İşə qəbul olunmaq üçün Səhiyyə Nazirliyinin müvafiq qurumuna müraciət edən 265 həkimin yalnız 59-u müsabiqədən keçə bilib Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 37 ixtisas üzrə 2000 vakant yerə 289 müraciət daxil olub. 265 həkimə müsabiqəyə qatılmaq şansı verilib. Xəbərdə qeyd edilir ki, birinci mərhələdə, yəni test imtahanından 133 həkim müsbət nəticə əldə edə bilib. İkinci mərhələdə isə 59 həkim “məqbul” alıb.
Xatırladaq ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?