Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqdirləndirilən Qusar rayon sakini Rüzgar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Prosesə hakim Rahib Salamanov sədrlik edib.
İttihama görə, Rüzgar Əsgərov ailə münaqişəsi zəminində qayınatası Tahib Abdullayevi döyüb, ona bədən xəsarətləri yetirib. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Ruzgar Əsgərov ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində ailəsi dağılmasın deyə qayınatası ilə söhbət etməyə getdiyini, hadisə zamanı içkili olduğunu göstərib.
Zərərçəkmiş Rahib Abdullayev ifadəsində bildirib ki, kürəkəni onun evinə gələndə yanında iki nəfər olub. Onlardan biri onun qolundan tutub, Rüzgar isə döyüb. R.Abdullayev hadisədən sonra insult olduğunu, kürəkəni ilə heç vaxt barışmayacağını deyib.
Məhkəmə prosesi iyulun 10-da davam edəcək.
Onu da qeyd edək ki, R.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır./virtualaz.org/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?