Məhkəmə 25 yaşlı oğlanı 6 illik müddətə həbsxanaya göndərdi
Saxta pul hazırlamaqda ittiham olunan İsmayıllı rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Calalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Vüsal Calalov 25 oktyabr 2015-ci il tarixdə Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsi ev 14 mənzil 85 ünvanda satış məqsədi ilə 39 ədəd 20 manatlıq saxta pul əskinaslarını “HP” markalı “Deskjet 1510 All-in-One Series” modelli printer-skaner-copy qurğusundan istifadə etməklə hazırlayıb.
Vüsal Calalov 10 noyabr 2015-ci il tarixdə saat 09.00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə dəvət edilib. Onun üzərinə baxış keçirilən zaman 39 ədəd 20 manatlıq saxta pul əskinasları aşkar edilərək götürülüb.
Vüsal Calalov Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud
xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham edilib.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Vüsal Calalov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vüsal Calalov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi prosesdə baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?