GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Binəqədidəki yanğında sirli 16-cı meyit - sensasion araşdırma

Binəqədidəki yanğında sirli 16-cı meyit - sensasion araşdırma

Tarix: 11-07-2016, 15:38 Bölmə :Ölkə Baxış: 476
Binəqədidəki yanğında sirli 16-cı meyit - sensasion araşdırma

Yanğın zamanı özünü binadan atdığı deyilən Yaşar Nəcəfzadə bir müddət əvvəl niyə qəbiristanlıqda şəkil çəkdirib?; Əməkdaşımız Azərbaycandakı sirli yanğınlar seriyasının izinə düşüb
Ötən il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümü, 56 nəfərin yaralanması ilə nəticələnmiş yanğının qəsdən törədilməsini söyləməyə əsas verən iddialar ortadadır.

İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə üzə çıxanlar - təqsirləndirilənlərin fikirləri, zərərçəkənlərin məhkəmə binası önündə jurnalistlərə söylədikləri - binanın qəsdən yandırılması versiyasını gücləndirib.

Ötən sayımızda “Bir sensasion yanğın iddiasının izi ilə...” sərlövhəli yazıda bu suallara cavab tapmağa cəhd etmişdik. Bu istiqamətdə araşdırmalarımızı davam etdirmişik və çox mübhəm məlumatları aşkarlaya bilmişik.

“Alov şou”su Şəmkirdən Bakıya təsadüfən transfer olunub?

Binəqədidəki bina Avropa Oyunlarına sayılı günlər qalmış yanmışdı. Bu ərəfədə oyunların məşəli ölkənin rayonlarını dolaşır, əldən-ələ keçirdi. Bakıda bina yanan gün - mayın 19-da məşəlin Şəmkirə çatacağı da bəlli idi. Telekanallarda məşəlin Şəmkirə çatmasının möhtəşəm “alov şou”su ilə qeyd olunacağı diqqətə çatdırılırdı. Məşəl günorta saatlarında Şəmkirə çatmalı və şou başlanmalı idi. Amma bundan 2-3 saat əvvəl, səhər 10-11 arası Bakıda 16 mərtəbəli bina “kibrit qutusu” kimi yandı. Və dərhal binanın qəsdən yandırılması fikri meydana gəldi. Sanki binanın yandırılmasını planlamışdılar və “alın, bu da sizə ”alov şou"su" söyləmək istəyirdilər...

16-cı kimdir?

Binada yanğın söndürüləndən dərhal sonra 16 nəfərin öldüyü, 56 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilirdi. Bu gün isə ölü sayı ilkin xəbərlərdə göstərilənlərdən 1 nəfər olmaqla azdır və ortalıqda da 1 kişi meyitinin fotosu var. Həmin meyitin başı qan gölməçəsindədir. Əlində isə döyməyə (nakolka) oxşar izlər var. Araşdırmaya bu istiqamətdən başladıq. Kimdir bu şəxs? Yanmış binada meyitləri müayinə etmiş, gözləri ilə görmüş şəxslər sorğularımıza cavab olaraq deyiblər ki, fotodakı şəxsin kimliyi haqda məlumatsızdırlar. Onlar ölənlər arasında əlində döyməsi olan şəxsə rast gəlməyiblər. Bəs kimdir bu şəxs?

Rəsmi məlumatlara görə, məşum olay zamanı 14 nəfər yanğın zamanı əmələ gələn qazlardan zəhərlənərək dünyalarını dəyişiblər. 15-ci şəxs - Yaşar Fazil oğlu Nəcəfzadə isə hündürlükdən yıxılıb və ölüb.

Zəhərlənən 14 şəxsdən 4-ü azyaşlı uşaq, 1-i ahıl qadın, digəriləri 20-70 yaşlı sakinlər olub. Y.Nəcəfzadə də daxil olmaqla ölənlərdən 6 nəfəri kişi cinsinin nümayəndəsidir. Onlardan 2-si azyaşlıdır. Yerdə qalan 4 nəfərin - Yaşar Nəcəfzadənin, Davud Eyvazovun, Sahib Bağırovun və Yuriy Utyuşovun əllərində döymə olmayıb!

Görəsən, fotodakı meyit kimin olub və yanğın olan ərazidə haradan peyda olub? Fotodan belə təəssürat yaranır ki, həmin şəxs hündürlükdən yıxılıb və başı yerə çırpılaraq kəllə sümüyü parçalanıb, qanı axıb. Bu, Yaşar Nəcəfzadə ola bilərdi?

Bilərdi. Amma Yaşar Nəcəfzadəni tanıyanlar deyir ki, onun əlində döymə olmayıb! Deməli, meyit ona məxsus deyil. Bəs kimin meyitidir?

Y.Nəcəfzadə haqında topladığımız informasiyalar bunlardır - 1988-ci il təvəllüdlüdür, Hacıqabul rayonunun Qazıməmməd kəndindəndir. Texniki Universitetin məzunu olan Y.Nəcəfzadə"Favorit" marketlər şəbəkəsinin adminstratoru olub. Ortabab gəliri olan Y.Nəcəfzadə həmin binada mənzili Zaur adlı şəxsdən olaydan 6 ay əvvəl kirayələyib. 2 otaqlı mənzili 2 hissəyə bölən ev sahibi 1 otağı Y.Nəcəfzadəyə nə az-nə çox - 300 manata kirayəyə veribmiş.

Maraqlı sual yaranır - Y.Nəcəfzadə maaşının az qala yarısını verib daha normal şəraitli mənzil kirayələyə biləcəyi halda 1 otaqlı mənzili niyə kirayələyib? Axı o, həmin mənzilin əvəzində elə iş yerinin həndəvərində daha az pul xərcləməklə daha yaxşı şəraitli 2 otaqlı mənzil kirayələyə bilərdi.

Üstəlik, yanan binanın lifti tez-tez xarab olub, Y.Nəcəfzadə bütün günü iş yerində ayaq üstündə olduğunu nəzərə alsaq, onun lifti işləməyən, əlverişsiz, mənzildə qalması şübhəli görünür.

Bundan başqa, Y.Nəcəfzadə olay zamanı binanın 12-14-cü mərtəbələri arasında özündən 10-15 yaş böyük olan Hilal adlı bina sakini ilə pilləkənlərdə rastlaşıb. Həmin şəxslə bir neçə mərtəbə düşən Y.Nəcəfzadə qəfildən geri dönüb. Hilal isə aşağı enərək binadan çıxıb və sağ qalıb. Y.Nəcəfzadə niyə geri dönüb? Məqsədi nə olub? Özünü binadan atmaq üçünmü? Niyə? Axı o da sərbəst şəkildə binadan çıxa bilərdi. Bunun əvəzində niyə geri qayıdıb özünü yanan binadan atsın?

“Hüquqi dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri, uzun illər prokurorluq orqanlarına çalışmış Müəffər Baxış Binəqədidəki yanğının qəsdən törədilməsi ilə bağlı “Yeni Müsavat”a olduqca maraqlı bir fikir söyləmişdi. Demişdi ki, istintaq olay zamanı hündürlükdən yerə çırpılmaqla dünyasını dəyişmiş yeganə şəxs olan Yaşar Nəcəfzadənin kimliyini, əlaqələrini ən ciddi şəkildə araşdırmalıdır. İstintaqın bu məsələni araşdırıb-araşdırmaması hələlik bəlli deyil.

Bundan başqa Y.Nəcəfzadənin binadan xeyli aralıya düşməsi də diqqət çəkir. Əgər Y.Nəcəfzadə özünü aşağı atırdısa, o, binadan nə qədər aralı düşə bilərdi? Rəsmi versiyaya görə, Y.Nəcəfzadə özünü binanın yan hissəsindən, 8-ci mərtəbədən atıb. Həmin binanın yan hissəsində, 8-ci mərtəbədə pəncərə yoxdur.Pəncərə binanın 14-cü mərtəbəsindədir. 14-cü mərtəbə ilə 8-ci mərtəbə arasında 6 mərtəbə fərq var və istintaqçıların diqqətindən bu məqamın yayınması ağlabatan deyil. Y.Nəcəfzadə özünü 8-ci mərtəbədən atmayıbsa, deməli, geriyə, 14-cü mərtəbəyə qayıdıb.

Niyə? Nəcəfzadə niyə ölməyə hazırlaşırmış?

Y.Nəcəfzadənin sosial şəbəkələrdəki profilində onun qəbiristanlığın qapısında çəkdirərək paylaşdığı fotoya rast gəldik. Həmin fotonun altında dostları ilə yazışmalarında Y.Nəcəfzadə “ora hazırlaşıram, brat” sözlərini də oxuduq. Mümkündür ki, bu sırf bir təsadüfdür.Y.Nəcəfzadə həmin fotonu təsadüfən çəkdirib, dostu da həmin şərhi təsadüfən yazıb.Y.Nəcəfzadənin profilindəki şəkillərinin bir çoxunda onun 2 barmağını yuxarı qaldırdığı diqqət çəkir. Satanizmdə bu işarə şeytanın qələbə çalması kimi qəbul edilir.

