GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » GÜRCÜSTAN NATÜRMORTU

GÜRCÜSTAN NATÜRMORTU

Tarix: 13-07-2016, 16:25 Bölmə :Ölkə Baxış: 570
GÜRCÜSTAN NATÜRMORTU

Qonşu ölkənin dirçəlişi haqqında ayaqüstü qeydlər

NATO-nun Varşavadakı axırıncı sammiti çox detalları ilə yadda qalacaq. Məncə, bu detalların içərisində gürcü şərabının ayrıca yeri olacaq. Avropa telekanalları sammitin ilk günü verilən ziyafətdə süfrələrə məhz gürcü şərabı düzülməsinə özünəməxsus məna verdi: NATO qapılarını Ukrayna ilə birlikdə Gürcüstanın da üzünə açır, Tbilisi isə öz təhlükəsizliyinə təminatı dünyada ən güvənməli olan bir qurumda görür. Gürcü ənənəsinə görə, bu “izdivac”ı, şərabsız qeyd etmək olmur, çünki şərab adi içki deyil, xalqın min illər boyu əkib-becərdiyi, canını verib qoruduğu, ruhunu əsrlərlə hopdurduğu müqəddəs torpağın rəmzidir.

***

İngilis və rus dillərində gündəlik çıxan “Gürcüstan bu gün” adlı qəzet çox şeydən yazır. Siyasətdən sonra ən populyar mövzu isə ölkəni xarici qonaqlara tanıdan məlumatlardır. Bu dəqiqə dost ölkə qonaq əlindən içi dolu qazan kimi qaynayır. Xüsusən yayda Tbilisiyə gələn turistlərin sayı çoxalır. Şəhərin dar küçələrində, açıq muzeylərində, meydan və parklarında qarşına hər növ adam çıxır. İnsan selində sərbəst geyimli avropalılarla yanaşı, əbalı və çadralı şərqlilərin, çalmalı hindlilərin, çoxluğu dərhal diqqəti cəlb edən çinli, koreyalı və filippinlilərin də sayrışması maraqlı mənzərə yaradır. Kilsələri tez-tez gözə çarpan xristian şəhəri bütün dünyaya qucaq açıb.

Azərbaycanlılar da Gürcüstanı, sözün yaxşı mənasında, su yoluna döndəriblər, son illərdə gəzməyə, istirahətə, müalicəyə gedənlərin sayı artıb, Batum çoxlarının görüş yerinə çevrilib. Bir tərəfdən aramızda münasibətlərin yaxşı olması, digər tərəfdən isə qonşu ölkədə əlverişli biznes mühitinin yaranması bizimkiləri xırda alverdən sərmayə qoyuluşlu böyük biznesə həvəsləndirib. İndi təkcə ARDNŞ gürcülərə Bakı neftinin nə demək olduğunu anlatmır, həm də imkanlı adamlarımız bu ölkənin iqtisadiyyatına pul yatırır.

Təbii ki, sual yaranır: axı nə olub, nə baş verib ki, Gürcüstan belə gülməşəkərə dönüb? Sözlərin arxasındakı proses dərin və mürəkkəb olsa da, cavab sadədir: ölkə qayda ilə yaşamağa başlayıb, vaxtilə həyat tərzinə çevrilmiş rüşvət və korrupsiya yığışdırılıb, sovet dövründəki “mafioz” imicini dəyişən gürcülər qanunlarla idarə olunur, siyasi elita ölkənin üzünü Qərbə çevirib. Bu ölkə üçün Avropaya üz tutmaq şüar deyil, demokratik dəyərləri tədricən mənimsəmək, dəqiq hakimiyyət bölgüsü, azad seçki, insan haqları, azad mətbuat və azad bazar iqtisadiyyatı qurmaq deməkdir. Məsələn, son illərdə hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi gürcü cəmiyyətinin ciddi nailiyyətidir. Azad seçki, hətta siyasi islahatları başlamış, amma təfəkkür etibarilə avtoritar olan M.Saakaşviliyə belə hakimiyyətdə lövbəri dərinə buraxmağa imkan verməyib. Xalq tədricən hakimiyyətin mənbəyinə çevrilir. Seçkini saxtalaşdırmaq söhbəti aradan qalxıb. Parlament və məhkəmə xeyli müstəqilləşib. İşi iş bilənə tapşırmaq öz faydasını verir. Müxalifət normal fəaliyyət göstərə bilir. Siyasi həyatdakı ab-hava iqtisadiyyata, ticarət, biznes və bank sektoruna da ciddi təsir edir.

