Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Musavat.com xəbər verir ki, hadisə Sahil qəsəbəsi, Şahlar Əsgərov küçəsindəki 1 saylı evin qarşısında qeydə alınıb.
16 yaşlı məktəbli Tural Kərimov tanışı Mirnihad Seyidli tərəfindən bıçaqlanıb. Əməkdaşımızın apardığı araşdırma zamanı məlum olub ki, Mirnahidlə Tural yaxın dost olublar. Hadisə baş verən gün Turalla yoldan keçən bir qız haqqında xoşagəlməz söz deyib. Tural, qızın Mirnahidin bacısı olduğunu biləndə artıq gec olub. Beləliklə, dostlar arasında dava düşüb.
17 yaşlı Seyidli Mirnihad Mirkərim oğlu dostunu bıçaqladıqdan sonra Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinə gedərək, cinayət törətdiyini bildirib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?