Bu gecə saat 02 radələrində Bakının mərkəzində yerləşən otellərdən birində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, Neftçilər prospekti 133-də yerləşən “Hilton” otelinin 13 mərtəbəsindəki 19 saylı otaqda yaşayan 12 noyabr 1995-ci il təvəllüdlü Məmmədli Ülkər Adil qızı hər iki qolunun damarlarını kəsərək özünü öldürməyə çalışıb. O, dərhal xəstəxanaya yerləşdirilib. İlkin dindirmə zamanı gənc qız yaşam səviyyəsinin aşağı olmasını səbəbi ilə həyatına qəsd etdiyini deyib. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?