989
 İvanaşvili hakimiyyəti soydaşlarımıza qarşı
Gürcü Baş Nazir gizli şəkildə deportasiya siyasəti həyata keçirir

Son günlər Gürcüstanda əcnəbilərlə yerli sakinlərin torpaq mübahisələri getdikcə artır. Torpağın alqı-satqısı ilə bağlı yerli sakinlərin narahatlığına artıq dövlət məmurları və ölkə rəhbərliyi də münasibət bildirmək məcburiyyətində qalıb. Məlumata görə, son 4-5 il ərzində Gürcüstana gələn əcnəbilərin sayı artıb. Tetri-Skaro, Qori, Qardabani, Marneuli, Saqareco bölgələrində yaşayan gürcü və azərbaycanlılar miqrantların sayının artması ilə bağlı etiraz aksiyaları keçirir, hətta bəzi rayonlarda yerli sakinlər torpağı becərmək istəyən investorlara mane olur, heç bir əsas olmadan alınan torpaqların geri qaytarılmasını tələb edirlər.
Gürcüstanın kənd təsərrüfatı naziri David Kirvalidze etiraz edən yerli sakinlərə cavabında əcnəbilərə torpaq satışına qanunun və Konstitusiyanın icazə verdiyini bidirib. Nazirin sözlərinə görə, ölkədə olan torpaqların 80%-i qeydiyyatdan keçməyib: “Yaz əkin-səpin proqramı çərçivəsində yerli icra nümayəndələrinin iştirakı ilə torpaq sahiblərinin inventarizasiyası keçirilərək, informasiya bazası yaradılacaq və dövlət reyestrində olan məlumatların yoxlanılması həyata keçiriləcək”.
Əhalinin narazılığını görən Gürcüstanın baş naziri Bidzina İvanişvili dövlət torpaqlarının satışı prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Baş nazir iqtisadiyyat naziri Georgi Kvirikaşviliyə tapşırıb ki, torpağın alqı-satqı prosesini nizama salsın. B.İvanişvilinin sözlərinə görə, satılan torpaqların məsələsi məhkəmə qaydası ilə həll olunmalıdır. Yerli fermerlər torpaqların geri qaytarılması üçün yeni hakimiyyətin yeni plan hazırlamasını tələb edirlər. Məlumata görə, bu barədə artıq istər gürcü, istərsə də azərbaycanlı fermerlər imza toplayırlar. Hələlik Şərqi Gürcüstanda 25 mindən çox imza toplanıb. Toplanan ümumi imzalar Gürcüstan parlamentinə təqdim ediləcək. Etiraz edən sakinlər torpağın alqı-satqısında dələduzluğa yol verildiyini düşünürlər. Onlar tezliklə Gürcüstana miqrantların dolacağını, getdikcə ölkədə gürcülərin olmayacağını və torpaqların əcnəbilərə satılacağını bildiriblər. Kaxeti sakini Emzar İluridze hindlilərin bir neçə min hektar torpaq sahələrini aldığını bildirib: “Bu bizə çox pis təsir edir. Tezliklə Gürcüstanda gürcü qalmayacaq”.
Qori bölgəsində, Cənubi Osetiya sərhədi yaxınlığında torpaq sahələri alan hindlilər isə torpaqları tam qanuna uyğun sənədlərlə aldıqlarını bildirirlər. Lakin onlar yerli sakinlərin etirazını görüb 17 hektar torpaq sahəsini geri qaytarmağa bir şərtlə razılaşıblar ki, torpaq alqı-satqısı sənədlərinə görə hər hektar üçün verdikləri 2600 dollar məbləğ geri qaytarılsın.
Gürcüstanda fəaliyyət göstərən yerli fermerlər və sakinlərin dediyinə görə, 2012-ci ildə 30 min hektar yararlı torpaq sahəsi əcnəbilərə satılıb. Bu torpaqların çoxunu Pəncabdan olan hindlilər alıb. Gürcüstanda iranlılar hər hektarına auksion vasitəsi ilə 1 500 dollar verməklə 200 hektar torpaq sahəsi alıblar. Hazırda texnika və əkin-səpin üçün nə lazımdırsa, Gürcüstana gətirilib. Hindli fermer Salcit Sinqh isə bildirib ki, Gürcüstanda becərilməyən torpaq sahələri çoxdur: “Biz aldığımız torpaqları becəririk və məhsulumuzu da bazarlarda satırıq”.
Gürcüstanda müxtəlif bölgələrdə torpağın satış qiyməti fərqlidir. Məsələn, Kaxeti bölgəsində hər hektar torpaq sahəsinin qiyməti 400-700 dollar arasındadır. Marneulidə isə torpaq bahadır. Burda hər hektar 2000 dollara və daha baha qiymətə satılır. Ən başlıcası isə bu bölgədə istifadə olunmayan torpaqlar azdır və hindlilər məhz bu bölgədən torpaq almağa can atırlar. Məsələ bundadır ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə torpaq çatışmır. Qardabani azərbaycanlıları məsələ qaldırıblar ki, 23 yaşlı gənc əcnəbi fermerə 1000 hektar torpaq sahəsi satılıb. İllərlə bu torpaqda yaşayan sakinlərin arzusu və istəyi nəzərə alınmayıb, satış zamanı hətta onlara bu barədə xəbərdarlıq da edilməyib.
Qeyd edək ki, Gürcüstanda 800 min hektar əkin üçün yararlı torpaq var, lakin ondan 300 hektarı əkilir. Gürcüstanda yaşayan gürcülərin 67%-i aparılan sorğular nəticəsində bildiriblər ki, onlar belə yaşayışdan razı deyillər. 44% respondent hesab edir ki, Gürcüstan düzgün yolla inkişaf edir, 20% isə bu yolun düzgün olmadığını bildirib. 75% respondent cavab verib ki, ölkədə iqtisadi vəziyyət çətindir, 64% bildirib ki, qarşıdan gələn ildə Gürcüstanda situasiya yaxşılaşacaq, 29% gürcü respondenti isə ölkədə gedən demokratik proseslərdən razı olduqlarını bildiriblər.

Zaur
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gürcüstan azərbaycanlıları etiraz edir

    Gürcüstan azərbaycanlıları etiraz edir ...

    24-04-2013, 11:21

  • 
  • Gürcüstanda azərbaycanlılar etiraz aksiyası keçiriblər

    Gürcüstanda azərbaycanlılar etiraz aksiyası ...

    14-06-2013, 02:55

  • 
  • Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq

    Dekabrın 21-də sonuncu torpaq hərracı olacaq ...

    12-12-2012, 12:49

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Prezident qanuna etiraz edərək geri qaytardı

    Prezident qanuna etiraz edərək geri qaytardı ...

    21-09-2015, 21:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (24)
Sentyabr 2025 (559)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu