GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Bina yanırdı, uşağı aşağı atıb, qışqırdıq ki, tutun"

"Bina yanırdı, uşağı aşağı atıb, qışqırdıq ki, tutun"

Tarix: 5-07-2016, 15:54 Bölmə :Ölkə Baxış: 584
"Bina yanırdı, uşağı aşağı atıb, qışqırdıq ki, tutun"

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

gundemxeber.az musavat.com-a istinadən bildirir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Zərərçəkmiş Nüşabə Hüseynova ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını və onlardan şikayətçi olmadığını dedi. N.Hüseynova hadisənin necə baş verdiyini danışdı: "Hadisə baş verən gün evdə idik. Uşaq dedi ki, ev yanır. Biz dördüncü mərtəbədə yaşayırıq. Evdən çıxanda ikinci mərtəbədə tüstüdən hərəkət edə bilmədik. Pəncərəni sındırdılar. Uşağı aşağı atıb, qışqırdıq ki, tutun. Onda aşağıda polislər çox idi. Onlar camaatın çıxmasında çox kömək etdilər".

N.Hüseynova ona dəymiş maddi zərərin ödənilməməsindən narazı olduğunu bildirdi: "Mənim evim yanmayıb. Amma tüstüdən qaralıb. Digər mənzilləri söndürərkən yanğınsöndürənlər suyu evimizə vurublar. Bütün evi su basmışdı. Mebellərim xarab oldu, evin döşəməsi yararsız vəziyyətdədir. Mebeli evdən çıxardıq. İndi döşəmə olduğu kimi qalır. Bir qəpik də olsun, kompensasiya almamışam. Gəlib baxıblar. Şəkillərini çəkiblər, dəymiş ziyanın da 6 min manat olduğunu deyiblər. Ancaq heç bir ödəniş edilməyib. Mebeli özümüz kreditlə almışıq. Mən həbs olunanlardan şikayətçi deyiləm. Tək tələbim dəymiş ziyanın ödənilməsidir".

Digər zərərçəkmiş Aydın Məmmədov da ifadə verib. O bildirib ki, mənzili yanmasa da tüstüdən qaralıb, kondisioneri yanıb, ancaq ona heç bir yardım edilməyib: "Hadisə baş verən gün evdə deyildik. Avtobusda olanda gördük ki, bina yanır. Tüstüdən yol bağlandı. Qaçaraq binaya getdik. Biz də uşaqların çıxarılmasında kömək etdik. Sonra bizi evə buraxmadılar. Bir neçə gün sonra gələndə mənzilimizin tüstüdən qaraldığını gördük. Kondisioner də yanmışdı. Gəlib baxıblar. Evimizi yeni təmir etdirmişdik. Ancaq yenidən yararsız vəziyyətə düşdü. Bankdan kredit götürüb, evi təzədən təmir etmişəm. Digər mənzillərdə təmir gedən zaman torpaqdan, səs-küydən yaşamaq olmurdu. Digər mənzillərin sakinlərinə iki aylıq kirayə pulu verib, köçürdülər. Ancaq bizi o vəiyyətdə qoydular. Heç kim maraqlanmadı. Mən dəymiş ziyanın ödənilməsini istəyirəm. Həbs olunanları da tanımıram. Allah qapılarını açsın".

Təqsirləndirilən Fərid Sadıqovun vəkili vəsatət qaldıraraq istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsdən alınan ifadədən imtina etdiklərini bildirib. Vəsatətdə qeyd edilib ki, F.Sadıqovdan TNH şirkəti ilə bağlı alınan məlumatlar müstəntiq tərəfindən onun ifadəsi kimi qeydə alınıb. F.Sadıqov isə oxumadan həmin ifadəyə qol çəkib. Vəkil qeyd edib ki, bunu sübut edən telefon danışıqları var.

Hakim vəsatəti baxılmamış saxlayıb.

Hakim zərərçəkmiş kimi tanınan 15 nəfərin məhkəmə prosesinə dəvət edildiyini, lakin onlardan ikisinin iştirak etdiyini bildirdi. Bu səbəbdən də proses iyulun 12-nə təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında "poliuretan" materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi "poliuretan" məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən - qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə "TNH" şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qəti imkan tədbiri seçilib. Sonradan həbs-qəti imkan tədbirinin müddəti artırılıb.

Məlumat üçün bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər. F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün "Astoriya" MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - YENİLƏNİB

    Bakıda qadın ərinin ürəyinə bıçaq sapladı - ...

    23-07-2016, 13:33

  • 
  • Bakıda bu marşrutların hərəkət istiqaməti dəyişdirilir

    Bakıda bu marşrutların hərəkət istiqaməti ...

    23-07-2016, 21:20

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ŞOK İFADƏLƏR

    Azərbaycanı silkələyən cinayət işi MƏHKƏMƏDƏ - ...

    6-11-2015, 17:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu