Xəbər verdiyimiz kimi, bu gündən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 2-də keçirilən iclasında qəbul edilmiş amnistiya aktının icrasına başlanılıb.
gundemxeber.az Azvision.az-a istinadən xəbər verir ki, Bakının Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsindən 5 kişi məhkum - Aslanov Tahir, Allahverdizadə Teymur, Məmmədov Elşən, Məhərrəmov Ramil, və Mirzəquliyev Sahib azadlığa buraxılıb.
Amnistiya aktının icrası 15 saylı cəzaçəkmə müəssisəsində də həyata keçirilib. Bu müəssisədən 10 nəfər Azərbaycan vətəndaşı azadlığa çıxıb.
Qeyd edək ki, amnistiya aktı ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?