Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir
Bakının Nərimanov rayonu ərazisində çoxsaylı bıçaq xəsarətlərilə öldürülən kişi meyiti tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən Daş karxanası küçəsində tapılan meyitin Ordubad rayon sakini Rasim Nağıyevə məxsus olduğu məlum olub.
Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xaçmaz rayon sakini Zöhrab Əsgərov tutulub. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?