Odlar ölkəsində yanğınlar seriyası

Hazırda Binəqədidəki məşum olayın məhkəmə araşdırması keçirilir. İş üzrə təqsirləndirilən şəxslərdən biri Miryusif Mahmudovun vəkili İlhamə Həsənova məhkəmədə bildirib ki, həmin bina yandırılıb və bu yandırılmadan əvvəl və sonra da silsilə yanğınlar törədilib. Vəkilin sözlərinə görə, digər yanğınların bir neçəsinin qarşısı alınıb, bir neçəsi isə vaxtında söndürülüb.Vəkil konkret olaraq bir ünvan da göstərib. Nərimanov rayonu, Koveroçkin küçəsində yerləşən, Veteranlar Şurasının yerləşdiyi hündürmərtəbəli bina.

Koveroçkindəki yanğını söndürən taksi sürücüsü istintaqa nə danışıb?

Həmin binada olarkən sakinlər bu haqda məlumatsız olduqlarını söyləmişdilər. Apardığımız araşdırma zamanı onu da öyrənmişik ki, yanğını ilk görənlər ərazidəki taksi sürücüləri olub. Məhz onların sayıqlığı nəticəsində Koveroçkin küçəsində planlaşdırılan, hərbçi ailələrinin yaşadığı binanın qəsdən yandırılmasına hesablanan yanğın baş tutmayıb. Koveroçkindəki binadan reportajdan sonra redaksiyamızla əlaqə saxlayan, adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a danışan yanğın şahidi deyib ki, yanğının qəsdən törədilməsini həmin olayın baş verdiyi əraziyə gələn FHN-in mütəxəssisləri də təsdiqləyiblər.Yanğın neftə batırılmış kəndirlə Veteranlar Şurasının yerləşdiyi binaya bitişik binada törədilib.Binaya qapısındakı jalüzləri açmaqla daxil olan naməlim şəxslər orada neftə batırılmış kəndirlərlə yanğın törədiblər və qaçıblar. Amma binanın üzləndiyi “poliuretan” alışmayıb və bu səbəbdən geniş sahəni əhatə edən yanğın meydana gəlməyib. Vəkil bu fakta görə Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsində əmlakın qəsdən yandırılmasına cəhd maddəsi ilə cinayət işi başlandığını da açıqlamışdı. Bina ətrafında uşaq bağçası, Hərbi Prokurorluğun inzibati binasının yerləşməsini də nəzərə alsaq, yanğın üçün məhz həmin ərazinin seçilməsini təsadüf adlandlırmaq çətinləşir.

Məscidi dəli yandırıb?


Vəkilin “silsilə yanğınlara cəhd olub” açıqlamasının izi ilə apardığımız araşdırma düşündüyümüzdən də ilginc detalların üzə çıxmasına səbəb oldu. Hamının gözləri qarşısında baş verən yanğınları birləşdirən, bir zəncirin halqaları olmasını deməyə çox ciddi əsaslar var.

Binəqədidəki yanğından 7 ay əvvəl Bakıda məscid yandırılıb!


2014-cü il noyabrın 26-da Bakıda, Qaraçuxur qəsəbəsində məscidin yandırılmasına cəhd olub. Gecəyarısı 2 şəxs məscidin içinə neft məhsulu ilə doldurulmuş 5-6 ədəd yarımlitirlik şüşə atıblar. Meydana gələn yanğın haqda məscid gözətçisi xəbər verdikdən sonra hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb.

Sonradan Milli Təhlükəsizlik Nazirliyi yanğını törətməkdə suçlayaraq psixi xəstə Namiq Nəsibovu və Bakı sakini Elnur Ələkbərovu həbs edib. 2016-cı ilin martında N.Nəsibovla E.Ələkbərovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmə prosesi boyu günahsız olduğunu deyən Elnur Ələkbərov hökmün elanı başa çatan kimi özünə xəsarət yetirib. O, hökmə etiraz olaraq, üzərindəki ülgüclə sol qolunu kəsib.Məhkəmədə fəryad edən onun anası Sevda Ələkbərova oğlunun heç bir cinayət törətmədiyi halda, ağır cəzaya məhkum edildiyini bildirib. O, xüsusən keçmiş MTN əməkdaşlarını ittiham edib. Deyib ki, oğluna orada elə işgəncələr veriblər ki, 25 gün ayağa qalxa, hətta ayaqyoluna da gedə bilməyib. N.Nəsibov isə məcburi müalicəyə göndərilib. MTN ləğv olunsa da, məscid yandırılması ilə bağlı bu günədək obyektiv araşdırma aparılmayıb.

Binəqədidəki binada yanğını ilk görən MTN əməkdaşı olub?!


