Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilərək həbs edilən Emin Zamanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Zamanlı 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Zamanlı şəhər sakinlərinə qarşı quldurluq edib. Zərərçəkənlərin şikayəti əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Zamanlı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?