Təbii ehtiyatları böyük olmayan ölkədə effektli iqtisadi texnologiyalar və səmərəli idarəçilik kara gəlir. Büdcə pullarının xərclənməsinə ciddi nəzarət var. Nazirlik və idarələrdə ştatlar şişirdilməyib. Az məsrəfli, amma çevik işləyən strukturlar ölkəyə can verir. Məsələn, ikimərtəbəli kiçik bir binada yerləşən, əməkdaşlarının sayı heç yüzə çatmayan bir qurumun bütün ölkənin elektrik, su və kanalizasiya problemini həll etməsinə heç cür inanmaq olmur, təbii ki, bizim “möhtəşəm” Azərsu və Energetika nazirliyi ilə müqayisədə. Yaxud nazirlik statusunda olan Regional İnkişaf agentliyinin konkret bölgələri, ehtiyac duyulan sahələri inkişaf etdirmək, perspektivli sənaye və kənd təsərrüfatı obyektləri tikmək üçün əldə etdiyi təcrübə çox maraqlıdır. Sahibkar layihəsinin səmərəli olacağını ciddi əsaslandırırsa, dövlət investisiya xərcinin 70 faizini özü verir, yerdə qalan 30 faizi sahibkar bankdan kredit kimi götürürsə, o kreditin faizini də dövlət ödəyir. Hər şey şəffafdır, sistem elə qurulub ki, tenderlərə heç kim müdaxilə edə bilmir. Beləliklə, iqtisadiyyat liberallaşır, bank-maliyyə sistemi kimlərinsə cibinə yox, ölkənin tərəqqisinə işləyir.

Ölkədə vətəndaş cəmiyyəti güclənir. Etiraz azadlığı var. Xalq hökumət üçün deyil, hökumət xalq üçün çalışır, ictimai nəzarət sistemi cilalanır. Mətbuat müstəqildir, televiziyalarda, xüsusən ictimai kanalda ölkə həyatının müxtəlif problemləri ilə bağlı davamlı müzakirələr gedir. Hökumətin fəaliyyəti, təhsil və səhiyyə məsələləri bu müzakirələrin əsas mövzusudur. QHT-lər də tam gücü ilə işləyir, Avropa qurumlarından böyük qrantlar alır, cəmiyyəti inkişaf etdirmək üçün müxtəlif layihələr gerçəkləşdirirlər. Bir vaxtlar rus imperiyasının Qafqazdakı paytaxtı olan Tbilisi, indi beynəlxalq qurumların bölgə təmsilçisinə çevrilib.

Əlbəttə, Gürcüstan mənzərəsində bütün rənglərin ideal olmasını da iddia etmək doğru olmazdı. Sıravi adamların dolanışıqdan və hakimiyyətdən narazılıqları var. Paytaxta pis baxıldığını deyənlər də var. Bəzən söz azadlığına hücumlar, mətbuata təzyiqlər olur. Məsələn, Saakaşvilini dəstəkləyən Rustavi-2 kanalı davamlı sıxışdırılır. Cəmiyyətdə belə bir fikir var ki, indiki hökuməti kənardan keçmiş baş nazir İvanişvili idarə edir. Bütün bu narazılıq, irad və tənqidlərin fonunda gürcü cəmiyyətinin sabaha böyük inamı duyulur. Bir də gürcü qüruruna güc verən Vətən sevgisi…

***

Qədim pritçaya görə, döyüşə gedən gürcü boynundan mütləq kiçik bir üzüm çubuğu asarmış. Mənası o imiş ki, mən ölərəmsə, vücudum torpaq altda qalar, amma ruhum həmin üzüm ağacı ilə birgə cücərərək yenidən Vətən torpağına qovuşar. Torpaq və Vətən sevgisi gürcü mozaikasında bugün də açıq sezilən bir elementdir. Gürcüstan, həm də ona görə dirçəlir ki, bu sevgi dildə deyil, ürəkdə, qanda və könüllərdədir.



e-mail:[email protected]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu da Günayın sevgilisi - FOTO

    Bu da Günayın sevgilisi - FOTO ...

    25-07-2016, 00:25

  • 
  • Gürcü prezidentdən səmimiyyət şesti

    Gürcü prezidentdən səmimiyyət şesti ...

    28-02-2013, 11:16

  • 
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • Erməni-gürcü savaşı böyüyür

    Erməni-gürcü savaşı böyüyür ...

    5-05-2015, 22:45

  • 
  • Gürcü nazir "Bakcell Arena"dakı təxribatdan danışdı

    Gürcü nazir "Bakcell Arena"dakı ...

    1-08-2014, 23:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu