Gürcüstan xarici işlər naziri Maya Pancikidze “Neftçi” - “Çixura” matçı zamanı baş verənlərə münasibət bildirib.
Nazir bunu təxribat adlandırıb:
"Bu, düşünülmüş təxribat olub. Təxribatçılar öz məqsədlərinə çatmayacaq. Gürcüstanla Azərbaycan arasında dostluq münasibətləri var. Bu münasibətlərə heç kim xələl gətirə bilməz".
Qeyd edək ki, iyulun 31-də Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutan “Neftçi” - “Çixura” oyununda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədib.
Onlar oyunun keçirildiyi "Bakcell Arena"da Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?