Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, rayonun Əliəşrəf küçəsi 3 ünvanında yaşayan 25 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlər Tural Məmmədovda bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Hadisə barədə Nərimanov polisi məlumatlandırılıb. Tural Məmmədov polis əməkdaşlarına bildirib ki, məhəllədə gəzərkən yıxılıb və bu zaman ona dəmir parçası batıb. Lakin həkimlər Tural Məmmədovda olan yaranın forma və xüsusiyyətinə görə, bıçaqla vurulan zərbə nəticəsində alındığını bildiriblər.
Faktla əlaqədar Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?