Müstəntiqlər Moskva adına kanalda betonlanmış çəlləyin içində tapılan meyitin şəxsiyyətini müəyyənləşdiriblər. Rusiya KİV-nin xəbərinə görə, o, “Kutuzov” bankının idarə heyətinin sədri Oleq Novoselski olub. Məlum olub ki, bankiri diri-diri belinə qədər beton tökülən çəlləyin içinə salıblar. Ölümün daha əzablı olması üçün başkəsənlər öz liderləri Aslan Qaqivein əmri ilə çəlləyi Moskva ətrafındakı bankirin bağ evində günəş altına qoyublar. “Novoselski uzun müddət əzab çəkdikdən sonra ölüb. Bundan sonra Aslan Qaqivein göstərişi ilə çəlləyi Dmitrovski rayonunda Moskva adına kanala atıblar və orada 10 ilə yaxın qalıb”, – hüquq-mühafizə orqanlarındakı mənbə deyib. Məlum olub ki, 2015-ci ilin aprel ayında dəstənin iştirakçıların biri Qaqievin göstərişi ilə 2005-ci ilin yayında çəlləyi betonlaşmış meyitlə birgə əlbir olduğu şəxslə həmin kanala atıb. Yoxa çıxandan bir neçə gün sonra Novoselskinin yaxınları bu haqda hüquq-mühafizə orqanlarına məlumat veriblər. Bankir axtarılıb, ancaq tapılmayıb. Bununla belə, cinayətkar inandırmağa çalışıb ki, qurbanın şəxsiyyəti yalnız mütəşəkkil cinayətkar dəstənin rəhbəri Aslan Qaqiveə məlum olub. O, hazırda Avstriyada ev dustaqlığındadır.
Rusiya hakimiyyəti avstriyalı həmkarları ilə onun ekstradasiyasını hələ ki razılaşdıra bilməyiblər. İstintaq müəyyən edib ki, bankirin Qaqievlə torpaqla bağlı mübahisəsi olub. Aslan Qaqievin dəstəsi hazırda 2000-ci illərin əvvəllərində 60-dan çox qətldə şübhəli bilinir. Bütün qətllər faktiki olaraq sifariş xarakterlidir və biznesin, yaxud kapitalın bölüşdürülməsi üstündə aradan götürülüblər. (modern.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?