2013-cü il, insan hüquq və azadlıqlarının bərpası ili ola bilərdi Azərbaycanda 2013-cü ilin icimai-siyasi prosessləri hansı mühüm hadisələrlə yadda qaldı? 2013-cü il Azərbaycanda insan hüquq və azadlıqlarının yaxşılaşması üşün gözəl şans ola bilərdir. Keçirilən prezident seçkisindən sonra, ölkədə demokratiyanın bərqərar olunacağı güman edilirdi. Təəssüf ki, 2013-cü ilin ilk aylarında 10-dan çox siyasi fəal həbsə atıldı. İsmayıllı etirazlarına görə saxlanan REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov, Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun həbsi beynəlxalq ictimaiyyətin, hüquq-müdafiə qurumlarının qınağına tuş gəldi. Dekabrın 16-da seçkilərin Monitorinqi və Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsi, yerli və beynəlxalq hüquq-müdafiə qurumları tərəfindən pisləndi. O, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və seçkinin nəticələrini saxtalaşdırmaqda ittiham olunsa da, bu həbs Məmmədlinin ictimai fəaliyyəti ilə əlaqələndirildi. «Amnesty International» təşkilatı Anar Məmmədlini «vicdan məhbusu» elan etdi. Dekabrın 17-də parlament «QHT-lər» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» qanunlara dəyişiklikləri qəbul edib, imzalanması üçün prezidentə göndərdi. Bu dəyişikliklər ölkədə ifadə və birləşmə azadlığının daha da məhdudlaşdırılması kimi dəyərləndirilir. Belə ki, Ədliyyə Nazirliyinin QHT-yə verdiyi qeydiyyat sertifikatına 90 günlük limit qoyulur, məhkəmələrə yerli və xarici QHT-lərin fəaliyyətini bir illiyə qadağan etmək hüququ verilir, qeydiyyat sənədlərinə tələb olunan dəyişiklikləri etməyənlərə cərimələr tətbiq olunur və s. QHT-lər haqqında qanuna edilən dəyişikliklər donorlarla rəsmi qrant müqaviləsi imzalamayan QHT-lər üçün əlavə inzibati tələblər qoydu və qeydiyyatsız QHT-lərin maliyyə əldə etməsini də məhdudlaşdırdı. 2013-cü ildə diffamasiyaya görə cəzanın İnternetə aid edilməsi isə, ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirildi. Bundan sonra bir bank işçisi internetdə həmin bankı tənqid etdiyinə görə məhkəməyə verildi, jurnalist Natiq Adilova «facebook» fəaliyyətinə görə xəbərdarlıq olundu. 2013-cü il daha bir neçə jurnalistə həbs cəzası kəsilməsiylə də yadda qaldı. Hüquq müdafiəçiləri hal-hazırda ölkədə 143 siyasi məhbusun olduğunu bildirirlər. Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks bir müddət əvvəl bildirib ki, “özəlliklə söz və sərbəst toplaşma azadlıqları sahəsində repressiv tədbirlərin çoxaldığını gördük. İrəliyə doğru kiçik bir addım da vardı – yürüş keçirilə biləcək yerlərin siyahısı açıqlanmışdı. Mən bundan artığını – ölkədə sərbəst toplaşma azadlığının tam təmin olunmasını görmək istərdim». Komissar hakimiyyəti diffamasiyaya görə cəzanı ləğv etməyə, Bakının mərkəzində vaxtaşırı etirazlara icazə verməyə, inandırıcı görünməyən ittihamlarla həbsdə yatan məhbusları, bloqqerləri, müxalifətçiləri azadlığa buraxmağa çağırırdı: «Bunların elə indi baş verməsini görmək istərdim. İrəliyə konkret addımlar atmaq lazımdır. Ancaq bu halda Azərbaycanın sədrliyi uğurlu ola bilər. Əks halda o, sədrlik dövründə pis siyasəti və qanunları müdafiə etmiş görünəcək ki, bu da yaxşı hal deyil».
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?