Mingəçevir şəhərində batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
gundemxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə Mingəçevir şəhərində 1 nəfərin su anbarında (məntəqə ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?