Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Niyaməddin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Gundemxeber.Az Trend-ə istinadən bildirir ki, hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Məmmədov 2 il azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il Xətai rayonu, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb. N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?