Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı Bakıda dünyasını dəyişib.
Bu barədə virtualaz.org saytına ailənin yaxın qohumu Nəcəf Nəcəfov məlumat verib.
Xatırladaq ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva bir neçə gün əvvəl gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilmişdi. Doğuş normal keçmiş və ana üçəm dünyaya gətirmişdi. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilimiş və şüşə altında (küvez) saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölmüşdü. Sağ qalan körpə isə Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?