İstintaq şahid ifadəsinə əsaslanıb belə qənaətə gəlib ki, yanğın 16 mərtəbəli binaya bitişik birmərtəbəli tikilinin damında meydana gəlib. Guya damda toplaşan zibilin üzərinə siqaret külü düşüb və 27 saniyəyə binanın üzlüyü alışıb. Apardığımız araşdırma zamanı öyrənmişik ki, yanğının məhz həmin hissədən başlanmasını söyləyən də MTN əməkdaşıdır.
MTN dövriyəyə girir və 2 yanğın törətmək istəyən şəxs yoxa çıxır


Binəqədidəki yanğından sonra Azərbyacanın bütün böyük şəhərlərində “drujinnik”lər keşik çəkməyə başladılar. “Drujinnik”lər gecələr binaların həyətlərini dolaşır, şübhəli şəxsləri saxlayır, ehtiyac yarandıqda polisə təhvil verirdilər. 2015-ci il mayın 23-də Gəncədə “drujinnik”lər hündürmərtəbəli binalardan birinin damında şübhəli şəxsləri görüblər. Gizli şəkildə dama çıxan “drujinnik”lər 2 nəfər şübhəlini mühasirəyə salıb tutublar. Hər iki şəxsin əlində tezalışan neft məhsulu ilə dolu kanistrlər olub. Gəncə sakinləri olmayan həmin şəxsləri polisə təhvil versələr də, az keçməyib ki, MTN-in yerli şöbəsi onları polisdən təhvil alıb. Həmin şəxslərin sonrakı taleyi haqda bu gün də məlumat yoxdur. MTN-in rəsmi məlumatları sırasında qurum ləğv edilən günədək Gəncədə 2 təxribatçının saxlanması xəbəri olmayıb. Bilinən odur ki, tutulanlardan biri Samuxdan, digəri isə Dağıstandan olub. Həmin şəxslər haradadır?

30-a yaxın lüks maşını da dəli yandırıb?!


Binqədidəki yanğından 15 gün sonra - iyunun 5-də Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşların şəxsi minik avtomobillərinin qəsdən yandırılması faktları qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus 30-a yaxın bahalı maşının üzərinə net məhsulu tökməklə yandırıblar. Sonradan avtomobilləri yandırmaqda şübhəli bilinən 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanıb. Az keçməyib ki, mətbuatda S.Mahmudovun da Qaraçuxurda məscidi yandırmaq suçu ilə həbs edilən Namiq Nəsibovtək psixi xəstə olması haqda xəbərlər peyda olub. Sabiq milli təhlükəzilik naziri Eldar Mahmudovla eyni familiyanı daşıyan Səfər Mahmudovun həbsindən sonra da Qaraçuxurda yenə bir neçə maşın yenə yandırılıb. Sakinlər təşviş içində gecələri maşınlarının yanında keçirməli olublar. Bu hadisə qəsəbənin Yaşar Əliyev küçəsində qeydə alınıb.Yandırılan maşınlar əsasən “Toyota”, “BMV”, “Mercedes”, “Ford” markalı lüks maşınlar olub. S.Mahmudov dəlidirsə, niyə məhz bahalı maşınları yandırıb?

MTN-ə uzanan alov dilləri


Göründüyü kimi, Binəqədidəki məşum olayla bağlı ən vacib şahid ləğv olunmuş MTN əməkdaşıdır. Qaraçuxurdakı məscidin yandırılmasında MTN-in adı cinayəti günahsız şəxslərin boynuna qoymaqda keçir. Gəncədə əllərində yandırıcı maddə ilə dolu kanistirlərlə gecəyarısı damları gəzən şəxsləri MTN yoxa çıxarıb. Nə baş verir? Niyə Azərbaycanı təşviş içində saxlayan alovun dilləri məhz bu quruma uzanır?

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Braziliyalı futbolçu yanğın qurbanlarını unutmadı

    Braziliyalı futbolçu yanğın qurbanlarını unutmadı ...

    20-05-2015, 22:28

  • 
  • Qubada 10 nəfərin yaralanması ilə nəticələnən agır yol qəzası baş verib.FOTOLAR

    Qubada 10 nəfərin yaralanması ilə nəticələnən ...

    10-06-2013, 00:33

  • 
  • Binəqədi rayonunda yanğın: yaralı var

    Binəqədi rayonunda yanğın: yaralı var ...

    20-03-2015, 17:24

  • 
  • Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN

    Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN ...

    5-04-2016, 16:00

  • 
  • Rusiyada internatda dəşhətli yanğın: ölənlərin sayı artır (YENİLƏNİB)

    Rusiyada internatda dəşhətli yanğın: ölənlərin ...

    13-09-2013, 11:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu